çərşənbə günü, 07 oktyabr 2026
     

Ermənilər Natəvanın sümüklərində nə axtarır... - FOTO

Image


Ermənilərin xalq deyil, bir vəhşi, vandal qəbilə olduğunu dünyanın bir çox filosofu, tarixçisi, mütəfəkkiri qələmə alıb, bununla da gələcək nəsilləri, özlərindən sonra gələnləri necə vəhşilərlə qarşılacaqları barədə xəbərdar ediblər. 

İşğal dövründə erməni vandalları bütün kəndlərimizdə, şəhərlərimizdə məzarlıqlarımıza qarşı da tükürpədici vandalizm aktları törədiblər, qəbirləri dağıdıblar, orada dəfn edilənlərin sümüklərini çıxarıb kənara atıblar, qızıl dişlərini söküb götürüblər, təhqir ediblər, qədim məzarlardan çıxan qızıl-ziynət əşyalarını və sair daşıyıb Ermənistana aparıblar. Düşmən o qədər azğın, o qədər vəhşidir ki, hətta bizim görkəmli şəxsiyyətlərimizin məzarlarına da əl uzadıb, onların qəbirlərini yerlə-yeksan edərək məhv edib.

Düşmən Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı, Azərbaycanın görkəmli şairəsi, dövlət xadimi Xan qızı Xurşudbanu Natəvanın məzarını dağıdıb, sümüklərini isə yağmalayaraq aparıb. 

Bildiyimiz kimi, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə işğaldan azad edilən Ağdamda Xan qızı Natəvanın dağıdılmış məzarından fotolar və video paylaşıb. “Facebook” səhifəsində sözügedən məzardan danışan Deqati bildirib ki, Xurşudbanu Natəvanın sümükləri məzarından çıxarılaraq aparılıb: “Hər şeyin, ehtimal ki, şairənin çəkdirdiyi su kəmərindən su içmiş insanlar tərəfindən qəsdən məhv edildiyini, Natəvanın məzarına hücumu və hətta bütün sümüklərinin aparıldığını görüb, böyük şok keçirdim. Şairədən qorxan kimdir?”

Deqati öz səhifəsində şairə haqqında məlumatlar da verib: “Azərbaycanın bütün dövrlərinin görkəmli şairəsi, Pənahəli xan soyundan olan Xurşudbanu Natəvan 1832-ci il avqustun 15-də Şuşada anadan olub. O, Qarabağın son hökmdarının varisi idi və ailə sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən, mühəndislik sənətinin şah əsəri olan tarixi Şuşa su kəmərinin çəkilməsinə xərcləmişdi. Natəvan atası və digər ailə üzvləri ilə birlikdə Ağdam şəhərinin 18-ci əsrə aid kompleksində dəfn edilmişdi”.

“1992-ci ildə şəhər ermənilər tərəfindən ələ keçirilməzdən əvvəl mən bu mədəni mərkəzə baş çəkmiş və məzar daşının və üzərində ucaldılmış heykəlin memarlıq üslubuna heyran olmuşdum. 2020-ci ilin noyabrında şəhər işğaldan azad edildikdən sonra mən yenidən həmin yerə qayıtdım”, - deyə Deqati bildirib.

Ermənilər Natəvanın sümüklərini hansı məqsədlə götürüb aparıblar?

  • Fərhad Quliyev: “...məqsədləri Natəvanın məzarının izlərini itirmək olub”

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu, erməni vandalizminin növbəti göstəricisidir. F.Quliyevin sözlərinə görə, ermənilər bununla vəhşi, vandal qəbilə olduqlarını bir daha dünyaya sübut ediblər: “Ermənilərin Natəvanın qəbrini dağıtmaqda və onun sümüklərini götürüb aparmaqda məqsədləri Natəvanın məzarının izlərini itirmək olub. Qəbirləri dağıtmaq, sümükləri kənara atmaq, vandalizm törətmək ermənilərin adətidir. Ola bilsin ki, ermənilər Natəvanın qəbrində qızıl-zinət əşyaları axtarırmışlar. Yəni bu məzarın xan nəslindən olan bir şəxsiyyətə mənsub olduğunu biliblər və düşünüblər ki, ola bilsin, məzarın içində qiymətli əşyalar var. Bilirsiniz ki, ermənilər bizim qəbiristanlıqları dağıdıblar, məzarları söküb cəsədlərin ağzından qızıl dişləri çıxarıb aparıblar. Yəni qəbir dağıtmağın iki əsas məqsədi olur. Onlar göstərmək istəyirlər ki, azərbaycanlıların qəbirlərini vəhşicəsinə, amansızlıqla dağıtmaqla “öz gücümüzü göstərdik”. Bu da onların qəbilə təfəkküründə olduqlarının göstəricisidir. Çünki qədim dövrlərdə bir qəbilə digər qəbilə ilə müharibə aparanda kim qalib gəlirdisə, qarşı tərəfin qəbirlərini dağıdırdı. Ermənilərdə bu xüsusiyyət var, onlar bunu həmişə ediblər. Məzarları dağıdıb skeletləri kənara atırlar. İkinci tərəfdən isə onlar məzarlarımızda qızıl axtarıblar, düşünüblər ki, burada qızıl, qiymətli əşyalar ola bilər, amma müsəlman qəbirlərində qızıl əşyaları, filan olmur heç vaxt. Ermənilər Qarabağı işğal etdikdən sonra əsas hədəfləri bütün tanınmış şəxsiyyətlərimizin məzarlarını dağıtmaq olub və onu da ediblər, onlara aid bütün məzarları dağıdıb məhv ediblər. Ermənilər Qarabağla dərin köklərlə bağlı olan Natəvanın və digər şəxsiyyətlərimizin məzarlarını vəhşicəsinə, vandalcasına dağıtmaqla bizim izlərimizi o torpaqlardan silməyə, itirməyə çalışıblar. Onlar bu cür vəhşiliklə məşğul olublar”.

F.Quliyev əlavə etdi ki, ermənilərin həyata keçirdikləri bu vəhşiliklərə beynəlxalq aləm laqeyd qalmamalı və reaksiya verməlidir.

  • Təvəkkül Əliyev: “Natəvanın məzarı Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə dağıdılıb, sümükləri götürülüb”

Tarix üzrə fəlsəfə doktoru, tanınmış arxeoloq Təvəkkül Əliyevin fikrincə də ermənilərin əsas məqsədi bizim izlərimizi Qarabağdan, tarixi torpağımızdan silmək olub. T.Əliyev hesab edir ki, erməni vəhşiliyinin bu nümunələri bütün beynəlxalq təşkilatlara davamlı olaraq çatdırılmalı və beynəlxalq hesabatlara salınmalıdır. Onun fikrincə, ermənilər Natəvanın məzarını Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi əsasında dağıdıb, sümüklərini götürüb aparıblar: “Sözün açığı, o kadrları görəndə çox məyus oldum. Doğrudan da tariximizdə Natəvanın xüsusi yeri var, onu həmişə xatırlayırıq, Qarabağ xanlığının bir yadigarı kimi hər kəs onun xatirəsinə hər zaman böyük ehtiramla, sayğı, məhəbbətlə yanaşır. Düşünürəm ki, Natəvanın məzarını vəhşiliklə dağıdıb, sümüklərini çıxarıb aparan adamlar onun kim olduğunu, Azərbaycan tarixində, mədəniyyətində nə kimi rol oynadığını, hansı nəslə məbsub olduğunu yaxşı bilirmiş. Onlar hətta hesab ediblər ki, Natəvanın məzarı belə onların “gələcəyi” üçün böyük “təhlükədir”. Natəvanın məzarı Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə dağıdılıb, sümükləri götürülüb. Bu işdə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır. Bu böyük cinayətdir, haqq qazandırılması, bəraət verilməsi mümkün olmayan hadisədir. Nə yaxşı ki, Reza bəy bu məsələni ictimailəşdirdi, o görüntüləti təqdim etdi. Bizim üzərimizə düşən iş isə bu hadisəni dünyaya yaymaq, faktla bağlı dünya ictimaiyyətini məlumatlandırmaqdır. Ümumiyyətlə, yalnız Natəvanın deyil, digər şəxsiyyətlərimizin də dəfn edildiyi məzarlıqlar erməni vandalları tərəfindən dağıdılıb, məhv edilib. Düşmən görün nə qədər vəhşidir ki, məzarlıqlardan da intiqam alır. Amma düşmən dərk etmir ki, bu məzarlıqları dağıtmaqla bizim izlərimizi Qarabağdan silmək mümkün deyil. Bunu dərk etmir. Qarabağın hər qarışında minillərdir Azərbaycan xalqı yaşayıb, bu torpaqlar tarixi torpaqlarımızdır, burada azərbaycanlıların minillərlə yaşı olan məzarlıqları, mədəni irs nümunələri, abidələri, izləri var, bunu silmək mümkünsüzdür. Bu, sadəcə, ağılsızlıq, düşüncəsizlikdir, bu toplumun vandalizminin, vəhşiliyinin, qəbilə təfəkkürünün göstəricisidir”.

T.Əliyev qeyd etdi ki, ermənilərin Natəvanın sümüklərini Ermənistana aparmaqda məqsədləri yalnız onun izlərini itirməyə xidmət edir. “Bunun yalnız izlərimizi itirməyə xidmət etdiyi məlumdur. Düzdür, mən bəzi versiyalar da oxumuşam. Yazırlar ki, ermənilər bizim məzarlıqlardan sümükləri götürüb aparırlar onu üyüdürlər, ondan nəsə düzəldirlər, hansısa texnologiyalarda istifadə edirlər və sair. Natəvanın sümüklərini tamamilə götürüblər, heç nə qalmayıb. Fikirləşirəm, ermənilər Natəvanın sümüklərini aparmaqla bizə problemlər yaradıblar. Biz gələcəkdə sübut edə bilməyəcəyik ki, bizim belə bir böyük şəxsiyyətimiz, şairəmiz olub, onun məzarı İmarət qəbiristanlığındadır, cəsədi də ordadır. 500 ildən sonra bizim sübut etməyimiz çətinləşəcək, bu, böyük proses tələb edən iş olacaq. Ermənilərin xisləti belədir, bizim izlərimizi itirmək, silmək istəyiblər” - deyə T.Əliyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ