Bazar günü günü, 15 noyabr 2026
     

Fransanın Qafqazı Ermənistan vasitəsilə yeni dəhşətli xaosa sürükləmək planları…

Image


Bir dövlət kimi Fransanın nüfuzuna ciddi zərbə vuran Emmanuel Makron hökuməti bu dəfə Qafqazda Parisin imicini ayaqlar altına atır. Hər halda Fransanın Azərbaycana münasibətdə qərəzli yanaşmaları, Ermənistanı qızışdırmağa çalışması da bunu təsdiq edir. Qeyd edilən xüsusda Fransanın Ermənistandakı səfiri Conatan Lakotun son günlər ərzində verdiyi açıqlamlara nəzər salmaq kifayətdir.

Səfir qeyd edir ki, Ermənistan-Azərbaycan sərhədindəki hadisələr Fransada narahatlıqla qarşılanır: “Fransa Ermənistan və Azərbaycan arasında siyasi proseslərin yenilənməsinə çağırış edir. Fransa və Rusiya arasında situasiyanın stabilləşməsi üçün kontaktlar mövcuddur. Hazırda əsas qayğımız Ermənistanın sərhədləridir”. Lakin səfir nədənsə sərhəd gərginliyinin Ermənistan üzündən yarandığını və ermənilərin Azərbaycan torpaqlarını atəş tutmasını unudur.  Bu günlərdə isə  Lakot Qarabağın statusunun həll olunmadığını söyləyib: “Reallıq var: Dağlıq Qarabağın statusu ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmalıdır. Bu status müəyyən edilmədən nə Fransanın Bakıdakı, nə də İrəvandakı səfirləri Qarabağa səfər edə bilməz. Və bu mövqe hər üç həmsədr ölkə tərəfindən qəbul olunur”. Ölkəsinin regional nəqliyyat dəhlizlərinin açılmasında maraqlı olduğunu əlavə edən səfir bununla belə, Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizini məhz dəhliz adlandırılmasına qarşı çıxıb: “Dəhliz” terminindən imtina olunmalıdır. “Dəhlizlər” diplomatiya tarixində çox pis izlər qoyub. Məsələn, Dansinq dəhlizi kimi. 2021-ci il 11 yanvarda Moskvada Rusiya, Azərbaycan və Ermənistan arasında verilən və region ölkələri ilə qonşuları arasında əlaqə kanallarının bərpasını nəzərdə tutan üçtərəfli razılaşma əsasında çalışmaq lazımdır”. Belə mövqe sərgiləmklə Fransa beynəlxalq hüquqa zidd gedərək Azərbaycanın ərazi bütövlüyünü şübhə altəna alır. Eyni zamanda Zəngəzur dəhlizinin üçtərəfli razılaşmanın nəticəsi olaraq açılmalı olduğunu unudur.

Bütün bunlardan sonra Conatan Lakot növbəti dəfə Ermənistanda revanşizm tərəfdarlarını həyəcanlandıra, regionda yaranmış yeni reallıqlara və sülh prosesinə xələl gətirə biləcək açıqlama verib. O, ölkəsinin Ermənistanın müdafiə sahəsində müraciətlərinə baxmağa hazır olduğunu bildirib, dolayısı ilə növbəti dəfə təcavüzkar ölkəyə hərbi yardım təklif edib. Sosial şəbəkənin erməni seqmentində geniş müzakirə mövzusuna çevrilən açıqlama erməniləri o qədər həyəcanlandırıb ki, onlar artıq ölkə rəhbərliyindən Fransanın yardım təklifini qəbul etməyi tələb ediblər. Hətta Lakotun iki ölkənin eyni hərbi alyansda olmaması barədə xatırlatması da, revanşizm tərəfdarlarını sakitləşdirə bilməyib. Onlar Ermənistanın Fransa ilə eyni alyansa meyl etməli olduğunu bildiriblər. İrəvandakı “Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan bu halda Ermənistanı Qərblə hərbi əməkdaşlığı genişləndirməyə çağırıb. Onun fikrincə, Azərbaycan-Ermənistan sərhədində yaranmış mövcud vəziyyətə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin, ilk növbədə də Rusiyanın “hərəkətsizliyinə” görə, Qərb ölkələri ilə hərbi əməkdaşlıq genişləndirilməlidir: “Bu, yeganə çıxış yoludur, ona görə də bunu həyata keçirmək üçün bütün imkanlara əl atmalıyıq. Aydındır ki, Rusiyanın maraqları indi Türkiyə və Azərbaycanın maraqları ilə üst-üstə düşür. Onlar bunu bir neçə dəfə, müxtəlif səviyyələrdə də deyiblər. Nəticə olaraq, ortaq maraqlar, ortaq müttəfiq münasibətləri yoxdursa, münasibətlər formal xarakter daşıyır. Məsələn, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətik. Hansı ki,  təşkilatın nizamnaməsinin birinci maddəsində müttəfiq ölkəyə zərər verə biləcək hər hansı hərəkət qadağan edilir. Amma Rusiya daim silah sataraq Azərbaycana kömək edirdi. Ona görə də hesab edirəm ki, biz NATO üzvü olmayan müttəfiq kimi mütləq ABŞ və Fransa ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə çalışmalıyıq və əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük buna mane olsa, onda biz bu təşkilatdan çıxmalıyıq”.

Xatırladaq ki, Ermənistanda nəşr olunan “Qraparak” qəzeti  bu günlərdə Nikol Paşinyanın xarici siyasət kursunu dəyişdiyini, hökumətdə aparıcı vəzifələrə Qərbə bağlı adamları təyin etdiyini yazmışdı.Bildirilirdi ki, Rusiya dairələri də Paşinyanın planlarından xəbərdardır və narazıdır. Ermənistandakı Rusiya hərbçiləri isə deyirlər ki, hökumət Azərbaycanla sərhəddə təhlükəsizliyin təmin edilməsində rusiyalı hərbçilərin bacarıqsız olduğunu cəmiyyətə yeritmək üçün əlindən gələni edir. Bu günlərdə  “Moskovskiy komsomolets” qəzeti də qeyd olunan xüsusda maraqlı bir yazı dərc etmişdi: “Bəzi məlumatlara görə Fransa və Ermənistan diplomatları Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı hüquqi qüvvədən salmaq üçün İrəvan, Paris və BMT-nin qərargahının yerləşdiyi Nyu-Yorkda intensiv görüşlər keçirirlər. Bildiyiniz kimi, bu sənədi Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıblar. Bu bəyanat bölgədəki müharibəni dayandırıb. Lakin bu sənədi imzalayan üç tərəfdən birinin bu gün başqa maraqları ola bilər. Diplomatik mühitə yaxın mənbədən verilən məlumata görə, Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının əvvəlki qətnaməsinə yenidən baxılması təklifi ilə yeni planın qəbul edilməsi imkanlarını nəzərdən keçirirlər. Dürüst olaq, əgər bu məlumat təsdiqlənərsə, gələcəkdə belə addımın atılması bütün dünya siyasəti üçün ağır nəticələrə səbəb ola bilər. Bəlkə də rəsmi Paris, BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsini qəbul edərək, “əsas skripka” rolunu oynayacağı status-kvo yaratmaq istəyir. Bundan əlavə, bu layihəyə görə, Fransız qoşunlarının yalnız Cənubi Qafqaza daxil olması və onların Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi deyil, həm də Qarabağa girməsi ehtimalı nəzərdən keçirilə bilər. Bundan sonra nə olacağını təxmin etmək çətin deyil. Bundan sonra Avropa İttifaqının digər dövlətləri orada, Napoleon əsgərlərinin nəsillərini izləmək istəməzmi? Yeri gəlmişkən, Ermənistana xarici müdaxilə fikrini ilk səsləndirən Nikol Paşinyan idi və 17 iyul 2021-ci ildə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü zamanı da bu fikri yenidən təkrarladı. Qeyd etmək lazımdır ki, Mişel - Makron - Nikol Paşinyan sanki “populistlər ittifaqını” təmsil edir. Fransanın bu yolla Ermənistanı Zaqafqaziya bölgəsində şəxsi geosiyasi forpostuna çevirmək istəməsi mümkündür. Fransanın ambisiyaları başa düşüləndir. Göründüyü kimi, Qarabağ müharibəsinin noyabr ayındakı nəticəsi və əsasən Vladimir Putinin səyləri sayəsində bağlanan üçtərəfli razılaşma, Emmanuel Makronun istəklərini təmin etmədi. İndi baş verənlər yalnız bölgəyə qayıtmaq və orada möhkəmlənmək cəhdləridir. Aydın məsələdir ki, Rusiya diplomatiyası əsnəməməlidir. Rusiya, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, xüsusən də öz mənafelərini bu və ya digər şəkildə təsir edə biləcək qətnamələrə veto qoymaq hüququna malikdir. Aydındır ki, bu oyunda Ermənistan baş naziri yalnız böyük siyasətin piyadası rolunu oynaya bilər. Böyük oyunçuların sonda bu cür piyadalarla necə davrandıqlarını da yaxşı bilirik”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ