şənbə günü, 19 sentyabr 2026
     

“Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir” - Vüqar Rəhimzadə

Image


“Tarixi Zəfərimizdən sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin imzalanması günümüzün əsas çağırışlarındandır.

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından ötən iki ilə yaxın dövr ərzində Azərbaycan tərəfinin sülh müqaviləsinin imzalanması istiqamətində atdığı konstruktiv addımların qarşılığında Ermənistanın qeyri-konstruktiv mövqeyi, prosesə laqeyd yanaşması diqqətdən kənarda qala bilməz. Ermənistan rəhbərliyinin artıq tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunu “diriltmək” istiqamətində mənasız, sülh müqaviləsinin imzalanması prosesini uzatmaq cəhdlərini müşahidə edirik. Bununla bağlı dövlət başçısı İlham Əliyevin səsləndirdiyi fikirlər Ermənistana ciddi mesajdır. “Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var. İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib” söyləyən Prezident İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, Minsk qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistanın tez-tez Minsk qrupu ilə bağlı fikirlərinin arxasında yenə də ölkəmizə qarşı ərazi iddiasını görürük. Ermənistan bir tərəfdən ölkəmizin irəli sürdüyü beş prinsipi qəbul edir, digər tərəfdən, Minsk qrupunun fəaliyyətinin bərpasına çalışır. Özlüyündə yaranan “Minsk qrupu nə ilə məşğul olmalıdır” sualının cavabında isə dövlət başçısı bildirir ki, Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki,  istər 10 noyabr üçtərəfli Bəyanatda, istərsə də 11 yanvar 2021-ci ildə keçirilən Moskva görüşündə qəbul olunan Bəyannamədə əksini tapan müddəaların icrası istiqamətində Azərbaycan üzərinə düşən öhdəliyi yerinə yetirir: “Amma Ermənistan sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu açıq-aydın büruzə verir. Bu baxımdan ki, qeyd olunan sənədlərdən irəli gələn öhdəliklərini yerinə yetirmir. Dövlət başçısı İlham Əliyev Ermənistana və ona havadarlıq  edən dövlətlərə bu fikirləri ilə ciddi mesaj ünvanlayır: “Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır”.

YAP Xətai rayon təşkilatının sədri diqqəti 10 noyabr Bəyanatında yer alan bu müddəaya yönəldib: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Sual olunur - erməni silahlı birləşmələri tam tərkibdə  çıxarılıbmı? Son iki ilə yaxın dövrdə ən çox müzakirə olunan məsələlərdən biri məhz budur. Qanunsuz erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazilərindən tam çıxarılmayıb. Niyə?  Bu sualı Ermənistan rəhbərliyi və ona havadarlıq edən dövlətlər cavablandırmalıdırlar. Ermənistan açıq-aşkar 10 noyabr Bəyanatının müddəalarını kobud şəkildə pozsa da, bəzi dünya gücləri seyrçi mövqedə dayanmağa üstünlük verirlər. Regionda dayanıqlı sülhün təmin edilməsində, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olan Avropa İttifaqı isə bunu əməli fəaliyyəti ilə təsdiqləyir. Məlum olduğu kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə üç dəfə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş nazirinin görüşü keçirilib. Brüssel sülh gündəliyinin əsası qoyulub ki, bunun da müəllifi Azərbaycandır. Ölkəmiz hər zaman sülhün tərəfdarı olub. 44 günlük İkinci Qarabağ  müharibəsi Azərbaycanın istər döyüş meydanında, istər diplomatiya, istərsə də informasiya cəbhəsində üstünlüyünün dünyaya təqdimatı oldu. Azərbaycan işğal altında olan torpaqlarını istənilən yolla azad etmək imkanında olsa da 30 ilə yaxın dövrdə sülh danışıqlarına üstünlük verdi, Ermənistanın nə zamansa torpaqlarımızı sülh yolu ilə geri qaytaracağına inamını itirmədi. Çünki dünyanın əsas beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı 4 qətnamə qəbul etmişdi. Həmin qətnamələrdə Azərbaycanın mövqeyi dəstəklənir, Ermənistan işğalçı qüvvələrinin bu torpaqlardan qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. Amma 30 ilə yaxın dövrün təcrübəsi göstərdi ki, ədalət və beynəlxalq hüquq zamana və məkana görə tətbiq edilir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, reallıq budur ki, sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb, qrupda təmsil olunan üzvlər müəyyən edilib. Ermənistan tərəfdən isə hələ belə bir addım atılmayıb. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngində də bu məqama xüsusi diqqət yönəldildi ki, Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüş  iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirilir. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir.

“10 noyabr Bəyanatının imzalanmasından 1 il 8 ay ötməsinə baxmayaraq Ermənistan tərəfi sənəddə əks olunan bəzi müddəaların yerinə yetirilməsini yubadır” söyləyən YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Azərbaycan tərəfi qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə qaldırsa da  Ermənistan bu prosesi yubadır. Dövlət başçısı İlham Əliyev bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə də diqqəti bu məsələyə yönəldərək bildirmişdir ki, Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Amma göründüyü kimi, bugünədək  bu məsələ öz həllini tapmayıb. Ermənistan açıq-aşkar 10 noyabr Bəyanatına zidd olaraq  bu öhdəliyi yerinə yetirmir. Bir mühüm məqamı da nəzərə alaq ki, 10 noyabr Bəyanatını imzalayan üçüncü tərəf Rusiyadır. Bu halda sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Rusiya tərəfinin üzərinə böyük məsuliyyət düşməklə yanaşı, Ermənistanı bu öhdəlikləri yerinə yetirməyə məcbur etməlidir. Reallıq budur ki, Ermənistan istər sülh müqaviləsinin imzalanması prosesində, istərsə də Bəyanatdan irəli gələn öhdəliklərin icrası istiqamətində konstruktiv deyil, öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Azərbaycan 30 ilə yaxın işğal dövründə də Ermənistanın belə mövqeyinin şahidi olub. Amma bu mövqe Ermənistana baha başa gəldi və Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsi ilə Ermənistanı diz çökdürərək tarixi Zəfər qazandı”.

Vüqar Rəhimzadə, eyni zamanda, dövlət başçısı İlham Əliyevin bu bəyanatına bir daha diqqəti    yönəldib: “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”. 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistana ciddi dərs olmalı idi. Amma belə görünür, sülh müqaviləsinin imzalanması ilə bağlı prosesdə də hansısa güclərdən dəstək alır ki, o dərsi unudub, yenidən başqa istəklə yaşayır. Dövlət başçısı İlham Əliyev ilk gündən bu bəyanatı səsləndirdi ki, sülh təklifi uzun müddət masa üzərində qala bilməz”.

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, Azərbaycan  xarici işlər nazirinin  Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığında da bölgədə sülh və tərəqqinin təmin edilməsinə, o cümlədən nəqliyyat və kommunikasiyaların açılmasına, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılmasının zəruriliyi ilə bağlı Azərbaycanın məlum mövqeyinə diqqət yönəldilib. Tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edən Azərbaycan xarici işlər naziri bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən tam çıxarılmayıb və bu,  qəbuledilməzdir.

“Reallıq budur ki, Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində ciddi addımlar atır. Zəngəzur dəhlizinin açılması reallıqdır. İki dövlətin sərhədinin delimitasiyası məsələsi Brüssel görüşlərində əldə edilən razılaşmalarda öz əksini tapıb. Amma problem Ermənistanın bu prosesləri yubatmasında, qeyri-konstruktiv mövqe ortaya qoymasındadır”, -deyə Vüqar Rəhimzadə bildirib.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ