çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Xarici ölkələrdə Nizami Gəncəvi izləri və milli tariximizin təbliği…

Image


Azərbaycanın ədəbiyyat, mədəniyyət tarixində elə dahi şəxsiyyətlər olub ki, onların irsi ölkəmizi, xalqımızı, milli mədəniyyətimizi, ədəbiyyatımızı, tariximizi bütün dünyada tanıdıb. Bu il 870 illik yubileyini qeyd etdiyimiz dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvi belə şəxsiyyətlərdəndir. Nizami Gəncəvi dünya ədəbiyyatında ayrıca yerə sahibdir. Bir sözlə, Nizami Gəncəvi irsi yalnız Azərbaycan-türk, islam dünyasının deyil, bütün bəşəriyyətindir. 

Bütün dünyada Nizami irsinə xüsusi münasibət, sevgi və sayğı var. Təsadüfi deyil ki, bu gün Nizamini bütün dünya öyrənir, bütün dünya onun zəngin irsindən bəhrələnir.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub. 

Nizami Gəncəvinin möhtəşəm ədəbi-fəlsəfi irsinə böyük sayğı bəsləyən dünya xalqları və ölkələri dahi Azərbaycan şairinə möhtəşəm heykəllər ucaldıb və bununla da ona öz ehtiramlarını bildiriblər.

Heç şübhəsiz ki, bəşər mədəniyyətinə əvəzsiz və tükənməz töhfələr verən Nizami Gəncəvinin xarici ölkələrdəki heykəlləri Azərbaycan tarixinin, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliğində önəmli rol oynayır. Bu həm də indiyə qədər Nizamini “fars şairi” kimi qələmə verməyə cəhd edənlərə bir layiqli cavabdır ki, Nizami Gəncəvi Azərbaycan şairidir və o öz əsərlərini Azərbaycan torpağında, qədim Gəncədə yazıb-yaradıb.

  • Nizami Gəncəvinin Bakıdakı heykəli...

Biz hamımız dahi Nizami Gəncəvinin Bakıdakı möhtəşəm abidəsini görmüşük və böyük ehtiramla həmin abidəni ziyarət etmişik.

XII əsrdə yaşamış, özünün möhtəşəm əsərlərini yaratmış Nizami Gəncəvinin Bakıdakı abidəsi 1949-cu ildə ucaldılıb. Abidə Nizami meydanında, İstiqlaliyyət, Əhməd Cavad, Azərbaycan və İslam Səfərli küçələrinin kəsişməsində qoyulub.

Heykəlin açılışı 1949-cu ilin aprelində olub.  Heykəlin müəllifi, Azərbaycanın Xalq rəssamı Fuad Əbdürəhmanov, memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovdur.

Heykəl 9 metrlik, səkkiz bucaqlı postament üzərində qoyulmuş 6 metrlik bürünc abidədir. Tuncdan tökülmüş Nizami Gəncəvinin fiquru ayaq üstə durmuş vəziyyətdə ucaldılıb. Nizaminin əlində lülə halında bükülmüş kagız var, onun nəzərləri Nizami muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəlib.

  • Nizami obrazının açılımı necədir?

Nizami Gəncəvinin bu möhtəşəm abidəsini təhlil edən sənətşünasların verdiyi bilgilərə görə, şairin obrazının bitkin açılması üçün heykəltəraş qədim Azərbaycan libasından - əbadan və çalmadan böyük məharətlə istifadə edib. Əbanın iri, ağır bükükləri qalın, kip parça təsəvvürü yaradırdı. Başına dolanmış çalmanın bir tərəfi onun çiyninə düşüb. Abidədəki Nizaminin üzündən və simasından, onun bütün görkəmindən müdriklik və böyüklük oxunur.

  • Heykəlin estetik təsviri…

Dahi Nizaminin tunc heykəli səkkiz üzlü qırmızı qranit özül-pyedestal üzərində yüksəlir. Onun üzərində Nizami Gəncəvi dövrünün Azərbaycan memarlıq elementlərindən istifadə edilib. Abidə aşağıdan, postamentin üzlərinin sayına görə səkkiz tunc barelyefdən ibarətdir və eni bir metrə qədər olan qurşaqla dövrələnib. Bunların yeddisinin üzərində Nizaminin “Xəmsə”sinin süjetlərinə aid şəkillər verilib. Burada biz dağları yaran Fərhadın və at belində Şirinin, sevgililər – Leyli və Məcnunun, hökmdar Nüşabə ilə söhbət edən Makedoniyalı İsgəndərin, əjdaha ilə vuruşan Bəhramın, bayquşların söhbətinə qulaq asan şahla onun vəzirinin və Nizaminin poemalarındakı başqa unudulmaz obrazların təsvirlərini görə bilərik. Bu fikirləri də sənətşünaslar qeyd edirlər.

  • Nizaminin doğma Gəncədəki abidəsi…

Dahi şairin 1946-cı ildə Gəncədə ucaldılan abidəsi 2009-cu ildə bərpa edilib və mərmər postament bürünclə əvəz olunub. Təmir və tikinti işlərinə büdcədən 45 min manat ayrılıb.

  • Romada Nizami abidəsi...

ildirdiyimiz kimi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin dünyanın bir sıra ölkələrində heykəlləri var. Nizami Gəncəvinin heykəli 2012-ci il aprelin 20-də İtaliyanın paytaxtı Roma şəhərindəki Villa Borgeze bağında qoyulub.

XII əsrin görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi Azərbaycan Prezidentinin sərəncamı ilə ucaldılıb. Nizaminin Romada qoyulan abidənin müəllifləri Azərbaycan Respublikasının Xalq rəssamı Salxab Məmmədov və heykəltəraş Əli İbadullayevdir. Layihə Roma şəhərinin hökumətinin tarix və incəsənət üzrə komissiyası tərəfindən təsdiqlənmişdi.

Qeyd edək ki, abidənin açılışı 2012-ci il aprelin 20-də Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 23 dekabr tarixli “Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi haqqında” Sərəncamına əsasən, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin iştirakı ilə baş tutub.

Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Roma Şəhər Şurasının beynəlxalq şöbəsinin rəhbəri Serena Forni, Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndələri, mədəniyyət və turizm nazirinin sabiq müavini Ədalət Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Abidənin təsviri haqqında məlumatlarda qeyd edilir ki, abidə üzərində italyanca “Azərbaycan şairi Nizami Gəncəvi 1141-1209” yazılıb.

  • Dahi Nizaminin heykəli Daşkənddə...

Nizami Gəncəvi irsi özbək klassik ədəbiyyatına da mühüm təsir edib, Nizami isrindən təsirlənərək özbək ədibləri çox maraqlı əsərlər yaradıblar. Nizami Gəncəvi dühasına dünən də, bu gün də Özbəkistanda böyük sevgi və ehtiram var.

2004-cü il martın 23-də Özbəkistan paytaxtı Daşkənddə Nizami Gəncəvinin heykəlinin açılışı olub. Heykəl Özbəkistan Pedaqoji Universitetinin yaxınlığında yerləşir.

  • Nizami Sankt-Peterburqda…

Rusiyanın bir neçə şəhərində, o cümlədən də Sankt-Peterburqda Nizami Gəncəvinin heykəli ucaldılıb. 2002-ci ildə Rusiyanın mədəni paytaxtı Sankt-Peterburqda Nizami Gəncəvinin heykəlinin təntənəli açılış mərasimi keçirilib. 5 metrlik bürünc heykəl şəhərin Kamennoostrovski küçəsi 2527 küçəsində qoyulub.

Məlumatlara görə, bu heykəltəraşlıq əsəri Bakıda hazırlanıb və Sankt-Peterburq şəhərinin 300 illiyinə Azərbaycanın hədiyyəsi kimi göndərilib.

Şairin abidəsi azərbaycanlı heykəltəraş, Muxina adına Leninqrad Ali Sənaye-rəssamlıq Məktəbinin məzunu Görüş Babayev tərəfindən hazırlanıb. Postament layihəsinin müəllifi Rusiya Federasiyasının Əməkdar rəssamı Feliks Romanovskidir. Postament Peterburqdakı “Heykəltəraşlıq kombinatı” müəssisəsində hazırlanıb.

Abidənin açılışında Azərbaycanın mərhum prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin iştirak ediblər.

Abidənin memarlıq quruluşunu şərh edən sənətşünaslar qeyd edirlər ki, dahi şairin 5 metrlik tunc fiquru Şərq üslubunda işlənilib. Nizami tağ altında, oturaq vəziyyətdə, əlində kitab və ənənəvi Şərq geyimində təsvir olunub. 150 sm-lik pyedestal səkkizguşəli ulduz formasında düzəldilib. Postament üzərində Azərbaycan dilində “Nizami Gəncəvi” sözləri yazılıb.

Qeyd edək ki, Nizami Gəncəvinin 800 illik yubileyi 1941-ci ildə, İkinci Dünya Müharibəsinin odlu-alovlu günlərində Leninqradda - Sankt Peterburqda Rusiya alimlərinin və ədəbiyyatşünaslarının iştirakı ilə keçirilib. Məlumatlara görə, 1941-ci ildə SSRİ məkanında Nizami Gəncəvinin 800 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi planı hazırlansa da, Böyük Vətən Müharibəsinin başlaması bu planların həyata keçirilməsinə əngəllər yaradır, amma buna baxmayaraq, dahi şairin yubiley tədbirləri keçirilib.

  • Moskvada və Çeboksarıda da Nizami Gəncəviyə abidə qoyulub...

Rusiyanın paytaxtı Moskva şəhərində də Nizami Gəncəvinin abidəsi var. Məlumatlara görə, dahi şairin abidəsi Moskvada Azərbaycan səfirliyi yaxınlığında yerləşir və heykəlin açılışı 1991-ci ildə baş tutub.

Dahi şairə Çuvaşiya Respublikasının mərkəzi Çeboksarı şəhərinin cənub qəsəbəsində abidə ucaldılıb. Heykəlin açılışı 2004-cü il fevralın 24-də olub. Abidənin müəllifi Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.

  • Kişinyovda Nizami Gəncəviyə heykəl qoyulub...

Dahi şairi Nizami Gəncəvinin daha bir heykəli Moldovanın paytaxtı Kişinyov şəhərində ucaldılıb. 2005-ci ildə Kişinyovda Nizami Gəncəvinin heykəlinin təntənəli açılışı olub. 2012-ci ildə isə heykəl və yaxınlıqdakı ərazilər yenidən tam təmir edilib.

Nizaminin abidəsinin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Moldovanın o vaxtkı prezidenti cənab Vladimir Voronin də iştirak ediblər. Bundan əlavə, Moldovada azərbaycanlı icması, diasporu tərəfindən bir “Nizami dünyası” yaradılıb. Bu ölkədə Nizami irsinin təbliğinə xüsusi önəm verilir, bununla da Azərbaycanın milli tarixi, mədəniyyəti təbliğ edilir.

  • Nizaminin abidəsi Pekinin Çayanq parkında…

Çin qızı söylədi iki növcavan

Başqa bir şəhərə oldular rəvan.

Bu misraları hamımız Nizami Gəncəvinin ölməz “Yeddi gözəl” poemasından - “Xeyir və Şər”in hekayətindən oxumuşuq. Nizami Gəncəvi irsinə, şəxsiyyətinə Çində də böyük ehtiram var. Bu ehtiramın nümunəsi olaraq dahi şairə bu ölkədə heykəl qoyulub. Məlum olduğu kimi, 2012-ci il dekabrın 6-da paytaxt Pekinin Çayanq parkında şairin heykəlinin açılış mərasimi baş tutub.

Ölməz əsərləri ilə bəşəriyyətə Azərbaycan ədəbiyyatını, fəlsəfi fikrini, mədəniyyətini, milli dövlətçilik ənənələrini, tarixini çatdıran dahi Nizami Gəncəvi irsi Azərbaycanın dünyada tanıdılmasında önəmli rol oynayıb. Mübaliğəsiz deyə bilərik ki, hansısa bir dövrdə Azərbaycanı məhz Nizamiyə, onun ölməz əsərlərinə görə tanıyıblar. Xarici ölkələrdəki Nizami abidələri Azərbaycanın milli tarixini, ədəbiyyatını, mədəniyyətini təbliğ edən, tanıdan möhtəşəm bir təbliğat nümunəsidir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ