Cümə axşamı günü, 01 oktyabr 2026
     

Ermənistanda müsəlmançılığa keçid barədə məlumatlar bir gerçək, ya oyun…

Image


Ermənistanda İslam dinini qəbul edən ermənilərin sayının kütləviləşdiyi bildirilir. Bu barədə “Milli.az” “Sputnik Armeniya”ya istinadən məlumat verib.

“Sputnik Armeniya”da erməni köşə yazarı Artem Erkanyan İslamı qəbul edən ermənilərin sayının kəskin şəkildə artması probleminə toxunub. "Sputnik Armeniya"da dərc olunan məqaləsində yazır ki, İslamı qəbul edən ermənilər artıq buna təzyiq deyil, könüllü şəkildə müraciət etməyə başlayıblar. Erməni yazar soydaşlarını bu addımı atmağa sövq edən amillər və bunun milli təhlükəsizlik nöqteyi-nəzərdən nə qədər təhlükəli olmasını araşdırmağa çalışıb. Erməni mediasında dərc olunan məlumatlarda vurğulanır ki, son aylar Ermənistan vətəndaşlarının İslamı qəbul etmə halları artıb. Söhbət etnik, əvvəl xristianlığı qəbul edən, yaxud ateist dünyagörüşə malik ermənilərdən gedir. Yazar həftənin əvvəlində rastlaşdığı belə faktlardan birini açıqlayıb.

Sosial və çap mediasında bu günlərdə dərc olunan materiallarda bildirilir ki, müfti Salah Hacı Meciyevin xeyir-duası ilə Çeçenistan paytaxtında İrəvan sakini Robert Davtyanın İslamı qəbul etməsi ilə bağlı mərasim keçirilib. “Onun məhz bu məqsədlə Qroznıya gəldiyi bildirilir. Mərasimi Çeçenistan müsəlmanları dini idarəsinin rəis müavini Arbi Xabziyev keçirib. Erməniyə Adam adı verərək, ona müfti adından hədiyyələr təqdim edib. "İslam nyuz" nəşrinin yazdığına görə, bu mərasimə qədər məsciddə başqa bir Ermənistan vətəndaşı, 24 yaşlı Norayr Babadcanyanın İslamı qəbul etmə mərasimi keçirilib. "Arqumentı i faktı" da ilin əvvəlində İrəvandan Qroznıya gələn etnik erməninin İslamı qəbul etməsi barədə yazmışdı. Bundan əvvəl müftinin köməkçisi Musa Albiyev Aştarak şəhərindən gələn 27 yaşlı Anuşavan Harutyunyanın istəyi ilə onu müsəlman edib. Adı dəyişən erməni Məhəmməd Harutyunyan olub. Ondan əvvəl də internetdə iki çeçenlə İslamı qəbul edən və Qroznıda məskunlaşan Artur adlı erməni arasındakı qarşıdurmanı əks etdirən bir video yayılmışdı. Erməni yazar "bir sözlə, Çeçenistanda ermənilərin İslamı qəbul etməsi halları təcrid olunmaqdan uzaqdır. Ermənistan vətəndaşları xüsusi olaraq hər şeyin lazımi prosedurlardan keçmək üçün düzəldildiyi Qroznıya gəlirlər. Bütün bunlar da erməni dini rəhbərliyinin icazəsi olmadan baş verməsi mümkün deyil. Çeçenistanın mənəvi liderləri tərəfindən "erməni reneqant"lığının təşviq edilməsi həyəcan doğurmaya bilməz. Bunu səmimi bir jest adlandırmaq olmaz. Bu faktların ictimaiyyətə açıqlanması və təkrarlanması daha təəccüblüdür. Axı mövzu düzgün təhlil edilmədən mətbuatda işıqlandırılması üçün çox həssasdır” - deyə qeyd edilib…

Müəllif sonda yazır ki, "Alif TV” şəbəkə kanalında Həştərxanda İslamı qəbul edən və "Nur-İslam" adını almış keçmiş nüfuzlu kriminal avtoritet Vaçaqan Qabrielyan haqqında bir film çəkilib. “Görəsən, Robert Davtyan, Norayr Babacanyan, Anushavan Harutyunyan, Yegişe Karapetyan, Arman Jancuquzyan, Vaçagan Qabrielyan kimi insanları İslama cəlb edən nədir? Bu sual yalnız psixoloqlara və sosioloqlara deyil, inanıram ki, Apostol Kilsəsinin iyerarxlarına da yönəldilməlidir. Həqiqətən, bu şəxslərə məmləkətlərində erməni kilsələri, keşişləri, arximandritlər və yepiskoplar xidmət göstərirlər. Niyə mənəvi qida axtaran bəzi ermənilər əcdadlarının inancından daha çox yad təlimləri üstün tuturlar?"

Ermənilər hara, İslam dini hara? Ermənilərin İslam dininə meyl etməsi barədə məlumatlarin yayılması nəyə xidmət edə bilər, burada  məqsəd nədir?  

Məlumata görə, ermənilərin könüllü olaraq İslama meyl etməsində çeçen muftisinin, çeçen dindarların rolu var.

  • “Çünki təkcə Ermənistanda deyil, bir sıra MDB ölkələrində yaşayan ermənilər də…”

AVCİYA-nın vitse-prezidenti, professor, siyasi icmalçı Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, son zamanlar ermənilərin İslam dinini qəbul etməsi ilə bağlı məlumatların yayılmasının şahidi oluruq, bu, diqqəti cəlb edir: “Bunun bir neçə səbəbi ola bilər. Birincisi, biz məsələyə tarixi nöqteyi-nəzərdən yanaşsaq, ümumiyyətlə, Vətəni olmayan ermənilər dünyanın müxtəlif ölkələrinə yayıldığı kimi, getdikləri ölkənin əhalisinə qaynayıb-qarışmaq prosesini keçir, həmin əhalinin dini görüşlərini, adət-ənənələrini, hətta adlarını belə götürüblər. Yəni bu proses əvvəllər də olub. Bundan başqa, bilirsiniz ki, Türkiyədə Həşimilər adlı kiçik etnik qrup var, Qara dəniz sahillərində yaşayırlar. Həşimiləri də ermənilər İslamı qəbul etmiş erməni əhalisi kimi qəbul edirlər, müsəlman ermənilər olaraq qəbul olunurlar.

Son dövrlər Ermənistanda ermənilərin İslamı kütləvi qəbul etməsi təəccüblü görsənmir. Çünki təkcə Ermənistanda deyil, bir sıra MDB ölkələrində yaşayan ermənilər də İslamı qəbul etməyə maraq göstərirlər və bu proses güclənir. Məsələn, Rusiyanın cənub əyalətlərində qeydiyyata düşən bəzi ermənilər artıq İslam dinini qəbul etmiş şəxslər kimi düşürlər, sonra Fransada bir qrup müsəlman erməninin olduğu göstərilir. Bu bizim xeyrimizədir, yoxsa zərərimizə? Biz bu barədə fikirləşməliyik. Çünki erməni xislətindən, erməni təxribatından çox zaman əziyyət çəkmişik, bu gün də çəkirik. Məsələyə müsbət tərəfdən yanaşsaq, indiki Ermənistan əhalisinin İslamı qəbul etməsi müsbət haldır. Ən azı Türkiyəyə və Azərbaycana qarşı Qriqoryan kilsəsi və erməni şovinistləri tərəfindən əhalidə yaradılan nifrət hissi yumşalmağa doğru gedər, bölgədə sülhün yaranmasına xidmət edə bilər. İndi Ermənistanda İslamın yayılmasında uzun müddətdir tənqid etdiyimiz İran-Ermənistan əlaqələri də rol oynayır. Çünki İrandan Ermənistana gedib yaşayan İran vətəndaşları orada erməni qadınları ilə evlənirlər, bu da həmin qadınların öz ərlərinin dinini qəbul etməsinə gətirib çıxarır. Necə ki, Azərbaycanda bu proses Sovet dövründə olmuşdu, indi də bizdə qarışıq ailələr var. Həmin ailələrdə yaşayan erməni qadınların xristianlıqdan daha çox İslama meyl etməsi özünü göstərir. Yəni bu amil mühüm rol oynayır”.

M.Zülfüqarlının sözlərinə görə, digər amil 44 günlük müharibədə Azərbaycanın möhtəşəm qələbəsidir ki, bizim qələbəmiz, gücümüz erməni xalqını oyadıb. M.Zülfüqarlının dediyinə görə, uzun illər erməni Qriqoryan kilsəsi və radikal siyasətçilər erməni xalqını müharibəyə vadar etməklə onu bezdirib, ermənilər revanşistlərdən və kilsədən qaçmaq, xilas olmaq üçün bu yolu tuturlar. “Erməni əhalisi buna görə bu yolu tutmağa başlayıb. Bu məsələdə Quranın erməni dilinə tərcümə edilərək nəşrə hazırlanması, çap edilməsi də mühüm rol oynayır. Yəni insanlar müəyyən müddətdə oxuduqlarına daha çox inanırlar, nəinki kiminsə danışdığı əfsanələrə. Bunlar da İslam dininin müqəddəs kitabını öz dillərində oxuduqca, buradakı dəyərləri gördükcə, İslama meylləri artır və görürlər ki, İslam heç də bunlara təqdim edildiyi kimi düşmənçilik yayan, insanlarda nifrət formalaşdıran din deyil, əksinə, barış, insanları sülh şəraitində yaşamağa dəvət edən dindir. İndi bu prosesləri biz izləməliyik. Çünki İslamı qəbul edən ermənilər bizim adları da qəbul ediblər. Bu olmasın ki, sabah bu adla Türkiyədə, Azərbaycanda mövqelər tutsunlar və dövlətçiliyimizi içəridən dağıtsınlar. Bu onların İslam dinini qəbul etməsinin mənfi cəhətləridir. Bunlar təxribat edə bilərlər. Bunun acı təcrübəsini Gürcüstanın timsalında görürük. Bu gün Gürcüstan hakimiyyətində, dövlət qulluğunda kifayət qədər gürcü soyadı daşıyan erməni var ki, sənəddə gürcü yazılsalar da, erməni olduqlarını unutmurlar, lazım gələndə Gürcüstanın dövlət təhlükəsizliyi üçün böyük problemlər yaradırlar. Bu baxımdan, bizim təhlükəsizlik xidməti əməkdaşları bu işi diqqətlə izləməlidirlər ki, gələcəkdə bu cür təxribatçı hərəkətlərə yol verilməsin. Məsələn, biz çox zaman deyirik ki, Ermənistan monoetnik dövlətdir, burada yalnız bir millət yaşayır. Amma Ermənistanda İslamın yayılması ona gətirib çıxara bilər ki, erməni hakimiyyəti İslamı qəbul etmiş erməniləri müsəlman, hətta azərbaycanlı kimi də beynəlxalq təşkilatlara təqdim edə bilər. Bu məsələdə də biz ehtiyatlı olmalıyıq. Yəni, hər halda, bu gəlişi, görünüşü xoş olan məsələdir ki, ermənilər İslamı qəbul edirlər. Amma bunun arxasında nə gizləndiyini, gələcəkdə hansı fəsadlar verəcəyini biz dəqiq təhlil etməliyik və hər cür təxribata da hazır olmalıyıq. Amma, bütün hallarda, ermənilər arasında İslamı qəbul edənlərin çoxalması regionda sülhün bərqərar olmasına müsbət təsir edə bilər. Bu fikir əsas götürülməlidir və təqdir olunmalıdır” - deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ