Cümə axşamı günü, 01 oktyabr 2026
     

“Sərhədsiz reportyorlar” və digərlərinin Azərbaycana qarşı ikili standartları Ermənistandan niyə yan keçir...

Image


Bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi heç kimə sirr deyil. Bunlar sırasında "Freedom House”, "Human Rights Watch”, "Sərhədsiz Reportyorlar” kimi təşkilatların adı xüsusi qeyd edilməlidir. Onların hesabatlarında Azərbaycanla bağlı hər bir ölkə üçün xarakterik olan ayrı-ayrı mənfi hallar, bir çox hallarda təhrif olunmuş məlumatlar qabardılır və onların əsasında ümumi qənaət formalaşdırılmasına cəhd edilir.

Xüsusən də “Sərhədsiz reportyorlar” təşkilatı daim Azərbaycana qarşı ənənəvi qərəzli münasibətini davam etdirir. Qurumun yaydığı hesabatlarda ölkəmizdə söz və ifadə azadlığı, medianın durumu barədə həqiqətə uyğun olmayan iddiaların irəli sürülməsi, müxtəlif reytinq sıralarında Azərbaycanın ən aşağı yerlərdə göstərilməsi, bunu əsaslandırmaq üçün primitiv forma və metodlardan istifadə olunması adi hal alıb. Məqsəd belə vasitələrlə Azərbaycanı gözdən salmaq, onun beynəlxalq müstəvidəki imicini ləkələməkdir. Eyni zamanda qurum bu fonda ikili standartlardan da çıxış edir. Hər halda, Ermənistanda baş verənlərə bir cür, Azərbaycanda baş verənlərə başqa cür yanaşma da qeyd edilənlərin təsdiqidir.

Bu gün Ermənistan media azadlığı ilə bağlı ciddi problem yaşayan ölkələr sırasında yer alır. Məsələn, Ermənistan Jurnalistlər Birliyinin üzvü, televiziya şərhçisi Nairi Oxikyan öz ölkəsində təqib edilir. Ermənistan Jurnalistlər Birliyi bəyan edir ki, 29 iyul 2021-ci ildə jurnalist Milli Təhlükəsizlik Xidmətinə dindirilməyə gətirilib. Dindirilmə zamanı jurnalistin smartfonu müsadirə edilib. Nairi Oxikyan ikinci Qarabağ müharibəsindən bəhs edən sənədli film çəkdikdən sonra təqib edilməyə başlayıb. Jurnalist öz filmində Ermənistan hakimiyyətini tənqid edib. Paradoksal olaraq, erməni telejurnalistin peşə fəaliyyətinə görə təqib edilməsi beynəlxalq təşkilatların, xüsusən də Azərbaycanda söz azadlığının vəziyyətini tənqid etməsi ilə tanınan Fransanın "Sərhədsiz Reportyorlar" təşkilatının “gözündən qaçıb”. Ermənistan Jurnalistlər Birliyi Ombudsmanın ofisini, eləcə də beynəlxalq təşkilatları hakimiyyətin qanunsuz hərəkətlərini qiymətləndirməyə çağırıb. Lakin buna məhəl qoyan yoxdur. “Open Caucasus Media” saytı isə bildirir ki, Ermənistanda mətbuat azadlığını məhdudlaşdıran, o cümlədən anonim mənbələrə istinadlara görə cəriməni və "təhqir və ya böhtanla" bağlı cəzaları nəzərdə tutan iki qanun layihəsi müzakirə olunur. Ermənistan mətbuatına "təhdid yaradan" yeni qanunvericilik barədə məqaləyə əsasən, noyabrın 9-da üçtərəfli bəyannamənin imzalanmasından və İkinci Qarabağ müharibəsinin bitməsindən sonra jurnalistlərin işi yeni və çox vaxt "qeyri-müəyyən" məhdudiyyətlər, nizamnamələr və qaydalarla məhdudlaşdırılır.

Parlamentdə müzakirə edilən "təhqir və böhtanla" bağlı qanun layihəsinə görə, cərimələr 5 milyon dram və ya 10 min dollar, eləcə də 10 milyon dram və ya 20 min dollar həddində müəyyən edilir ki, bu da əvvəlki cərimənin 5 qatıdır. Bu sənəd parlamentdə birinci oxunuşda qəbul olunub. Daha bir qanun layihəsinə görə, mülkiyyət sahibi bilinməyən saytlar və ya sosial media hesablarını mənbə olaraq göstərən media qurumlarına 500 min dram və ya 1000 dollar cərimə kəsilə bilər. Hesab olunur ki, anonim mənbələrə qarşı yeni qayda müharibə vaxtı hökumət əleyhinə məlumatlar dərc edən və daha sonra nüfuzlu müxalifət mediasında yayılan anonim “Telegram” kanallarının artan populyarlığına cavabdır. Ermənistan Baş Prokurorluğu tərəfindən təklif olunan, lakin hələ ki parlamentə təqdim edilməyən üçüncü qanun layihəsi vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar dövlət qulluğunda olan rəsmiyə qarşı təhqir və ya böhtana görə 3 milyon və ya 6 min dollar məbləğində cərimə, yaxud 2 ilə qədər həbs cəzasını nəzərdə tutur. Media mühitinin sərtləşdirilməsilə bağlı yeniliklər müharibənin ilk günündə elan olunmuş hərbi vəziyyətin tətbiqindən sonra başlayıb. Belə ki, hərbi vəziyyətə görə jurnalistlərə dövlət məmurlarının hərəkətlərini və Ermənistan ordusunun fəaliyyətini tənqid etmək qadağan olunmuşdu. Ermənistan hüquq-mühafizə orqanlarının məlumatına görə, dekabrın 2-də məhdudiyyətlərin ləğvinədək 13 media qurumu və 62 fərd cərimələnib. Lakin "Freedom House”, "Human Rights Watch”, "Sərhədsiz Reportyorlar” kimi təşkilatlar bunları görməzdən gəlir. Halbuki, nəyə görəsə "Sərhədsiz Reportyorlar”, "Freedom House” və "Human Rights” kimi təşkilatlar mütəmadi olaraq Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Sadalanan faktlar onu göstərir ki, dünyada ikili standartlar baş alıb gedir, insan hüquqları və demokratiya isə yalnız Qərb dövlətləri kiməsə təsir etmək istəyəndə yada düşür. Daha bir fakt budur ki, özlərini demokratiyanın, insan hüquqlarının müdafiəçiləri kimi təqdim edənlər reallığa doğru qiymət verməyi bacarmır. Əlbəttə ki, bu cür təşkilatlar sıradan hesabatlar hazırlamır, onların bu məsələdə hamisi rolunu, məhz güclü erməni lobbisi oynayır. Bir çox hallarda bənzər təşkilatların şər-böhtan xarakterli hesabatları da bunu təsdiq edir.

Samirə SƏFƏROVA

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ