Cümə axşamı günü, 12 noyabr 2026
     

"Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir" - Vüqar Rəhimzadə

Image


“Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən avqustun 3-də səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulması, bir əsgərimizin şəhid olmasında sonra qalib Azərbaycan Ordusu qanunsuz erməni dəstələrinə qarşı uğurlu “Qisas” əməliyyatı həyata keçirdi.

Qanunsuz erməni silahlı dəstələri tərəfindən yaradılan bu gərginlik bu gün dünyada geniş müzakirə mövzusuna çevrilib. Dünya gücləri yaranan bu gərginlikdən narahatlıqlarını ifadə edirlər. Narahatlıq başa düşülən olsa da, bəzi məsələlərə aydınlıq gətirilməsi vacibdir. Belə ki, Azərbaycan tərəfi iki ilə yaxındır ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri yerinə yetirmədiyini bildirsə də bəzi dünya gücləri ənənələrinə uyğun olaraq susmağa üstünlük verirlər. Azərbaycanın təklif etdiyi və beynəlxalq hüquqa əsaslanan 5 prinsip əsasında sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olan Ermənistan bunu atdığı hər addımında qabarıq şəkildə büruzə verir. 3 avqust təxribatı da bunun bariz nümunəsidir. Azərbaycan 30 ilə yaxın işğal dövründə işğalçı dövlətin belə gedişlərinin mütəmadi şahidi olub. Danışıqlar prosesinin vaxtı yaxınlaşanda Ermənistan ya müxtəlif bəhanələrlə yayınır, ya da cəbhə xəttində atəşkəsi pozaraq uzun müddət bu məsələnin müzakirə olunmasına çalışırdı. Təbii ki, bu hal danışıqların təxirə salınmasına yol açırdı ki, bu da öz növbəsində Ermənistana yeni müharibə planları hazırlamasına vaxt qazandırırdı. Bu gün də eyni oxşar ab-hava yaşanmaqdadar. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatı məsələsi müzakirə olunur və Ermənistandan sülh müqaviləsinin imzalanması üçün konkret addım gözlənilir. İşğalçı dövlət bunun qarşılığında təxribatlar törətməklə diqqəti yayındırmağa çalışır. Diqqət çəkən məqamlardan biri də budur ki, ermənilər yenə də saxta informasiyalar yaymaqla həqiqəti gizlətməyə və dünyanın diqqətini özlərinə çəkməyə cəhd edirlər. Azərbaycan tərəfini guya üçtərəfli Bəyanatı pozmaqda ittiham edən Ermənistan Xarici İşlər Nazirliyinə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı məlumatda bildirir ki, üçtərəfli Bəyanatın 4-cü maddəsinə əsasən “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, qanunsuz erməni silahlı qüvvələrinin indiyədək Qarabağdan tamamilə çıxarılmaması onların mütəmadi olaraq terror əməlləri törətmələrinə, günahsız insan tələfatına səbəb olur: “Ermənistan tərəfinin törətdiyi təxribatlarını ört-basdır edərək Azərbaycanı öhdəlikləri pozmaqda ittiham etməsi riyakarlıqdır. Azərbaycan Ordusunun həyata keçirdiyi "Qisas" əməliyyatı antiterror əməliyyatıdır. Postmünaqişə dövrünün əsas çağırışlarından biri dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır ki, Azərbaycanın atdığı hər bir addımının əsasında bu məqsəd dayanır.”

“Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların qarşısı təbii ki, qətiyyətlə alınacaq. Avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı törədilən terror-təxribat əməli nəticəsində Azərbaycan əsgəri Anar Kazımov şəhid olub. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən Vətən oğullarının qanı, canı bahasına bu Qələbənin əldə edildiyini önə çəkərək bu məqamı da xüsusi qeyd edir ki, onların qisası döyüş meydanında alındı. Avqustun 3-də həyata keçirilən “Qisas” əməliyyatı da bunun təsdiqidir. İşğalçı dövlət 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsi tez unutmağa çalışsa da Azərbaycan Ordusu onların hər bir təxribatının qarşısını qətiyyətlə almaqla bu dərsi onlara unutdurmur. Üçtərəfli Bəyanatın bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Ermənistan kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu cür əməliyyatlar təkrarlana bilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözlərini bir daha yada salmaq istərdik: “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”,- deyə YAP Xətai rayon təşkilatının sədri vurğulayıb.

“Ermənilər zaman-zaman öz himayədarlarının dəstəyi ilə törətdikləri təxribatlara haqq qazandırmaq üçün Azərbaycan tərəfini ittiham etməklə məşğul olublar” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, işğalçı dövlət gələcəyə deyil, keçmişə baxdığı üçün elə düşünür ki, istər Azərbaycan, istərsə də dünya 30 illik işğal dövrünün Azərbaycanı, həmçinin dünyasıdır: “Xeyr! Dünya dəyişir, dünya siyasətində dəyişikliklər baş verir. Artıq haqqın, ədalətin kimin tərəfində olduğunu Azərbaycanın gücü, həyata keçirdiyi siyasət nəticəsində əksər dünya gücləri qəbul edib və fəaliyyətlərini bu istiqamətdə qurublar. Dünyanın əksər gücləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olduğunu atdıqları addımları ilə təsdiqləyirlər. Ermənistana havadarlıq edən bəzi qüvvələr öz yardımçı funksiyalarını gizli şəkildə həyata keçirməklə nəyəsə nail olacaqlarını düşünsələr də Azərbaycanın qalib, diktə edən tərəf olduğunu unutmamalıdırlar. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ədalətin, beynəlxalq hüququn mövcudluğunu dünyaya sübut edən, həmçinin müharibənin getdiyi günlərdə ermənilərin cəbhə xəttinə yaxın olan ərazilərimizdə törətdiyi terror aktlarını əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdıran, düşmən tərəfin feyk xəbərlərini ifşa edən Azərbaycan artıq 30 illik işğal dövrünün Azərbaycanı deyil. Elə o zaman da, bu gün də ermənilərin törətdiyi təxribatların qarşısı qətiyyətlə alınıb. Azərbaycanın öz ərazisində belə cəhdlərin qarşısını alması suveren hüququdur.”

YAP Xətai rayon təşkilatının sədri bir daha diqqəti Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına yönəldərək bildirib ki, yaşanan son gərginliyin səbəbi, məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasıdır: “Avqustun 3-də Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir. Bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Bir mühüm məqamı bir daha qeyd etmək istərdik ki, Ermənistanın kapitulyasiyasının təsdiqi olan bu sənəddən irəli gələn öhdəliklərini yerinə yetirməməsi onun işğal dövründə BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymamasının davamıdır. Bu baxımdan ki, həmin qətnamələrdə də keçmiş Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu önə çəkilərək bəyan edilirdi ki, erməni silahlı birləşmələri bu torpaqları qeyd-şərtsiz tərk etməlidirlər. Amma göründüyü kimi, Ermənistan qanunsuz silahlı dəstələrini tam şəkildə ərazilərimizdən çıxarmaq istəmir. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir. Əvvəldə də qeyd etdiyimiz kimi, dünya gücləri, o cümlədən ABŞ tərəfindən verilən açıqlamalarda Qarabağ ətrafında intensiv döyüşlərdən, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirildiyi qeyd edilir. ABŞ Dövlət Departamentinin bəyanatında gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırış edilir. Göründüyü kimi, münaqişənin həllindən söhbət getmir. Çünki Azərbaycan özü münaqişəni həll edib. Ona görə də Ermənistan öhdəliklərini yerinə yetirməli, Azərbaycan tərəfinin təklif etdiyi sülh müqaviləsinin onun üçün son şans olması barədə ciddi düşünməlidir. Unutmamalıdır ki, bu təkliflər sona qədər masada qalmayacaq. Dəmir yumruq yerindədir!”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ