Cümə axşamı günü, 12 noyabr 2026
     

Çin ABŞ-a qarşı hərbi güc nümayişinə başladı

Image


Çinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvan adasına səfər edib. Nensi Pelosinin rəhbərlik etdiyi nümayəndə heyətini Tayvana ABŞ hərbi hava qüvvələrinə məxsus “Boeing C-40C” təyyarəsi gətirib. Bu, ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini tutan şəxsin son 25 ildə Tayvana ilk səfəridir.

Qeyd edək ki, bundan əbvvəl rəsmi Pekin Birləşmiş Ştatların Nümayəndələr Palatasının sədri Nensi Pelosinin özünü müstəqil dövlət kimi qələmə verən Tayvan adasına səfərinə bir neçə dəfə sərt etirazını bildirib. Ötən müddətdə Çin Xarici İşlər və Milli Müdafiə nazirliklərinin rəsmiləri Nensi Pelosinin Tayvana səfərinə Çin ordusunun lazımi cavab verəcəyini bəyan ediblər. İyulun 28-də Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Cozef Bayden ilə virtual görüşdə Tayvan mövzusunda toxunaraq, od ilə oynayanın sonda özünü yandıracağını deyib. Bunun ardınca Si Cinpin Nensi Pelosinin Tayvana səfərini şəxsən şərh edib: “Pelosinin Tayvana səfəri imperialistlərin qeyri-sivil kampaniyasının növbəti nümayişidir. Biz Amerika irticaçılarının bircə təxribatını belə qaçırmamaq üçün dünyaya geniş gözlə baxmağa davam edirik”. Ekspertlər Nensi Pelosinin Tayvana səfərinin və Çinin hərbi reaksiyası da daxil olmaqla sərt etirazının yeni münaqişəyə səbəb olacağını da istisna etmirlər. Artıq diplomatik müstəvidə bu etiraz özünü qabarıq büruzə verir. Çinin xarici işlər naziri Van İn bildirir ki, ABŞ Tayvan boğazında sülh və sabitliyin əsas məhvedicisidir: “Nensi Pelosinin Çinin ciddi etirazlarına baxmayaraq Tayvana səfəri “Vahid Çin” prinsipini kobud şəkildə pozur, Çinin suverenliyinə qərəzli qəsd edir, açıq-aşkar siyasi təxribata yönəlir. Səfər Çin xalqı arasında ciddi hiddətə və beynəlxalq ictimaiyyətin böyük etirazına səbəb olub. Bu səfər ABŞ siyasətçilərinin Çin-ABŞ münasibətlərində baş bəlası olduğunu və Birləşmiş Ştatların Tayvan boğazında və regionda sülhün, sabitliyin ən böyük dağıdıcısına çevrildiyini bir daha göstərir. Vaşinqton Çinin birləşməsinin qarşısını almağı xəyal etməməlidir. Tayvan Çinin bir hissəsidir və Çinin birləşməsi tarixi zərurətdir. Biz “Tayvanın müstəqilliyi”nə can atan qüvvələrə və xarici müdaxiləyə imkan verməyəcəyik. Tayvan məsələsi Çinin daxili işidir”. Çinli nazir ABŞ-ın Tayvan məsələsindəki yanaşmasının qarşıdurmaya yönəldiyini, Asiya-Sakit okean hövzəsi xalqlarının ümidlərinin ziddinə olduğunu bildirib. O, Vaşinqtonun “Tayvan kartı”nı oynamaqdan və BMT Nizamnaməsinin prinsiplərini pozmaqdan əl çəkməli olduğunu deyib. Van İn Vaşinqtonun gərginliyin yüksəldilməsində Çini günahlandırmasını əsassız hesab edərək, faktların Birləşmiş Ştatların Tayvan məsələsi ilə Çinə qarşı təxribat etdiyini, Çinin suverenliyini və ərazi bütövlüyünü kobud surətdə pozduğunu göstərdiyini bildirib.

Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Tze Dunun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının  yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan Çin Xalq Respublikası Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir. İndi Çinin Pelosinin səfərinə sərt etirazları fonunda ABŞ dövlət katibi Entoni Blinken bunun Pelosinin şəxsi qərarı olduğunu bildirib, Pekini bu səfərlə əlaqədar böhran yaratmaqda günahlandırıb. Entoni Blinkenin bu mövqeyinin hegemonluq mentalitetinə əsaslandığını vurğulayan Çin Xarici İşlər Nazirliyinin rəsmisi Hua Çunyin qeyd edir ki, Tayvan boğazında gərginliyi yüksəldən addımlar atan ABŞ bütün məsuliyyəti öz üzərinə götürməlidir: “Birləşmiş Ştatlar Çinin suverenliyini və təhlükəsizlik maraqlarını pozan addımlarına görə məsuliyyət daşımalı və cavab verməlidir”.  O, Pekin ilə Vaşinqton arasında diplomatik münasibətlərin qurulması haqqında 1979-cu ildə imzalanmış birgə bəyannamədə ABŞ-ın Çin Xalq Respublikasını Çin ərazisində qanuni hakimiyyət kimi tanıdığını, bu konteksdə Birləşmiş Ştatlar xalqının Tayvan xalqı ilə yalnız mədəni, ticari və digər qeyri-rəsmi münasibətlər saxlamaq hüququ olduğunu vurğulayaraq bildirib ki, Birləşmiş Ştatlarda ən yüksək 3-cü vəzifəli şəxs olan Nümayəndələr Palatasının sədri ABŞ silahlı qüvvələrinə məxsus təyyarə ilə Tayvana gəlirsə, bu, heç bir halda qeyri-rəsmi səfər deyil. Çinin ABŞ-dakı səfiri Tsin Qanq da rəsmi Pekinin Pelosinin səfərindən qəzəbləndiyini bildirib: “Biz cavab vermək və suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün bütün mümkün tədbirləri görəcəyik və cavabımız çox möhkəm, ağır və sərt olacaq”. Diplomatik hədələrin ardınca, Pelosinin Tayvana səfəri fonunda Çin Xalq Azadlıq Ordusu bir sıra məqsədyönlü hərbi əməliyyatlara başlayıb. Çin ordusunun nümayəndəsi bu xüsusda “Jiefangjun Bao” nəşrinə açıqlamasında bildirib: “Çin ordusu yüksək hazırlıq vəziyyətindədir və milli suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək, kənar qüvvələrin müdaxiləsinə, separatçıların "Tayvanın müstəqilliyini" elan etmək planına qəti şəkildə qarşı çıxmaq üçün bir sıra məqsədyönlü hərbi əməliyyatlara başlayıb”.  Nəşr yazır ki, Çinin hər hansı əks tədbir görməsi qanuni, ağlabatan və zəruridir, bu, istənilən müstəqil və suveren ölkənin hüququdur: “Heç kim bizdən ölkəmizin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına xələl gətirən acı meyvələri udmağımızı gözləməsin. Çin ərazisinin istənilən hissəsi Çinindir". Qeyd edək ki, Pekin Pelosinin Tayvana səfəri fonunda artıq ada yaxınlığında hərbi təlimlərə başlayıb. Təlimlərin Tayvanın şimalında, cənub-qərbində və cənub-şərqində dəniz və hava məkanında keçirilməsi, Tayvan boğazında uzunmənzilli canlı atışların və adanın şərqində adi raketlərin sınaq atışlarının keçirilməsi gözlənilir. Qeyd edilir ki, təlimə “Çenqdu J-20” stels qırıcıları cəlb olunub. “Global Times” nəşri isə yazır ki, Tayvan boğazında uzunmənzilli döyüş atışlarına Tayvandakı hədəfləri birbaşa materikdən vura bilən uzunmənzilli çoxsaylı reaktiv yaylım atəşi sistemləri daxil ola bilər. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bəyan edib ki, Vaşinqton Tayvan ətrafında böhran yaratmaq və “qılınc çalmaq” niyyətində deyil, lakin Pekinin mümkün addımlarına cavab verməyə hazırdır: “ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Vaşinqtonun Çinin ərazi bütövlüyünə sadiqliyinə zidd deyil. Vaşinqton spikerin səfərini izləyir və Pelosinin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görüb. Açıq deyim: spikerin səfəri bizim çoxillik Çin siyasətimizə tamamilə uyğundur. Biz açıq şəkildə bildirdik ki, vahid Çin siyasətimizdə heç bir dəyişiklik yoxdur”. Onun sözlərinə görə, Vaşinqton Tayvanla bağlı vəziyyətdə status-kvonun birtərəfli dəyişməsinə qarşıdır.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ