Cümə axşamı günü, 01 oktyabr 2026
     

Ermənistanda bu dəfə generallarla bağlı çəkişmə başlanır

Image


Ermənistanda son vəziyyətin təhlili bu ölkədə Nikol Paşinyan iqtidarının indi güc strukturlarında özünə dayaq formalaşdırmağa daha çox diqqət etdiyini göstərir. “Past” nəşri yazır ki, Paşinyan bu məsələdə olduqca həssasdır.

Qəzet qeyd edir ki, Nikol Paşinyanın vəzifədə olmasının üç ili ərzində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin 5 direktoru dəyişdirilib. O da vurğulanır ki, növbədənkənar seçkilərdən sonra Ermənistan MTX direktorunun yenidən dəyişib-dəyişməyəcəyi məsələsi ətrafında müzakirələr aktivləşib: “Məlumata görə, Paşinyan Ermənistan MTX direktoru Armen Abazyanın işindən razıdır. Xüsusən də parlament seçkiləri zamanı o, MTX tərəfindən görülən işlərdən çox məmnun qalıb. Bu səbəbdən də Armen Abazyana general-mayor rütbəsi verdirib. Bu halı nəzərə alaraq, sistemdə əmindirlər ki, Armen Abazyan Ermənistan MTX direktoru vəzifəsində vəzifə tutmağa davam edəcək”. Xatırladaq ki, bu günlərdə prezident Armen Sarkisyan imzaladığı müvafiq sərəncamla Armen Abazyana general-mayor rütbəsi verib. Ermənistan prezidentinin sərəncamı ilə Ermənistanın polis rəisi Vahe Qazaryana da polis general-mayoru rütbəsi verilib. Onların təqdimatı isə Nikol Paşinyan tərəfindən irəli sürülüb. Hesab edilir ki, bunlar Paşinyanın güc strukturları daxilində özünə dayaq yaratmaq niyyətinin təzahürüdür. Lakin baş verənlər erməni cəmiyyətində ciddi tənqidlə qarşılanır. Sosial şəbəkələrdə bunlara ciddi etiraz edilir. Məsələn, erməni fəal Sevak Xaçatryan yazır: “Biabırçı məğlubiyyət, kapitulyasiya, minlərlə qurban, bugünə qədər tapılan meyit hissələri, yaralılar… Və bütün bunlarla birlikdə bir vaqon təp-təzə, “yağın içində” generallar. Bu qədər faciəvi olmasaydı, hər şey gülməli olardı”. Digər erməni fəal Derenik Malxasyan isə qeyd edir: “Sənin üçün yas tuturam, erməni dünyası. Faciə odur ki, 8 ay əvvəl biabırçı şəkildə kapitulyasiya edilmiş hakimiyyət indi general rütbələri paylayır və hələ bir bu general rütbələrini götürən də var. Səmimi desəm, onu-bunu general rütbələri və ya yüksək dövlət mükafatları ilə “zənginləşdirməyi” böyük hadisə hesab etmirəm”. Erməni hərbi ekspert Tiqran Abrahamyan da eyni mövqedən çıxış edir: “Mövcud ağır reallıqlar şəraitində bu, nə əsas müzakirə fürsəti, nə də şəxsən gözlənilməz hadisədir. Rütbələr, mükafatlar çoxdan dəyərdən düşüb, bunlar isə buklet altında paylayırlar”. Digər erməni siyasi ekspert Vahan Babayan da məsələyə tənqidi mövqedən yanaşanlar sırasındadır: “Kapitulyasiya edilmiş ölkədə general rütbəsi vermək əxlaqsızlıqdır. Qarabağ yoxdursa, ölkə kapitulyasiya edilibsə, azərbaycanlılar sənin ərazinə daxil olubsa və heç bir general səsini çıxarmırsa, siz ölkəni məğlubiyyətə gətirmisinizsə, söylənilməz sayda qurbanlar, yaralılar vermisinizsə və nəticədə biabırçı kapitulyasiya olubsa, hansı general rütbəsindən söhbət gedir, nə general? Bu məğlub olmuş vəziyyətdə siz hər hansı bir əsgərə kiçik yefreytor rütbəsi vermək hüququna belə sahib deyilsiniz”.

Erməni mediası yazır ki, bu şəraitdə Paşinyan özünə təhlükə hesab etdiyi generalları da uzaqlaşdırır. Ermənistan ordusunun generalı Qriqori Xaçaturovun ordudan qovulması da bunun təsdiqidir. Belə ki, Müdafiə Nazirliyi Xaçaturovla müqaviləni uzatmayıb və erməni general ordudan tərxis olunub. Qeyd edək ki, Xaçaturov Ermənistan ordusunun Azərbaycanın Qazax-Tovuz bölgəsilə həmsərhəd ərazilərə cavabdeh olan 3-cü ordu korpusuna rəhbərlik edib. O, 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində xain hücum əməliyyatına da komandanlıq edib. Xaçaturov bundan əvvəl bildirib ki, Paşinyan istefa verməlidir: “Üç il ərzində Nikol Paşinyanın təşəbbüsü ilə Baş Qərargah rəisi vəzifəsinə 4 yüksək vəzifəli hərbçi təyin olunub. Bu, Paşinyanın məsuliyyətsizliyi və qeyri-adekvatlığını göstərir. Paşinyanın vəzifədə olduğu hər gün, hər saat Ermənistanın təhlükəsizliyi dağılır, vətənimizin gələcəyi şübhə altına düşür”. Seçkilər zamanı Xaçaturov sabiq prezident Robert Köçəryana dəstək verib. Bunu da Paşinyan ona bağışlamayıb. “Joxovurd” nəşri isə yazır ki, Ermənistan ordusu səriştəli hərbçisini itirib: “Şəxsən Xaçaturov yaxınındakı insanlara deyib ki, nə yaş, nə də başqa problemi var və xidməti davam etdirməyə hazırdır, qalanı isə onun yox, Ermənistan Müdafiə Nazirliyinin qərar verəcəyi bir şeydir, daha doğrusu, Ermənistan Baş Qərargah rəisi Artak Davtyan qərar qəbul etməlidir. O da qərar qəbul edərək Xaçaturovu qovdu”. “168.am” nəşri yazıb ki, Paşinyan hakimiyyəti Xaçaturova əvəzedici tapıb. Belə ki, 3-cü ordu korpusunun komandiri vəzifəsində onu Cermuk hərbi hissəsinin komandiri, polkovnik Qeqam Martirosyan əvəz edəcək. Martirosyan müharibə günlərində Kəlbəcərdə olub, hərbi hissəyə rəhbərlik edib, daha sonra 1-ci dərəcəli “döyüş xaçı” ordeni ilə təltif olunub. Erməni ekspert Senor Hasratyan isə bildirir ki, Xaçaturovla müqaviləni uzatmamaq Ermənistan səlahiyyətliləri tərəfindən aparılan məntiqsiz siyasətin davamıdır: “Bu səlahiyyətlilərin addımları uzun müddətdir orduya mənfi təsir edir və bu addım da bunun davamıdır”. Onun sözlərinə görə, bu, savadsızlığın nəticəsidir: “Ordunun dağıdılması Qarabağın, Sünikin, Tavuşun qoparılmasına səbəb olur”.

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ