Cümə axşamı günü, 12 noyabr 2026
     

Deputatlarımızın maaşı 61 faiz qaldırılıb - maraqlı və inanılmaz araşdırma...

Image


“Deputatların maaşı 61%-dən çox artıb”. Bunu mətbuata ekspert Əkrəm Həsənov deyib.  “Nəhayət ki, barəsində eşitdiyimiz, amma gizlin saxlanılan “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna dəyişiklik dərc olundu və üzünü gördük.

Deputatların maaşının artırılması haqda hesablama apardım (səhv tutan, zəhmət olmasa, bildirsin), dərc edirəm. Qısa nəticə budur ki, bir neçə nəfər istisna olmaqla işləri-gücləri yalnız düymə basmaqdan və bəzən pafoslu çıxışlar etməkdən ibarət olan, hüquqdan və qanundan xəbəri olmayan, qanunvericilik təşəbbüsü ilə çıxış etməyən deputatlarımızın xalis rəsmi gəliri aşağıdakı kimi dəyişib:

 1. Spiker 5789 əvəzinə 9001,5 manat alacaq;

2. Spikerin birinci müavini 5210,1 əvəzinə 8202,76 manat alacaq;

3. Spikerin müavini 4920,65 əvəzinə 7803,38 manat alacaq;

4. Komitə və komissiya sədri 4631,2 əvəzinə 7404 manat alacaq;

5. Komissiya sədrinin müavini 4341,75 əvəzinə 7003,07 manat alacaq;

6. Sıravi deputat 4052,3 əvəzinə 6537,13 manat alacaq.

Beləliklə, deputatın maaşı 61%-dən çox artıb!

Hələ Qanun layihəsini görmədən və barəsində yalnız mətbuatdan xəbər tutanda (xalq tərəfindən seçilmiş hesab edilən kəslər niyə qanun layihələrini ictimai müzakirəyə təqdim etmirlər?) status yazmışdım ki, artıma etiraz etmirəm, amma məmurların şəffaflığı barədə də deputatlar müvafiq qanunlar qəbul etsinlər. Nəinki etmədilər, heç olmasa bir deputat sadaladığım qanundan birini belə təklif etmədi…”, – o bildirib.

  • “Onların maaşlarının nizamlanmasında, idarə edilməsində bir prinsip olmalıdır”

Deputatların maaşlarının artım faizi ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hər bir prosesin, hər bir məsələnin arxasında fəlsəfə dayanır. “Çox təəssüf ki, Azərbaycanda heç bir işin, heç bir prosesin, heç bir fəaliyyətin fəlsəfəsi yoxdur. Kimin ağlına nə gəlir onu da həyata keçirir. Deputatın maaşı məsələsinə gəlincə, bilirsiz ki, parlament qanunverici orqandır və bütün qanunları deputatlar müzakirə edib qəbul etməlidirlər. O qanunları qəbul edərkən onlar buna ədalət prinsipi ilə yanaşmalıdırlar. Ədalət prinsipi ilə yanaşmanın hərəkətverici qüvvəsi isə deputatın mandatından asılıdır. O mandatı kimdən alıb? Deputat mandatı xalqdan alıbsa, birinci düşünəcək ki, səs verdiyi  qanunlar  sıravi vətəndaşa, xalqa necə təsir edəcək. Bunu düşünməlidir. Amma bunu düşünmək üçün o deputat xalqdan səs alıb mandat qazanmalıdır. Düşünməlidir ki, növbəti dəfə də xalqdan səs almaqdan ötrü ədalətli, faydalı addımlarım olmalıdır. Heç kimə sirr deyil ki, Azərbaycanda deputatlar xalqdan mandat almır, hökumətdən mandat alır. Ona görə də, onların bu ədalət hissi, cəmiyyəti nəzərə almaq düşüncəsi artıq itib. Onlar özlərini deputat kimi yox, məmur kimi hiss edirlər. Deputatların maaşının artması məsələsi, yüzə-yüz inanıram ki, onların öz təşəbbüsü deyil, hökumətin təşəbbüsüdür. Bir yana baxanda mən bu təşəbbüsü alqışlayıram. Deputatlara əvvəllər qeyri-leqal pullar verirdilər, indi həmin vəsait maaş və əlavələr şəklində leqallaşıb, bir qədər artıb. Əslində, deputatların maaşlarının artımı 61 faiz deyil, artım təxminən 20 faizdən bir qədər artıqdır”.

A.Nəsirli qeyd etdi ki, əvvəllər deputatlara seçicilərlə görüş üçün yol xərci və sair verilirdi, o zaman bu qeyri-leqal idi, indi isə əməkhaqqı üzərinə keçirilib və bir qədər də artırılıb. “Onların maaşlarının nizamlanmasında, idarə edilməsində bir prinsip olmalıdır. Türkiyə hökuməti qurulanda Atatürkdən müəllimin maaşının necə təyin edilməsi soruşulub, o da deyib ki, müəllimin maaşı millət vəkilinin, dövlət işində çalışanların maaşından az olmalı deyil, üstün olmalıdır. O zaman o ortaya belə bir fəlsəfə qoydu. Azərbaycanda da belə bir prinsip həyata keçirilməlidir. Nəyə görə deputatın maaşı 6000, amma müəllimin maaşı 600 manat olmalıdır? Müəllimin maaşı deputatın maaşından 10 dəfə azdır...”

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deputatların maaşlarının artması məsələsinə aydınlıq gətirib. Komitə sədri bildirib ki, deputatların maaşının 61 faiz artması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. T.Mirkişili artımın 33 faiz təşkil etdiyini diqqətə çatdırıb:“Bəzi saytlarda, sosial şəbəkədə “deputatların maaşı 61% artıb” başlıqlı doğru olmayan yazılar yayılıb. Yazılarda deputatların aylıq maaşının (qazancının) yanlış olaraq artaraq 4052 manatdan 6537 manata çatdığı iddia olunur. Deputatın artıma qədər ümumi (vergi və digər yığımlar ödənmədən) aylıq vəzifə maaşı 1733 manat idi, artımdan sonra isə 2491 manat olub. Deputatın əvvəl aldığı vəzifə maaşının 1 misli qədər əlavə, 50%-i qədər vergidən azad pul təminatı, illik 2 misli qədər müavinət və illik 2 misli qədər məzuniyyət pulları ləğv olundu. Əvəzində deputata aylıq vəzifə maaşının 2 misli qədər maaşa əlavə ödənəcək. Deputatın gəlirlərində vergi azadolmaları da ləğv olundu və beləliklə deputatın bütün gəliri gəlir vergisinə cəlb olunacaq (ayda orta hesabla 1593 manat vergi). Bundan əlavə, sosial sığorta, icbari tibbi sığorta, həmkarlar təşkilatlarına yığımlar da bütün gəlirdən hesablanacaq (ayda orta hesabla 523 manat). Beləliklə, qanuna edilən müvafiq dəyişiklikdən sonra deputatın aylıq xalis maaşı (bütün vergilər və yığımlar çıxıldıqdan sonra) 1968 manat (əvvəl 1369 manat idi), aylıq əlavələr üzərinə gəldikdə isə xalis gəliri 5357 manat (əvvəl 4017 manat idi) olacaq. Bu isə əvvəlki rəqəmdən 33% çox deməkdir. Yəni ümumi artım 33% təşkil edir”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ