Paşinyan Azərbaycanın tələblərini qəbul etdiyini açıqladı, Rusiyanı isə tənqid etdi

img

Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır. Trend xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Daha əvvəl də Ermənistan tərəfindən bu tipli bəyanatların səsləndirildiyinin şahidi olsaq da, real addımların atılmadığını gördük. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində Ermənistan tərəfi həm 10 Noyabr Bəyanatının və ondan sonrakı razılaşmaların şərtərini yerinə yetirmədi. Ermənistan müxtəlif vasitələrlə Qarabağda kommunikasiyaların açılması prosesinin ləngitməyə çalışmaqla məşğul oldu.

Son hadisələrdən sonra Paşinyanın bu istiqamətdə açıqlamaları gözlənilən idi. Görünən odur ki, Azərbaycanın hərbi-siyasi gücü, cavab tədbirləri növbəti dəfə Ermənistan rəhbərini dalana dirəyib. Paşinyan müsbət yönümlü bəyanatlarının yaxın gələcəkdə hansı müsbət nəticələrinin olduğunu isə zaman göstərəcək.

Digər tərəfdən Paşinyan hökumətin iclasında çıxışı zamanı Rusiya tənqid edib. O "Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur", - deyə qeyd edib. Ermənistan Baş naziri açıq şəkildə Rusiyanı tənqid edərək narazılığını bildirib.

Xatırladaq ki, ötən gün Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Peşə etikası

Son xəbərlər