Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistan Azərbaycanla qarşıdurmanın əhəmiyyətsiz olduğunu anladı - İrəvan sülh müqaviləsinə razılıq verir...

Image


“Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni imkanlar açır. 10 noyabr 2020-ci il tarixli birgə bəyanat, xüsusilə bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutan 11 yanvar 2021-ci il tarixli üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan bəyanatı ilə tamamlandı". Belə bir açıqlama ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya bölgədə nəqliyyat kommunikasiyalarının açılması üçün konkret istiqamətlər üzərində işləməyə başlayıb: "Əlaqələrin yenidən canlandırılması Ermənistan və Azərbaycan üzərindən ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə sürətləndirəcək və bu həm bu ölkələrə, həm də tərəfdaşlarımıza fayda verəcək. Bu, normallaşmanın əhəmiyyətli bir faktoru olacaq və bölgədə və ondan kənarda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün şəraitin yaradılmasında müsbət rol oynayacaq". Nazir qeyd edib ki, Azərbaycan konstruktiv olaraq prosesdə iştirak edir və məsələ ilə məşğul olmaqda davam edir: “Aydındır ki, kommunikasiyaların yenidən canlandırılması həm bu ölkələrin, həm də tərəfdaşlarımızın xeyrinə Ermənistan və Azərbaycan üzərindən ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracaqdır. Bu, normallaşmanın əhəmiyyətli bir faktoru olacaq və bölgədə və ondan kənarda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün şəraitin yaradılmasında müsbət rol oynayacaq". Bunlar fonunda Azərbaycan Ermənistana yekun sülh müqaviləsinin imzalanmasını təklif edir. Maraqlıdır ki, artıq bu xüsusda Ermənistandan da müsbət siqnallar daxil olur. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ölkəsi ilə Azərbaycan arasındakı sülh prosesinin başlanmasından danışarkən bu xüsusda maraqlı fikirlər səsləndirib: “İnanıram ki, əsəblərimizə hakim olmalıyıq, dövlət maraqlarımıza əsaslanan gündəmimizi irəli aparmalıyıq”. Bu kontekstdə o, kiçik müsbət addımlara belə əhəmiyyət verməyə çalışdıqlarını deyib. Rubinyan iki ölkə arasında sülhün bərqərar olması üçün müəyyən imkanların olduğunu istisna etməyib. Vitse-spiker bir neçə gün əvvəl iki Ermənistan vətəndaşının yolu azaraq Azərbaycan tərəfinə keçməsi haqda da danışıb: “Gün yarım sonra Azərbaycan onları geri qaytardı, üstəlik, öz ifadələrinə görə, Azərbaycanda olduqları müddətdə onlara pis münasibət göstərilməyib. Bu cür addımlar sülh gündəmində irəliləmək üçün imkanlar yaradır”. Qeyd edək ki, sentyabrın 19-da Gorus-Qafan yolu ilə hərəkət edərkən iki Ermənistan vətəndaşının magistral yoldan çıxaraq Azərbaycan tərəfinə keçməsi haqda məlumat yayılıb. Təxminən iki gün sonra həmin şəxslər Azərbaycan tərəfindən geri qaytarılıb.

Erməni siyasi şərhçi Razmik Akopcanyanın da məsələyə yanaşması olduqca maraqlıdır: “Ermənistanın və erməni xalqının bəlalarında türklər, yaxud ruslar günahkar deyil. Başımıza gələnlərin hamısında yeganə günahkar biz özümüzük. İndi boş-boş danışmağın heç bir mənası yoxdur. Düşmən axtarmaq da gərəksizdir. Artıq Ermənistan başa düşür ki, Azərbaycanı qəzəbləndirmək olmaz. Bu dəfə Bakı qəzəblənsə, Ermənistan xəritədən silinəcək. Bizə nə Qərb, nə Rusiya, nə də İran kömək edə biləcək”. Rusiyalı siyasi ekspert Sergey Markedonov isə qeyd edir ki, Qarabağın status məsələsi aradan qalxdığından, Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalaması mümkündür: “Qarabağın statusu məsələsi danışıqlar prosesindən çıxarılıb və bu artıq Ermənistandan asılı deyil”. Ekspert Qarabağdakı 44 günlük müharibədən sonra Azərbaycanın Ermənistan qarşısında böyük üstünlük əldə etdiyini bildirib: “Ermənistan 30 ildən sonra travma yaşayır. Qarabağ itirildi və Qarabağın statusu danışıqlar çərçivəsindən çıxarıldı. Bakı təkid edir ki, münaqişə bitib və başqa bir şeyə aydınlıq gətirməyə ehtiyac yoxdur. Üstəlik, Ermənistan üçün Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası məsələsi bir-iki il əvvəlkindən xeyli az əlverişli şəraitdə gündəmə gəlib. Erməni cəmiyyəti Qarabağ və ətrafındakı bölgələri özündə birləşdirəcək “Böyük Ermənistan” (“Miatsum”) ideyasını yenidən nəzərdən keçirir. Yenə də otuz il əvvəl olduğu kimi, Ermənistanın haradan başlamalı və bitməli olduğu məsələsi gündəmdədir. Yenə də o vaxt olduğu kimi, çox şey İrəvandan deyil, həm də kənar oyunçuların mövqelərindən asılıdır”.

Beləliklə, Azərbaycan və Ermənistan, nəhayət, sülh müqaviləsi imzalayıb düşmənçilik münasibətinə son qoya bilər. Azərbaycan buna hazırdır. Ermənistandan da müsbət siqnallar daxil olur. Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli hesab edir ki, hazırda prosesi tormozlayan tərəf kənar qüvvələr, o cümlədən Rusiyadır. Onun sözlərinə görə, bu gün sülhyaratma prosesinin ləngiməsinin əsas baiskarı Rusiyadır: “Düşünürəm ki, Rusiya proseslərə müdaxilə etməsə, Ermənistanı öz iradəsinə buraxsa, danışıqlar prosesi daha uğurlu olar, sülh müqaviləsi daha tez imzalanar, sərhədlərin delimitasiya və demarkasiya problemi həll olunar, ərazi bütövlüynün tanınması məsələsi həyata keçirilər. Bütövlükdə problemli məsələlərin bir qismini, bəlkə də hamısını Rusiyanın bölgəyə müdaxiləsi olmadan daha tez çözmək olar və ən qısa zamanda kompromisə gəlmək mümkündür. Rusiya bölgədə baş verən konfliktli situasiyanı qoruyub saxlamağa çalışır və bunda maraqlıdır”. Qabil Hüseynli vurğulayıb ki, Azərbaycan qalib gələn tərəfdir və qalib olan tərəf diktəedici mövqeyə malikdir: “Buna baxmayaraq, biz daha humanist mövqe sərgiləyirik. Bizim Ermənistan torpaqlarında gözümüz yoxdur. Onlara iddiamız da yoxdur. Baxmayaraq ki, həmin torpaqlar əzəli və əbədi Azərbaycan torpaqlarıdır - Qərbi Azərbaycandır. Biz onların ərazi bütövlüyünü tanıdığımız kimi, onlar da bizim ərazi bütövlüyümüzü tanımalıdır. Ermənistan tərəfi Qarabağın yuxarı hissəsində yaşayan erməni ekstremistlərə status tələb edir, amma bu tələb, demək olar ki, ləğv edilib. Cənab Prezidentin diliylə desək, status məsələsi cəhənnəmə göndərilib. Bu problemləri nizama salıb, konsensus əldə etmək olar”.

Nahid SALAYEV

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ