Türkiyənin Qars şəhərində “Qış təlimi-2021" Türkiyə-Azərbaycan birgə hərbi təlimləri başlayıb. Trend bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, təlim çərçivəsində mərmi atışları həyata keçirilib.
Birgə təlimlər fevralın 1-dən 12-dək davam edəcək.