Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycanın KTMT-də müşahidəçi statusu yenidən gündəmə gəldi, Ermənistan şokda...

Image


Azərbaycanın Laçın rayonunda Qaragöl istiqamətində Ermənistanla sərhədlərini müəyyənləşdirmək istiqamətində atdığı addımlardan sonra rəsmi İrəvanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında ciddi ziddiyyət yaranıb. Buna səbəb odur ki, KTMT Azərbaycanın beynəlxalq hüquq çərçivəsində hərəkət etdiyini bildirir. Halbuki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək, guya sərhədlərinin pozulması səbəbindən qurumun Azərbaycana qarşı hərəkətə keçməsini tələb edirdi. Lakin Azərbaycanın öz sərhədləri daxilində hərəkət etməsini nəzərə alan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana rədd cavabı verdi.

Bunlar fonunda Azərbaycanın yenidən KTMT-də müşahidəçi statusu ala biləcəyi gündəmə gəlib. Elə bu da Ermənistanın qorxusunu və KTMT-dən narazılığını daha da artırıb. Məlumata görə, iyulun 1-də Düşənbədə KTMT üzvü olan ölkələrin Parlament Assambleyası Şurasının iclası olub və qərara alınıb ki, bloka tərəfdaş ölkələr institutu təsis edilsin. Rusiya Dövlət Dumasının mətbuat xidməti bildirir ki, təklifi iclasda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin irəli sürüb. O deyib ki, KTMT-yə tərəfdaş ölkələr onun strukturlarında həlledici səsə malik olmayacaq, amma sənədlərin hazırlanmasında və kollektiv qərarların işlənməsində iştirak edəcəklər. Bu da, Volodinə görə, bloka üzv ölkələrin prinsiplərini bölüşən  ölkələrlə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə imkan verəcək. Volodin onu da bildirib ki, KTMT ilə əməkdaşlığa bir sıra dövlətlər maraq göstərir. Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə deyib ki, bu formata ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır. Kalaşnikovun sözlərinə görə, bu haqda danışmaq qəbul edilməyib, amma bu ölkələr KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər.

Qeyd edək ki, elə Ermənistanda böyük əksəriyyəti narahat edən məsələ də Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşula biləcəyidir. Yeri gəlmişkən qeyd edək ki, bu ilin may ayında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “İzvestiya” qəzetinə müsahibəsində bu xüsusda yenidən maraqlı məqamlara toxunub. Nazir müavini Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması ehtimalına toxunarkən rəsmi Moskvanın bu üzvlüyə isti baxdığını, lakin müəyyən daxili prosedurların razılaşdırılmalı olduğunu əlavə edib: “Özbəkistan formal olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmayıb, sadəcə, üzvlüyünü dondurub. Ona görə də, qayıtmaq istəyi olsa, Özbəkistan bütün ölkələrdən daha asan şəkildə üzvlüyünü bərpa edə bilər. Digər ölkələrə, o cümlədən Azərbaycana gəlincə, KTMT-nın qapısı hamı üçün açıq olmalıdır. Üzvlüyə mane ola biləcək yeganə məsələ, təşkilatın nizamnaməsinə əsasən, üzv ölkələr arasında diplomatik münasibətlərin vacibliyi ilə bağlıdır. Hələlik, Azərbaycan və Ermənistan arasında belə münasibətlər mövcud deyil. Gec və ya tez bu olacaq və bu baş verdiyi zaman Azərbaycanın üzvlüyü məsələsi praktik həllini tapa bilər”.

Ümumiyyətlə, Rusiyada KTMT çərçivəsində Azərbaycanla əməkdaşlıq imkanlarını istisna etmirlər. Hələ iki il əvvəl bu məsələyə toxunan Rusiya baş nazirinin müavini Yuri Borisov Azərbaycanın təşkilatda müşahidəçi statusu almasının mümkünlüyünü bildirib. O vaxt KTMT-də müşahidəçi və tərəfdaş dövlətin statusu məsələsi ilə bağlı nizamnamədə də dəyişiklik edilib. Dəyişikliyə qədər üzv dövlətlərdən hər hansı biri bu və ya digər qərarın qəbul edilməsi ilə bağlı “yox” desəydi, qərar qəbul edilmirdi. Bu, Ermənistanın əlində çox təsirli bir rıçaq idi. Yeni nizamnaməyə görə, bu və ya digər qərarın qəbul edilməsi üçün konsensus prinsipi qüvvədən düşmüş hesab edilir. Azərbaycanın perspektivdə bu təşkilatda müşahidəçi və tərəfdaş kimi statusunun müəyyən edilməsi məsələsi gündəmə gələcəyi təqdirdə, konsensus çoxluğu ilə bu mümkündür. Bu fonda artıq xeyli müddətdir Azərbaycanın bu qurumda müşahidəçi və tərəfdaş dövlət statusu məsələsi ətrafında fikirlər səsləndirilir. Hesab edilir ki, Azərbaycanın bu təşkilatda təmsil olunması üçün oradan Ermənistanı qovmağa da hazırdırlar. Ermənistanın Qlobalizasiya və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri, erməni politoloq Stepan Qriqoryan bu xüsusda bildirir: “KTMT hər şey edir ki, Ermənistan könüllü şəkildə strukturdan çıxsın və Azərbaycan üçün meydan açılsın”. Erməni politoloqun sözlərinə görə, KTMT-nin maraqları Ermənistanın maraqları ilə üst-üstə düşmür. Ermənistanın “Azad vətəndaş” ictimai təşkilatının sədri Hovsep Xurşudyan da bildirir ki, Ermənistan KTMT-dən çıxmalıdır: “Kremlin belə bir qərarı var ki, mümkün olduğu müddətcə, Ermənistan səlahiyyətliləri müqavimət göstərmədiyi müddətcə, Ermənistanın maraqlarını Azərbaycan rəhbərinə satmaq lazımdır”. Erməni politoloq Ara Papyan isə bildirir ki, KTMT-nin indiki yanaşmaları fonunda Ermənistan yeni müttəfiqlər axtarmalıdır ki, təhlükəsizlik hədəflərini həll etsin. Onun sözlərinə görə, Ermənistanın maraqları KTMT-nin maraqları ilə üst-üstə düşmür. Erməni siyasi şərhçi Razmik Akopcanyan da məsələyə tənqidi mövqedən yanaşanlar sırasındadır: “KTMT-nin Azərbaycan üçün xoşagəlməz bir şey etmək istəmədiyinin Ermənistan artıq neçənci dəfədir ki, şahidi olur.

KTMT-də hesab edirlər ki, Azərbaycanla yeni sərhədin yaradılması ilə əlaqədar Ermənistanın cənubunda vəziyyətin gərginləşməsi sadəcə bir sərhəd insidentidir və təşkilatın kollektiv müdafiə haqqında nizamnaməsinin müddəalarına uyğun gəlmir”. Erməni politoloqun iddiasına görə, guya Ermənistan ərazisində “minlərlə Azərbaycan əsgəri var” və Bakı ilk növbədə, KTMT-nin mövqeyini bildiyinə görə heç yerə tərpənməyəcəyini bildirir: “Artıq bizim də bunları dərk etməyimizin vaxtı gəlib çatdı: 1. KTMT Ermənistanın maraqlarının qorunması baxımından faydasız bir təşkilatdır. 2. Bu təşkilatdan çıxmaq lazımdır. Lakin bunu etmək üçün siyasi cəsarət gərəkdir. Bu cəsarət isə bizdə yoxdur”.

Samirə SƏFƏROVA

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ