Cümə axşamı günü, 08 oktyabr 2026
     

Misir 10 ildə 30 mindən çox qədim əşyanı ölkəyə gətizdirib - biz ermənilərdən geri ala bilmərik?..

Image


Misir son 10 ildə ölkədən qanunsuz şəkildə çıxarılan 30 000-dək tarixi eksponatı geri qaytarmağa nail olub. Xarici medianın yaydığı məlumata görə, bunu “Al-Hayat” televiziyasına Turizm və Qədim Dövr nazirliyinin şöbə müdiri Şaban Abdel Qaudad bildirib. Qaudadın sözlərinə görə, nazirliyin əməkdaşları bütün yerli və xarici hərracları yaxından izləyirlər. Buna görə də 2011-ci ildən indiyədək 29 300 eksponatı vətənə qaytarmaq mümkün olub. Təkcə bu il Vaşinqtondakı Bibliya muzeyində qədim Misir mədəniyyətinə aid 5300-dək məmulat aşkar edilib.

Qeyd edilənə görə, Misir son illərdə antik əşya qaçaqmalçılığına görə cəzaları sərtləşdirib. Ölkədən kənara çıxarılan nümunələr, bir qayda olaraq, qara arxeologiya nəticəsində əldə edilən əsərlərdir.

Bundan əvvəl də Misir qaçaqmalçılıq və digər yollarla ölkədən çıxarılan eksponatların müəyyən qismini  qaytarmışdı. Demək, dünyada oğurlanmış, müxtəlif yollarla ölkədən aparılmış, qarət edilmiş eksponatların, muzey əşyalarının geri qaytarılması ilə bağlı presedentlər var. Bu baxımdan, Azərbaycan da bu üsuldan, bu nümunədən istifadə edərək Ermənistan tərəfindən qarət edilən, yağmalanan muzey əşyalarımızı, eksponatlarımızı geri qaytarmağa nail ola bilər. Heç şübhəsiz, beynəlxalq təşkilatlar təzyiq göstərsə Ermənistan da Azərbaycan muzeylərinin eksponatlarıni qaytara bilər.

Ekspertlərin məsələyə yanaşması fərqlidir. Bir qisim ekspertlər deyir ki, Azərbaycan beynəlxalq təşkilatların köməyilə bu eksponatları geri qaytara bilər. Sadəcə, beynəlxalq məhkəmələr bununla bağlı müvafiq qərar qəbul etməli və Ermənistandan məhkəmə qərarlarının icrası tələb olunmalıdır. Ekspertlərin sözlərinə görə, Ermənistan Qarabağ muzeylərindən, qalereyalarından, sakinlərin evlərindən qarət etdiyi eksponatların, şəxsi xatirə əşyalarının, muzey materiallarının əksəriyyətini xarici ölkələrin qara bazarlarında satıb, bəziləri isə şəxsi kolleksiyalarda və muzeylərdədir. Təbii ki, bu eksponatların xeyli hissəsi Ermənistanda və hazırda Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndi “Şəhər Tarix Diyarşünaslıq Muzeyində” saxlanılır. Ekspertlər hesab edir ki, Misirin və başqa ölkələrin yaratdığı presedentdən istifadə edərək biz o nümunələri geri qaytara bilərik, təki bu işdə beynəlxalq təşkilatlar da aktiv olsun. Bəzi ekspertlər deyir ki, bu gün Azərbaycanın aidiyyəti qurumları müxtəlif ölkə muzeylərinə, hərrac təşkilatlarına sorğular göndərməlidir, o cümlədən də diasporumuz, səfirlik və diplomatik nümayəndələliklərimiz xarici ölkələrdə keçirilən hərracları izləməlidir, olduqları ölkələrin muzeylərində araşdırmalar aparmalıdır. Vaxtilə işğalda olan ərazilərimizdəki muzeylərimizin eksponatlarının 28-30 il boyunca qarət edildiyini və bu illər ərazində qanunsuz mənimsəmə, alqı-satqı obyektinə çevirildiyini deyən ekspertlər hesab edir ki, bütün sənədləri, faktları toplayıb hərəkətə keçmək lazımdır.

  • “Bax, buna görə hər kəsin edə bildiyini biz edə bilmirik”

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov isə bildirdi ki, Misir nümunəsi eksponatlarımızı qaytarmaq yönündə bizim üçün də imkanlar açır, amma bizim bu imkanlardan istifadə etməyimizin qarşısında ciddi əngəllər var: “ Bəli, bu nümunələr imkan verir ki, onlardan istifadə edərək biz də Ermənistan tərəfindən mənimsənilən, qarət edilən, oğurlanan eksponatlarımızı, muzey əşyalarımızı və sairi geri qaytaraq. Amma bizim hazırda onları qaytarmaq imkanlarımızın qarşısında əngəllər var. Bilirsinizmi, bəla burasındadır ki, ərazilərimizin Ermənistanın işğalına məruz qaldığı dövrə, yəni 1992-ci ilə qədər muzeylərimizdə olan eksponatların sənədləri əlimizdə deyil. İndiki işğaldan azad olunmuş ərazilərimizdəki tarix-diyarşunaslıq və xatirə muzeylərində olan eksponatların qeydiyyat kitabları, fondlar, fond haqqında məlumatları təsdiq edən hüquqi sənədlər, reyestrlər, muzey eksponatlarının çeşidinin müəyyənlədirilməsi barədə lazım olan heç bir sənəd əlimizdə yoxdur. Hansısa bir məqamda həmin sənədlər məhv edilib. İşğal dövründə və ya başqa şəraitdə oğurlanan muzey eksponatlarının geri qaytarılması təcrübəsi dünyada var, lakin bu iddia hüquqi sənədlərlə tənzimlənməlidir. Bizdə bu yoxdur. Mədəniyyət Nazirliyində illərlə kök salan qeyri-peşəkarlıq son 28 ildə bu sənədlərin əldə edilməsinə mane olub. Bax, buna görə hər kəsin edə bildiyini biz edə bilmirik”.

F.İsmayılov hesab edir ki, azad edilmiş ərazilərimizdəki muzeylərdəki eksponatlarla bağlı bütün sənədlər, sübutlar toplanmalıdır və ondan sonra biz Misir dövlətinin təcrübəsindən istifadə edib bu işləri görə bilərik. “Misir dövləti bu məsələni əlindəki sənədlə, faktlarla, inventar nömrələri ilə həyata keçirib. Tamamilə doğrudur ki, hər hansı iddianın arxasında hüquqi sənəd olmalıdır. Sübut olmasa iddialarımız mənasızdır, heç kim qəbul etməyəcək. İddianı sübut edə bilən hüquqi sənəd, qeydiyyat kitabları yoxsa, inventarlaşma nəyin üzərində aparıla bilər? Sanki bütün bu qeydiyyat kitabları qəsdən məhv edilib ki, sabah bizim əlimizdə heç bir tutarlı fakt olmasın. Fakt budur ki, Ermənistan bizim muzeylərimizi yağmalayıb, eksponatlarımızı, tarixi-mədəni irsimizi oğurlayıb, amma biz ortaya sənəd qoya bilmirik. Sabah bütün bu eksponatların sənədləri istəniləcək, o isə əlimizdə yoxdur, məhv edilib. Bu sənədləri kimin məhv etdiyi isə bilinmir, bu naməlum şəraitdə baş verib. Bizim qarşımıza çıxan əngəllər budur” - deyə F.İsmayılov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ