çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Vüqar Rəhimzadə: “İnsan amili, vətəndaş məmnunluğu dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır”

Image


“COVID-19 pandemiyası 2020-ci ili iqtisadi baxımdan dünya dövlətləri üçün durğunluq dövrü kimi tarixə yazdı. Diqqət yetirsək görərik ki, mübarizə tədbirlərinə başlanan zaman əksər dövlətlərin özünə qapanaraq vəziyyətdən çıxmaq üçün düzgün yol müəyyənləşdirə bilməmələri bir sıra iqtisadi və sosial fəsadlara yol açdı. Azərbaycan isə yenə də özünün təcrübəsi ilə diqqət çəkdi.

Ümumdünya Səhiyyə Təşkilatı ilk gündən bu proqnozunu açıqladı ki, Azərbaycan koronavirus infeksiyası ilə mübarizədən az itki ilə çıxacaq. Dövlətimizin başçısı İlham Əliyev insanların sağlamlığı amilini önə çəkməklə yanaşı, iqtisadi islahatların dərinləşdirilməsini, heç bir sosial layihənin təxirə salınmayacağını qarşıya əsas hədəf kimi qoydu. 2020-ci ilin ilk ayından bugünədək görülən tədbirlərə, atılan addımlara diqqət yetirsək qarşıya qoyulan məqsədə nail olunduğunu görərik. Nəzərə alaq ki,  Azərbaycan ötən il koronavirus infeksiyası ilə mübarizə aparmaqla yanaşı, ərazi bütövlüyünü bərpa etdi, 30 illik işğala son qoydu, Ermənistana və ona havadarlıq edən dövlətlərə haqqın, ədalətin gec-tez qalib gələcəyini göstərdi. Təbii ki, 44 günlük müharibə, eyni zamanda,  ölkəmizin bütün sahələrdə malik olduğu imkanların da təqdimatı oldu”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Prezident  İlham Əliyevin fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının, Abşeron rayonunda “Xırdalan” yarımstansiyasının, həmçinin bu rayonda   bir sıra sosial obyektlərin, Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirakı bir daha bu reallığın təsdiqidir ki, insan amili, vətəndaş məmnunluğu hər zaman dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır: “Möhtərəm Prezidentimiz İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin pandemiyaya qarşı mübarizə, həmçinin postmüharibə dövründə görüləcək işlərə bir daha diqqəti yönəldərək bu  əsas hədəfi açıqlamışdır ki, dünyaya müasir Azərbaycanın gücünü göstərməliyik. Azərbaycanın COVID-19-la mübarizə tədbirlərinə başlandığı gündən həyata keçirdiyi tədbirlər planlı xarakter daşıyıb. İstər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə reallaşdırılan tədbirlər Azərbaycan təcrübəsinin təqdir olunmasını şərtləndirir. İlk gündən səhiyyə sisteminin təkmilləşdirilməsinə, yeni xəstəxanaların tikilib istifadəyə verilməsinə, modul tipli xəstəxanaların quraşdırılmasına diqqət göstərildi. Xüsusi qeyd etmək lazımdır ki, pandemiyaya qarşı mübarizə əksər ölkələrin səhiyyə sahəsində imkanlarının qənaətbəxş olmadığını açıqladı. Azərbaycanda isə, digər ölkələrdən fərqli olaraq, bu sahədə də vəziyyət ürəkaçandır. Ölkəmizdə bununla bağlı mövcud statistikaya diqqət yetirsək görərik ki, son 17 ildə 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da  əsaslı şəkildə təmir edilib. Səhiyyə sistemimizin xəstəxana və tibb müəssisələri fondu  indi ən yüksək standartlara cavab verir. Bunu şərtləndirən əsas amil cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən  “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək bu istiqamətdə reallaşdırdığı layihələr oldu. Möhtərəm Prezidentimizin də vurğuladığı kimi, baxmayaraq ki, o illərdə  “qara qızıl”ımızın həcmi o qədər də böyük deyildi, amma bilirdik ki, Azərbaycanı  böyük neft hasilatı dövrü gözləyir. Elə də oldu. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri reallığa çevrildi. Neftdən əldə edilən gəlirlər insan kapitalına yönəldildi”.

Baş redaktor bildirib ki, ölkəmiz pandemiya dövründə birgə mübarizə tədbirlərini həyata keçirməyə xidmət edən bir çox nəcib  təşəbbüslər irəli sürdü, eyni zamanda,  iqtisadi imkanları zəif olan  xarici ölkələrə yardım etməyi özünə mənəvi borc bildi: “Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində də bu məqama xüsusi diqqət yönəldərək bildirmişdir ki, bu dövrdə  30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilib. Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının  Zirvə görüşləri COVID-19-a həsr edilib.  Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da etmişdir ki, peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta  Azərbaycan tərəfindən  zəngin ölkələrə kasıb  ölkələrin vətəndaşları üçün  o peyvəndin alınmasına çağırış olunmuşdur. Bütün bunlar Azərbaycanın digər ölkələrin problemlərinə laqeyd yanaşmadığını, ən çətin anlarda onları tək qoymaq istəmədiyini təsdiqləyir. Necə ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan üçün həqiqət anı oldu. Kimin haqqın, ədalətin, kimin şərin yanında olduğu bir daha təsdiqləndi”.

V.Rəhimzadə  diqqəti dövlət başçısının işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada görüləcək işlərlə bağlı fikirlərinə  yönəldərək bildirmişdir ki, möhtərəm Prezidentimizin hər bir vədinin arxasında konkret əməli işin dayanması bu hədəfimizin də yaxın zamanlarda gerçəkləşəcəyinə əminlik yaradır: “Qarabağımız, onun tacı olan Şuşamız qısa zamanda cənnət məkana çevriləcək. Möhtərəm Prezidentimiz bütün işlərin planlı şəkildə həyata keçiriləcəyini bildirdi. Əsas diqqət göstərilən məsələlərdən biri də tarixi abidələrimizin bərpa olunmasıdır. Şuşanın hər bir məhəlləsi, hər bir daşı tarixdir. İşğaldan azad edilmiş torpaqlarımızın malik olduğu potensial imkanlar Azərbaycanın dünyaya təqdimatında bir daha öz sözünü deyəcək. Baxmayaraq ki, ermənilər illərdir Şuşanın onlara məxsus olduğunu iddia edirdilər. Tarixi, dini abidələri dağıtmaqla, yerlə-yeksan etməklə bu torpaqların əsl sahibini inkar etmək qeyri-mümkündür. Tariximizi özündə əks etdirən bu abidələrimizin bərpası üçün xarici mütəxəssislərin cəlb ediləcəyi bildirildi.

Təbii ki, qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun artırılması əsasdır. Bu isə öz növbəsində dövlət məmurlarının üzərlərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirmələrini bir tələbə çevirir. Möhtərəm Prezidentimizin məmurlardan tələbi daim bu olub: Dövlət maraqları hər şeydən üstün olmalı, məmurlar xalq üçün yaşamalı, onların qayğıları ilə maraqlanmalı, məsuliyyət hissini unutmamalıdırlar. “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri işğaldan azad edilmiş ərazilərimizdə başlanan quruculuq və bərpa işlərində də öz şəxsi və qrup maraqlarını güdən bəzi  məmurlara ciddi mesajdır. O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında bu ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin ediləcək. Artıq Qarabağın ürəyi olan Şuşada bu institut yaradılıb.  Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində də bu məqama diqqət çəkərək müvəqqəti idarəetmə strukturunun yaradılmasının səbəbini açıqlamışdır: “Çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq”. Möhtərəm Prezidentimiz hər zaman çıxışlarında bildirir ki, Azərbaycan hüquqi dövlətdir. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ