“Səhərdən məsələdən xəbərdar idim. İstədim fikir verməyim. Həm də gözlədim ki, axşam olsun, reaksiyalara baxım, özüm üçün müəyyən nəticə çıxarım”.
Baki-xeber.com xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bəzi media orqanlarında onun prokurorluqda dindirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən söyləyib: “Görünür, kimlərsə xəbərə baxıb şübhədə qalıblar. Ona görə münasibət bildirirəm.
Bəyan edirəm ki, belə bir hadisə baş verməyib. Bu, uydurmadır, ağ yalandır. Başqa nə deyə bilərəm ki...
Hər kəsə təşəkkür edirəm!”