Bazar günü günü, 15 noyabr 2026
     

Eldəniz Səlimovun Xaçmazda törətdiyi əməlin MM-in İntizam Komissiyasına hüquqi aidiyyatı varmı - Eldar İbrahimovun cavabı müzakirəyə səbəb oldu... Xanbabayevin sürücüsü isə...

Image


Xaçmaz rayonunda yerləşən “Starıy dvor” restoranında deputat Eldəniz Səlimovun polisi döyməsi iddiası ilə əlaqədar cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, deputatın iyulun 29-da gecə saat 01.00 radələrində restoranda xidməti vəzifəsini icra edən polis əməkdaşına zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən Baş Prokurorluğa material daxil olub. Həmin material araşdırılıb və Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb: “İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Daxili İşlər Nazirliyi deputatın vurduğu iddia olunan polis əməkdaşının kimliyini də açıqlayıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, deputat E.Səlimov Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevə xəsarət yetirib.

Nazirlik bildirir ki, hadisə zamanı deputat sərxoş vəziyyətdə olub. O, karantin rejimi qaydalarını da pozub. Məlumatda o da qeyd olunur ki, hadisənin baş verdiyi restoran E.Səlimovun qohumuna məxsusdur: “Gecə saat 12-dən sonra polis əməkdaşları karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb ediblər. Eldəniz Səlimov buna etiraz edərək münaqişə yaradıb”.

45 yaşlı E.Səlimov 2010-cu ildən Milli Məclisin deputatıdır. O, hazırda 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı kimi parlamentdə təmsil olunur. E.Səlimovun adı bundan əvvəl də Xaçmazda ağacların kəsilməsi ilə bağlı qalmaqalda hallanmışdı. Prokurorluqda cinayət işi qaldırılması hələ ki deputatın cinayət məsuliyyətinə cəlb olunması demək deyil. Çünki onun toxunulmazlıq statusu var. Bəs bu məsələ qanunvericiliklə necə tənzimlənə bilər?

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov bildirib ki, bunun onlara aidiyyəti yoxdur: “Mənim hadisədən xəbərim yoxdur. Bu barədə İntizam Komissiyasına məlumat daxil olmayıb. İntizam Komissiyası parlamentdaxilidir. Hansısa deputat harada kiminlə savaşır, barışır, güləşir onun öz işidir. Mənim xəbərim yoxdur. Axı bu məsələnin İntizam Komissiyasına aidiyyəti yoxdur. Məsələ bizə gələrsə, araşdırıb fikrimizi deyərik. Vəssalam”.

Maraqlı olan başqa bir detal isə işdə Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayevin Mənsur adlı sürücüsünün adının hallanması və bu hadisəyə görə həbs edilməsidir. Bildirilir ki, baş verən insidentə görə  iki nəfər saxlanılıb. Saxlanılan digər şəxs isə Xaçmazda “Zapçast Ənvər” kimi tanınan iş adamıdır.

Şəmsəddin Xanbabayev mediaya açıqlamasında sürücüsünün hadisə vaxtı deputatla birlikdə həmin restoranda olduğunu təsdiqləyib: “Deputatın maşını olmayıb, mənim maşınımda gedib. Amma bu maşın xidməti avtomobil deyil. Şəxsi maşındır. Amma sürücümün hadisədə iştirak edib-etmədiyini bilmirəm. O restoran da burada, yaxınlıqdadır. İcra başçısı olanda samovar tikmişəm ha, bax onun yanında. Bəli, olub orada hadisə. Amma sürücünü tapa bilmirəm ki, həqiqəti öyrənib sizə deyim”.

Ş.Xanbabayev sürücüsünün də deputatla birlikdə polisi vurduğu haqda iddialara inanmadığını deyir: “O, 30 ildir mənim yanımda işləyir. İnandırıram sizi ki, elə adam deyil. İndi saxlayıblarsa, yəqin araşdırıb həqiqəti üzə çıxararlar. Amma yenə də deyirəm ki, o, davakar adam deyil. Sadəcə deputat restorana mənim maşınımda gedib”.

Eldəniz Səlimovun məsələsilə bağlı parlamentin növbədənkənar iclasının çağırılacağı bildirilir. Onunla bağlı məsələ İntizam Komissiyasında müzakirə oluna bilərmi və sonrakı hüquqi prosedurlar hansı ardıcıllıqla aparılacaq?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Milli Məclis deputatının statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən, deputatın toxunulmazlıq hüququ var: “Həmin maddədə deyilir ki, Azərbaycan Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır. Sözügedən maddəyə əsasən, deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir. Bildirilir ki, deputatın toxunulmazlığına Azərbaycan Konstitusiyasının 90-cı maddələrində nəzərdə tutulmuş hallarda və Milli Məclisin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir”.

Bəs Azərbaycan Konstitusiyasının 90-cı maddəsi bu barədə nə deyir?

Vəkilin sözlərinə görə, Konstitusiyanın həmin maddəsinin I hissəsində bildirilir ki, səlahiyyət müddəti ərzində Milli Məclisin deputatının şəxsiyyəti toxunulmazdır: “Milli Məclisin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. 90-cı maddənin II hissəsinə əsasən, deputatın toxunulmazlığına aşağıdakı halda xitam verilə bilər. Milli Məclisin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Milli Məclisin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Millət vəkilinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər”.

Milli Məclis deputatın toxunulmazlığına necə xitam verə bilər?

Mehman Muradlının sözlərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinin 22-ci maddəsi deputatın toxunulmazlığına xitam verilməsi qaydasını müəyyənləşdirir: “Konstitusiyanın 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır. Milli Məclisin sədri, bir qayda olaraq, deputat haqqında təqdimatı əvvəlcə parlamentin İntizam Komissiyasına göndərir və komissiyada bu məsələyə baxılır. Komissiya təqdimata dair rəy qəbul edir. Rəydə deputat toxunulmazlığına xitam verilib-verilməməsi barədə İntizam komissiyasının qənaəti söylənilir”.

Hüquqşünas qeyd edir ki, nizamnamənin müvafiq maddəsinə əsasən, Milli Məclis bu barədə məsələlərə, bir qayda olaraq, deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır: “Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması məsələsi müzakirə edilə bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclis tələb olunan səs çoxluğu ilə deputat toxunulmazlığına xitam verə bilər”.

Hüquqşünasın rəyindən belə məlum olur ki, Eldəniz Səlimovun hətta parlamentdən kənarda törətdiyi cinayət əməlinə belə İntizam Komissiyasında baxılıb rəy verilməlidir. Çünki bu, qanunvericiliyin tələbidir.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ