Bazar günü günü, 15 noyabr 2026
     

Moskva Kiyevi savaşla hədələyir, Ukrayna isə “Bayraktar”lar alır və Azərbaycan təcrübəsini öyrənir...

Image


Rusiya və Ukraynanın yenidən gərginləşən münasibətləri postsovet məkanında növbəti dəhşətli savaşın başlanması ilə müşayiət edilə bilər. Məsələyə kənar təsirlər də kifayət qədər çoxdur. Məhz belə bir vaxtda ABŞ Konqresinin üzvləri Bayden hökumətinə tövsiyə ediblər ki, Ukraynaya hava və raket hücumundan müdafiə sistemləri verilsin və ya satılsın. 

Qanunvericilər bu məqsədlə 2022-ci il hərbi büdcəsi barədə qanun layihəsinə müvafiq düzəliş daxil etməyə çalışırlar. 

ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, Ukrayna Rusiya aqressiyası ilə mübarizədə ABŞ-ın dəstəyinə ümid edə bilər. Ukraynanın müdafiə naziri Andrey Taran isə hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyac duyduqlarını ABŞ hərbi rəhbərliyinin nəzərinə çatdırıb. Ukrayna rəhbərliyi öz ordusunu həm də pilotsuz aviasiya ilə gücləndirmək niyyətindədir. Bu məqsədlə Türkiyədən məşhur “Bayraktar” zərbə dronlarının daha 4 kompleksinin alınması planlaşdırılıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general-mayor Valeri Zalujnıy bildirib ki, hazırda Ukrayna ordusunda 2 “Bayraktar” kompleksi – 12 ədəd dron var. Əlavə 4 kompleks 24 ədəd “Bayraktar” deməkdir. Alış-veriş uğurla yekunlaşsa, 2022-ci ilin sonuna Ukraynanın sərəncamında 36 ədəd “Bayraktar” dronu olacaq. O bildirib ki, təkcə alış kifayət deyil, bu silahlarla effektiv davranmağı öyrənmək lazımdır. Ukraynalı general Azərbaycanın bu sahədə təcrübəsini yüksək qiymətləndirib: “Biz hazırda bu aparatlardan istifadənin metodikasını öyrənirik. Azərbaycanın təcrübəsi bizdə olsaydı, işimiz daha da asanlaşardı. Etiraf edirəm ki, bizim bu sahədə, təəssüf ki, çox az təcrübəmiz var”. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko isə qeyd edir ki, Rusiya Kiyevin hərbi planlarından xəbərdardır və Ukrayna ilə birbaşa müharibəni istisna etmir: “Rusiya Ukraynaya hansı xarici tərəfdaşların, o cümlədən ABŞ-ın maliyyə və hərbi-texniki dəstək göstərməsindən yaxşı xəbərdardır”. Andrey Rudenko qeyd edib ki, bu gün Rusiya-Ukrayna münasibətlərinin gələcəyini proqnozlaşdırmaq mürəkkəbdir və hətta hərbi ssenarini belə istisna etmək olmaq: “Biz ümid edirik ki, Kiyevdə hər halda ağıl üstün gələcək və iş hərbi ssenariyə qədər gedib çıxmayacaq, o cümlədən Donbasla bağlı”. Diplomat əlavə edib ki, Rusiyanın hərbi büdcəsində müvafiq, yəni Ukrayna ilə hərbi toqquşma ehtimalına qarşı xərclər bəndi var. Xatırladaq ki, bu ilin martında Rusiya ilə Ukrayna arasında birbaşa və irimiqyaslı hərbi toqquşmalar risqi yaranmışdı. Rusiya Ukraynanın Donbas üzərində nəzarəti hərbi yolla geri qaytarmaq planlarını bəhanə edərək bu ölkənin sərhədlərinə təxminən 120 minlik qoşun qruplaşması cəmləşdirmişdi. Və Ukraynanın bəzi vilayətlərini zəbt etmək planları haqda xəbərlər yayılırdı. Daha sonra ABŞ və Rusiya prezidentləri arasında telefon danışıqlarının nəticəsi olaraq gərginlik qismən yumşaldı, Rusiya öz qoşunlarının bir hissəsini sərhəddən geri çəkdi. Amma Rusiyanın Ukraynaya birbaşa hərbi müdaxiləsi təhlükəsi qalmaqdadır. ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin Donbasdan rus qoşunlarını qələbə qazanmayacağını anlayanda çıxaracaq. Onun sözlərinə görə, bu gün müharibəni dayandıracaq danışıqlar formatı yoxdur: “Hazırda danışıqlara imkan yaradan format görmürəm. Ona görə ki, Donbasda müharibə haqqında məsələ kifayət qədər sadədir. Putin hələ də Donbasda qalib gəlməyəcəyini anlamır, lakin Moskvada bunu başa düşənlər var. Putin və ya digər həlledici fiqurlar bunu anlayanda danışıqlar üçün imkan tapacaqlar və qoşunlarını Donbasdan çıxaracaqlar”. Ukraynalı ekspert Dmitri Qordon isə fərqli düşünür: “Ukraynanın güclü ordusu yoxdur”. O, Rusiyanın Ukraynaya üç istiqamətdə hücum edəcəyini, bunlardan birinin də Belarus olacağını bildirib: “Mümkün hadisələrin bir neçə versiyası mövcuddur. Mənim çox hörmət etdiyim adamlar deyirlər ki, Rusiya üç istiqamətdə hücum edə bilər. Bunlardan biri Qomel-Çerniqov, yəni Belarus istiqamətidir. Bu, Kiyevə ən qısa yoldur. Digər istiqamətlər Donbas və Krımdır. Rusiya onların üçündən eyni anda da hücum edə bilər”. Lakin burada Rusiya üçün də zəif cəhətlər var. Rus ekspert Pavel Felgenhauer bu xüsusda bildirir:  “Rusiyanın hər yerdə düşmənləri var, sovet dövründə olduğu kimi. Bizi düşmənçilik üzük kimi əhatəyə alıb. O cümlədən daxili düşmənçilik, bizdə hətta “Sadovoye koltso”da düşmənçilik dairəsi var - xarici agentlər və digər pis adamlar. Ukrayna var, Gürcüstan var. Və xarici düşmənlərin əhatəsindəyik”. Ekspert Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlişindən sonra Orta Asiyada destabilizasiya təhdidlərinin artdığını deyir. Onun fikrincə, cihadçı hərəkat Mərkəzi Asiya respublikalarına keçə bilər: “Daha bir ocaq Cənubi Qafqazda, Ermənistanla Azərbaycan arasındadır. Ora Rusiya cəlb oluna bilər.  Donbas və ümumən Ukrayna ilə problem var. Getdikcə qeyri-stabil xarakter alan Lukaşenko rejiminin idarə etdiyi Belarus var, hansı ki, çox böyük problemlərlə üzləşib. Və onun öz daxilində ciddi problemlər var. Ən başlıcası, sanksiyalar tətbiq edirlər və ölkə daha əvvəlki kimi mövcud ola bilməz. Deməli, orada da böyük problem ortaya çıxa bilər. Belə çıxır ki, hər yerdə pazdır. Və Frans-İosif arxipelaqından tutmuş Çukotkaya, Kuril adalarına qədər hər yerdə diviziyalar, ordu korpusları saxlamaq lazımdır. Qüvvə isə çatışmır - Sovet İttifaqında olduğu kimi. Nəhəng ordusu vardı, amma hər yerə dartıb aparmışdılar deyə, qüvvə çatışmırdı”.

Samirə SƏFƏROVA

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ