çərşənbə günü, 07 oktyabr 2026
     

Azərbaycanın milli-dini icmaları arasında sağlam münasibətlərə çoxillik erməni qəsdləri - düşmənin səylərini puç edən səbəblər…

Image


Keçmiş SSRİ ərazisində baş vermiş genişmiqyaslı və həlli yolları uzun illər ərzində düyünə salınan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi daha çox dövlətlərarası və qlobal problem xarakteri aldı.

XX yüzilliyin 80-ci illərinin sonunda Sovetlər İttifaqının siyasi məkanında meydana gəlmiş bu münaqişə ittifaq dağılandan sonra avtomatik olaraq iki yeni müstəqil dövlətin – Azərbaycan Respublikasının və Ermənistan Respublikasının dövlətlərarası probleminə çevrildi. Üzərindən 30 ilə yaxın bir müddət keçsə də, münaqişə öz siyasi və hüquqi həllinə uzun müddət qovuşmadı. Ermənistanla Azərbaycan arasında “nə müharibə, nə də sülh” kimi qeyri-müəyyən vəziyyət davam edirdi. Hər iki variantın da nizama salınması mümkün olmadığına görə problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli tələb edilirdi. Dünyanın aparıcı dövlətləri bu münaqişəyə münasibətdə müxtəlif mövqelərdə durduqlarından, bu variant da real nəticə vermədi. Nəhayət, Azərbaycan bu problemi öz gücünə həll etməyə müvəffəq oldu. 44 gün içərisində Ermənistanı diz çökdürən ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi.

  • Ölkəmizin daxilində milli və etnik zəmində qarşıdurma toxumları səpməyə çalışdılar...

Tarixən olduğu kimi, münaqişənin mövcud olduğu 30 illik dönəm ərzində də ermənilər müxtəlif təxribatlara əl atmaqla Azərbaycanın dayaqlarını sarsıtmağa çalışdılar. Ən əsası isə, onlar müxtəlif növ təbliğat imkanlarından istifadə etməklə, ölkəmizin daxilində milli və etnik zəmində qarşıdurma toxumları səpməyə çalışdılar. Ancaq buna nail ola biləmədilər. Çünki Azərbaycan çoxmədəniyyətliliyi və tolerantlığı ilə dünyaya örnək olacaq ölkədir. Yalnız Quba rayonunda 32 etnik qrupun nümayəndəsi yaşayır. İndiyədək ölkədə nə məişət, nə də siyasi-ictimai sferada yerli xalq olan türklərlə etniklər arasında hansısa qarşıdurma görülməyib. İllərlə bu torpaqlarda türklər talış, ləzgi, udin, yəhudi demədən ocağına gəlin gətirib, qız köçürüb. Bu insanlar illərlə bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Heç zaman ayrıseçkilik edilməyib. Birinci və İkinci Qarabağ müharibələri zamanı bütün etniklər də bu torpaq üçün qan töküb, can verib. Onlar bir amal üçün, Vətən uğrunda döyüşüblər. Azərbaycan torpağı bütün vətəndaşlarına ananın övladına yanaşdığı kimi yanaşıb. Heç kimə xüsusi imtiyazlar tanımayıb, talışı ləzgidən, yəhudini udindən ayırmayıb. İllər uzunu onlar özlərində formalaşdırdıqları adət-ənənələri, qayda-qanunları istədikləri kimi yaşayıblar. İstədikləri dildə danışıb, istədikləri işlə məşğul olublar.

  • Düşmənin təbliğat maşınının məqsədi Azərbaycanı parçalamağa cəhd etmək, ondan bacardığı qədər torpaq qopartmaq istəyidir...

Təbiidir ki, bu monolitliyi istəməyən xarici qüvvələr kifayət qədərdi. Ən qorxulu nüans ölkənin parçalanmasını istəyən kənar qüvvələrin etnik qruplardan mütəmadi olaraq istifadə etmək istəyidir. Bu yöndə 30 ildir ki, Ermənistan sürəkli təbliğat aparıb. Hətta Azərbaycanın daxilində yaşayan xalqların içərisindən çıxan bəzi separatçılardan da istifadə edirlər. Rusiyada fəaliyyət göstərdiyi iddia edilən, amma erməni pulu ilə işlədiyi heç kimə sirr olmayan “Talışıstan” radiosu mütəmadi olaraq Azərbaycan və yerli xalq olan türklərlə bağlı mənfi rəy formalaşdırmaqla məşğuldur. Radionun hər həftə internet üzərindən fəaliyyət göstərən proqramında talışların  və digər etniklərin Qarabağ üçün əbəs yerə döyüşdüyü, onların sadəcə “öz torpağı” üçün döyüşə biləcəyi deyilir. Təbiidir ki, adını televiziya qoyan düşmənin təbliğat maşınının məqsədi Azərbaycanı parçalamağa cəhd etmək, ondan bacardığı qədər torpaq qopartmaq istəyidir. Hər bir etnosun öz mədəniyyətini yaymaq, təbliğ etmək kimi konstitusion hüququ var. Bu hüquqlarla yanaşı, torpağının bütövlüyü üçün canından keçmək kimi mənəvi borcu da var. Dövlətin ərazi bütövlüyünü təhdid altına almaq, əks-təbliğat aparmaq isə cinayətdir. Qanunları bilməmək və ya özünü bilməzliyə vurmaq insanı məsuliyyətdən azad etmir.

  • Vətən müharibəsi dönəmində Azərbaycanda yaşayan etnik millətləri qıcıqlandırmağa, guya milli zəmində qarşıdurma yaratmağa çalışdılar

İstər 30 illik münaqişə tarixində, istərsə də 44 günlük müharibə zamanı biz ermənilərin bu yöndəki uğursuz cəhdlərinin şahidi olduq. Əlləri hər yerdən üzülən ermənilər Vətən müharibəsi dönəmində Azərbaycanda yaşayan etnik millətləri qıcıqlandırmağa, guya milli zəmində qarşıdurma yaratmağa çalışdılar. Hətta feysbukda bəzi erməni istifadəçiləri saxta profillər yaradaraq, ölkəmizdəki etnik millətlərin adından təxribat xarakterli paylaşımlar edirlər. Döyüş və diplomatiya meydanında məğlub olan düşmən elə zənn edirdi ki, Azərbaycanda yaşayan etnik xalqları provokasiyaya çəkə biləcək. Halbuki, istər talışlar, istər ləzgilər, avarlar, tatlarlar Ordumuzda milli mənsubiyyətinə fərq qoyulmadan Azərbaycan vətəndaşı olaraq işğalçı güclərə qarşı mərdi-mərdanə mübarizə apardılar. Bizim ölkəmizdə, ümumiyyətlə, heç zaman etnik münaqişələr olmayıb. Sadəcə, ermənilər əlacsız qalaraq azsaylı xalqlarla bağlı uğursuz fəndlərə əl atırlar. Onlara müraciət edərək, guya düşmən olmadıqlarını bildirir, ermənilərə qarşı döyüşməməyə çağırırdılar.

  • Araik Arutyunyanın Azərbaycanda yaşayan talış və ləzgilərə uğursuz müraciəti...

Müharibə zamanı biz separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Araik Arutyunyanın  Azərbaycanda yaşayan talış və ləzgilərə müraciət etdiyinin də şahidi olduq. O, erməni, rus, ingilis, ləzgi, talış dillərində yayımlanan müraciətində Ermənistana qarşı savaşı boykot etməyə çağırış etdi. Həmin çağrışın mətnində deyilirdi:

"Biz Azərbaycanın yerli xalqları olan talış və ləzgilərin öz müstəqillikləri üçün apardığı ədalətli mübarizədə yanlarındayıq. Ermənistan ordusu, bu xalqlar müharibəni boykot etdiyi halda, humanizm göstərərək “Talışıstan” və “Ləzgistan”da yerləşən hərbi hissələri hədəf almayacağını bildirib”.

Müraciət ünvanlandıqdan sonra Azərbaycanda yaşayan talış və ləzgilər məktuba reaksiya verib. Dərhal Astarada yaşayan  talışlar Qarabağa dəstək aksiyası keçirdi. Aksiya zamanı "Talışlar oyaqdı, Qarabagğa dayaqdı", "Şəhidlər ölməz, vətən bölünməz" şüarları səsləndirilib.

Facebookda "Biz Talışıq”, "Talysh Mentality” kimi səhifələr məktuba cavab olaraq bildirdi ki, bu müraciət Azərbaycan dövlətini zəiflətmək məqsədi güdür: "Biz Azərbaycan talışları olaraq bəyən edirik ki, talışlar əsrlər boyu bu dövlətə xidmət edib və edəcəklər, nə talışlar özlərini Azərbaycanda yaşayan digər xalqlardan ayırıb, nə də onlar özlərini bizdən. Qarabağ - türkündü, talışındı, ləzğinindi, tatındır, avarındı...”.

Ləzgi əsilli Ruslan Ağakişiyev də müsahibəsində deyib ki, ləzgilər özlərini bu Vətənin parçası hesab edir və onun bütövlüyü uğrunda savaşmağa hər an  hazırdırlar. Ruslan Ağakişiyev, həmçinin, 2020-ci ilin iyul hadisələrindən sonra könüllü səfərbərliyə yazıldığını da deyib:

"Bu yayılan xəbərlər ölkədə muüharibəyə qarşı ruh düşkünlüyü yaratmaq üçündür. Ən azından, mən tanıdığım bütün ləzgilər adından bir şeyi deyə bilərəm: biz canla-başla bu torpaq uğrunda vuruşmağa hazırıq”.

  • Ermənistan dünyanın demoqrafik cəhətdən ən homogen ölkəsi statusuna sahibdir...

Ermənistan Azərbaycana qarşı etnik kimlik kartından istifadə etməyə daim cəhd edib. Bu situasiyadakı ikiüzlülük hər iki ölkənin demoqrafik vəziyyətində nəzər saldıqda aşkar görünür: ləzgi, rus, erməni, talış, tat, yəhudi və digər etnik qrupların ümumi evi olan Azərbaycan hər zaman tolerantlıq və birgəyaşayışı təlqin etdiyi halda, Ermənistan 1980-ci illərdən bəri Avropanın, bəlkə də dünyanın, demoqrafik cəhətdən ən homogen ölkəsi statusuna sahibdir. Ermənistan cəmiyyətinin bu monoetnik quruluşu, həmçinin, 1988-ci ildə kifayət qədər böyük - 250-300 min nəfərlik azərbaycanlı icmanın məcburi deportasiyası ilə "əldə edilib". Erməni tərəfinin etnik təmizləmə siyasəti 1990-cı illərin əvvəllərində 700 min azərbaycanlının qovulduğu Dağlıq Qarabağ və ətraf ərazilərdə də effektiv formada davam etdirilib. Üstəlik, Dağlıq Qarabağ problemi heç də Ermənistan tərəfinin təqdim etməyə çalışdığı kimi etnik münaqişə olmayıb. Bu, bir ölkəni qonşusunun beynəlxalq miqyasda tanınmış ərazilərinin işğal etməsi ilə baş verən ərazi münaqişəsi kimi nəzərdən keçirilməlidir.

  • Ermənilərin Azərbaycan daxilində etnik, dini ayrılıq zəminində qarşıdurma cəhdləri hər zaman uğursuzluqla nəticələnmiş olacaq

Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək görərik ki, əhalinin 90%-ni təşkil edən azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar iştirak edib. Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir. Onların arasında Altay ailəsinin türk qoluna məxsus azərbaycanlılar, tatarlar, ahıska türkləri, həmçinin hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, molokanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri vardır. 1992-ci ildə imzalanmış “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında” fərmana əsasən, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşları hesab edilir. Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra milli azlıq və etnik qrupların hərtərəfli inkişafı üçün dövlət tərəfindən zəmin yaradıləb. Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşıb, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaradıb. Ulu öndər çıxışlarının birində deyib: “Azərbaycanın varı dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır”. Bu siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Bu səbəbdən də, ermənilərin Azərbaycan daxilində etnik, dini ayrılıq zəminində qarşıdurma cəhdləri hər zaman uğursuzluqla nəticələnmiş olacaq. Çünki Azərbaycanın, bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də möhkəm təməli mövcuddur.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ