Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısına dəyişikliklər edilib.
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, aşağıdakılar da hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslər siyahısına əlavə edilib:
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) üzrə:
- Dövlət Vergi Xidmətinin Aparat rəhbəri və onun müavinləri;
- Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin rəisləri və onların müavinləri;
- Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların rəisləri və onların müavinləri.