çərşənbə günü, 07 oktyabr 2026
     

Vüqar Rəhimzadə: “Xalqımız yaxşı bilir ki, torpaqlarımızı satan kimdir, onu əsarətdən qurtaran kimdir”

Image


“Dövlət o zaman güclü olur ki, ona rəhbərlik edən lider ölkəsinin, xalqının gələcəyini düşünür, bu istiqamətdə təkmil  strategiya müəyyənləşdirərək onun həyata keçirilməsinə nail olur. Müstəqillik yollarında ilk addımlarını atan ölkənin inkişafında idarəçilik qabiliyyətinin, zəngin təcrübənin nə qədər əhəmiyyətli rol oynadığının geniş şərhə ehtiyacı yoxdur.

Bu baxımdan  Azərbaycanın  müstəqilliyimizin ilk illərində yaşadığı əsas problemlər idarəçiliyin yoxluğu, mövcud iqtisadiyyatı məhv etmək, ölkədə siyasi və silahlı anarxiyaya rəvac vermək, bir sözlə, o illərdə iqtidarda olanların şəxsi mənafelərini ümumi mənafelərdən üstün tutmaları idi desək qətiyyən mübaliğəyə yol vermiş olmarıq.  44 günlük İkinci Qarabağ müharibəsi bütün bu reallıqlara bir daha işıq saldı, torpaqları satanların, onları işğaldan azad edənlərin kimlər olduğunu ortaya qoydu.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.  

V.Rəhimzadə qeyd edib ki, xəyanətkarların, satqınların toplaşdığı “millli şura” deyilən  qurum sanki Azərbaycanda   Ermənistanın səfirliyi, Əli Kərimli və onun kimilər isə Ermənistanın səfiri funksiyasını yerinə yetirir: “Vaxtilə torpaqlarımızı satan AXC-Müsavat cütlüyünün  tör-töküntülərindən ibarət olan bu qurum yarandığı vaxtdan xalqa, dövlətə xəyanət yolunu tutub. Bu antimilli ünsürlərin davranışları hazırda Azərbaycanın hərbi-siyasi Qələbəsini həzm edə bilməməklə ermənilərin və ermənipərəst dairələrin sifarişlərinin icraçısı olduqlarını, onlar üçün hələ də dövlət, xalq, Vətən məfhumlarının arxa planda dayandığını tam çılpaqlığı ilə  ortaya qoyur. AXCP sədri Əli Kərimli xəyallar aləminə səyahətə çıxarkən  hakimiyyətə yenidən gələcəkləri  təqdirdə hansı planları gerçəkləşdirəcəklərini açıqlamaqla xalqa bir daha birillik hakimiyyətləri dövründə törətdikləri faciələri xatırlatdı. Gəncləri Vətənə xəyanət ruhunda tərbiyə etməyə çalışan  Əli Kərimlinin əlində alətə çevirdiyi bu tip olaylar hər kəsin yaddaşındadır. Xəyanətkar sədrin  ssenarisi əsasında Vətənə xəyanət yolunu tutan,  Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb əldə edilən razılaşma əsasında alacağı  pullarla özünə təmtəraqlı həyat quracağını düşünənlər törətdikləri cinayətlərə görə həbs olunur, həbsdən çıxdıqdan sonra onların Ə.Kərimli haqqında etirafları hər kəsdə belə bir ünsürün  özünü Azərbaycan vətəndaşı kimi təqdim etməyə haqqı olmadığı qənaətini təsdiqləyir.”

Baş redaktor bildirib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir çıxışında, xalqa müraciətlərində torpaqlarımızın işğala məruz qalmasının səbəblərini xüsusi qeyd edir. Ölkə Prezidenti Qarabağın tacı olan Şuşamıza səfəri zamanı döyüşçülərlə görüşündə, həmçinin Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu mühüm məqamı xüsusi diqqətə çatdırmışdır ki, tarixi həqiqətlər ölkə və dünya ictimaiyyətinə  dolğun şəkildə çatdırılmalı, hər kəs bu həqiqətləri bilməlidir. Bu tarix hər kəsə məlumdur ki,  1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilərin öz dırnaqarası əməliyyatlarına  “dağlarda toy” adını verdiyini xatırladan dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi, halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri  boşaldılmışdı: “O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam,  qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır.”

 “Bədnam AXC-Müsavat cütlüyünün  digər sahələr kimi, orduda yaratdığı  acınacaqlı hal da yaddaşlardadır” söyləyən V.Rəhimzadə əlavə edib ki, həmin vaxt ordunun maddi-texniki təminatı yox dərəcəsində idi, eyni zamanda,  əsgərlərin  döyüş ruhunu artırmaq   üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi bir  vaxtda  arxa cəbhədə vəzifə davası aparılır,  silahlı qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi: “Dağınıq vəziyyətdə olan Silahlı Qüvvələrimiz torpaqlarımızın müdafiəsinə deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Cəbhədə döyüşlərin getdiyi vaxt Surət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qazıyevin və başqalarının silahlı dəstələrinin paytaxtı hərbi poliqona çevirdiklərini xalq unutmayıb.  Nəticədə erməni silahlı birləşmələri  Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da işğal etməyə nail oldular”. Budur bu gün özlərini xalqa, dövlətə canıyanan kimi göstərməyə çalışan  ünsürlərin əsl siması. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xarici KİV-lərə müsahibələrində daim Birinci Qarabağ müharibəsi dövründəki Azərbaycanla bugünkü Azərbaycanın müqayisəsini apararaq bu fikri böyük fəxr və qürurla qeyd edirdi ki, hazırkı Azərbaycan bütün sahələrdə davamlı uğurlara imza atan, dünya birliyinin fəal üzvünə çevrilən, sözünün imzası qədər dəyəri olan Azərbaycandır. Bu müddət ərzində Azərbaycan daha da gücləndi, beynəlxalq hüquq deyilən məfhumun mövcudluğunu dünyaya çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu beynəlxalq  təşkilatlarının tribunasından bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Biz imkan vermərik ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın. Dövlətimizin başçısı hər bir vədini yerinə yetirdi. Tarixi Qələbəmiz bir daha möhtərəm Prezidentimizin dövləti, xalqı üçün necə Lider olduğunu nümayiş etdirdi. Təbii ki, hər kəs tarixdə özünün əməlləri ilə iz qoyur. Azərbaycanın müstəqilliyinin ilk  illərində ölkəmizə rəhbərlik edənlərin hakimiyyət dövrü tariximizdə qara səhifə kimi yer alsa da, 1993-cü ildən başlanan yol davamlı inkişaf yoludur. Çünki bu yolu düzgün müəyyənləşdirən Lider  bütün həyatını, ömrünü Azərbaycan xalqının bugününə və gələcəyinə həsr etmişdir. 2003-cü ildən başlanan yol isə Heydər Əliyev yolunun davamıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev ərazi bütövlüyümüzü bərpa edərək, Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşduraraq ata vəsiyyətini, xalqımıza verdiyi hər bir vədi zamanı yetişəndə yüksək səviyyədə yerinə yetirməsi ilə qürur duyur.”

Baş redaktor bildirib ki, tarix heç nəyi silmir. AXC-Müsavat cütlüyünün tör-töküntüləri  bu gün  özlərini xalqa vətənpərvər kimi təqdim etməyə nə qədər çalışsalar da,  bunun mümkünsüzlüyünün fərqindədirlər.  Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  “Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir” çağırışı bu ünsürlərə ciddi mesaj, eyni zamanda, dərs olmalıdır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ