Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan parlamentinin 30 il əvvəl DQMV-nı ləğv etmiş qərarının qüvvədə qaldığı rəsmən təsdiqləndi…

Image


“Şarl Mişelin status, Dağlıq Qarabağ sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi. Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ”. Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Ölkə başçısı qeyd edib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. “Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib”.

Prezident İlham Əliyev Azərbaycan parlamenti tərəfindən 1991-ci ilin noyabr ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi məsələsini xatırlatmaqla çox mühüm bir tarixi qərarı gündəmə gətirdi. Halbuki, tarixçilər tərəfindən indiyə qədər bu mühüm hadisəyə toxunulmamışdı, amma ölkə başçısı bu fakta toxunmaqla həm Ermənistana, həm də onun havadarlarına vacib mesaj verdi, xatırlatma etdi.

  • “Heç bir beynəlxalq təşkilat rəsmi sənədlərə baxmadılar ki, Azərbaycan parlamenti tərəfindən DQMV çoxdan ləğv edilib...”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyev hər zaman tarixi faktlar əsasında danışır və onun gündəmə gətirdiyi bir çox məsələlər sonradan bütün dünyada geniş müzakirə mövzusuna çevirilir. “Prezidentin vurğuladığı bu fakt olduqca mühümdür. Əvvəllər bu məsələyə bir qədər diqqət yetirilmədi. Çünki Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi elə bir dövrə düşdü ki, həmin dövürdə Rusiya imperiyası Azərbaycanın başına çox böyük bəlalar gətirdi, hətta Azərbaycanı hansı hissələrə bölməklə bağlı xəritələr də “icad” edilmişdi. Təbii bu başqa bir söhbətin mövzusudur. Biz bütün prosesləri izləyirdik. Görürdük ki, Rusiya Azərbaycan hərbi hissələrinə qarşı məkrli davranaraq ermənilərə kömək edərək Ağdərəni işğal etdirdi. Bundan sonra isə bütün dünyanı Azərbaycanın üstünə qaldırdılar ki, “Azərbaycan başqa dövlətin ərazisini işğal edir”. Azərbaycanı “işğalçı” qələminə verərək “Azərbaycan ordusu Dağlıq Qarabağ ordusuna qarşı vuruşur” kimi çirkin iftiralar atdılar. Ermənistanı da sadəcə “kənardan seyirçi” olaraq təqdim edir, sanki o Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyən ölkə kimi “göstərilirdi”. Təbii, bütün bunları Rusiya edirdi, Ermənistanla birgə bizə qarşı belə bir siyasi oyun oynadı. Belə bir məqamda həmin dövrdə dünyanın əksər ölkələrini ideoloji baxımdan Azərbaycanın üstünə qaldırmışdılar. 1991-ci ildə Dağlıq Qarabağ Muxar Vilayətinin ləğv olundu. Bunu tarixçilər də, siyasətçilər də çox yaxşı bilir ki, DQMV hüquqa zidd, qanuna zidd, tarixə zidd bir qurum idi, onun nə hüquqi, nə də tarixi əsası vardı, ləğv edilməsi isə vacib idi. Bu da məlumdur ki, 1923-cü ildə Lenin, Çiçerinin, Orconikidzenin və digərlərinin, o cülədən də Stalinin köməkliyi, məsələhəti ilə qanunsuz olaraq  DQMV yaratmışdılar. Buna heç ehtiyac da yox idi. Ondan iki qat artıq əhalisi olan Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara heç bir muxtariyyət verilməsindən söhbət getmədən Azərbaycanın torpağının bir hissəsində qanuna, hüquqa, tarixə zidd olaraq DQMV yaratdılar, bunun isə dediyim kimi heç bir əsası yox idi. Buna görə də, 1991-ci ilin noyabr ayında Azərbaycan parlamenti tərəfindən çox mühüm bir qərar qəbul etdilər, bu qərara əsasən həm DQMV ləğv olundu, həm də Ağdərə rayonu ləğv edilərək ərazisi Azərbaycanın ayrı-ayrı rayonları arasında bölüşdürüldü. Bu Azərbaycan dövlətinin hüququ idi, Milli Məclisin hüquqi idi. Başqa dövlətlərin isə bu məsələni həll etməyə heç bir hüququ çatmırdı. Amma buna baxmayaraq çox ölkələr suyu bulandırmaqla məşğul oldular, kiçik bir qurum olan Ermənistanı “əjdahaya döndərdilər”. Azərbaycan parlamentinin ləğv etməsinə baxmayaraq DQMV oyununu davam etdirdilər, Azərbaycanın ərazilərini işğala məruz qoydular”.

Q.Hacıyevin sözlərinə görə, beynəlxalq təşkilatların, dünya dövlətlərinin Azərbaycan parlamentinin bu qərarından xəbəri olduğu halda bəzi dövlətlər öz çirkin əməllərini davam etdiriblər. Q.Hacıyev qeyd etdi ki, bu gün nə ATƏT-in, nə BMT-nin nə də başqa beynəlxalq təşkilatların “biz ədaləti qoruyurduq” deməyə haqqı yoxdur. “O vaxt Kazimirov da deyirdi: “Mənim ürəyim ağrıyır, az qalıram ağlayam ki, ermənilərlə azərbaycanlılar niyə yola getmir,. Yəqin ki, azərbaycanlılar günahkardı, çünki onlarda “ermənifobiya” var”. Kazimirov kimiləri ortaya bu cür fantaziyalar, iftiralar atdılar, bununla da həm Azərbaycan torpaqlarının işğalına rəvac verdilər, həm də bizi mənəvi, siyasi cəhətdən sıxdılar. Cild-cild kitablar, məqalələr yazdılar, yalandan iddia etdilər ki, azərbaycanlılar “mədəni erməni xalqını sıxışdırır”. Amma heç biri demədi ki, işğal olunan ərazilər Azərbaycanındır, öz ata-baba ocaqlarından qovulanlar, didərgin salınanlar, qətlə yetirilənlər azərbaycanlılardır. Heç bir beynəlxalq təşkilat rəsmi sənədlərə baxmadılar ki, Azərbaycan parlamenti tərəfindən DQMV çoxdan ləğv edilib, bunu ləğv etmək Azərbaycan dövlətinin hüququdur, haqqıdır. Beynəlxalq təşkilatlar həqiqəti təqdir etmək, Azərbaycanın haqlı qərarını müdafiə etmək əvəzinə başqa çirkin əməllərlə məşğul oldular. Prezidentimizin 30 il bundan əvvəl Azərbaycan parlamenti tərəfindən qəbul edilən bu mühüm qərarı xatırlatması təsadüfi deyil, bu vacib bir mesajdı. Ölkə başşısı bunu çox yerində qeyd edib. Fikrimcə, 30 il əvvəl Azərbaycan parlamentinin qəbul etdiyi bu qərarı dünyanın gözünə soxmaq lazımdır ki, siz 30 il müddətində bu mühüm fakta diqqət yetirmədiniz, haqqı-ədaləti müdafiə etmədiniz. Halbuki, Azərbaycanın dövlət orqanları belə bir qərar qəbul edib. Bu gün dövlət başçısı səviyyəsində bu məsələyə qayıdılırsa, bunun bütün mənalarda əhəmiyyəti böyükdür”-deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ