çərşənbə günü, 07 oktyabr 2026
     

Prezident tariximizi saxtalaşdırmaq istəyən özümüzünkülərə sərt mesaj verdi - torpaqlarımızı satanların kimliyini açıq göstərin...

Image


“…Mən demişəm, bir daha demək istəyirəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, bizim mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik. Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi.

Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni-bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir...”. Bunu Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

  • Məhərrəm Zülfüqarlı: “Prezidenti dəstəkləyirəm, tariximiz saxtakarlıqlardan təmizlənməli, real sənədlər, faktlar əsasında yazılmalı, bütün gerçəkliklər əks olunmalıdır”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident olduqca aktual bir məsələni gündəmə gətirib. M.Zülfüqarlı hesab edir ki, Prezidentin bu mesajından gerçək tariximizi saxtalaşdıran alimlər nəticə çıxarmalıdırlar. Bu gün həqiqətən də Azərbaycanda hələ də tariximizi saxtalaşdıranlar var. “Prezidentin səsləndirdiyi bu fikirlər daim aktual olub. Çünki tarix siyasi elmdir. Hələ qədim dövrlərdən, orta əsrlərdən hər bir hökmdarın yanında tarixçi olub və tarixi də həmin hökmdara uyğun yazıb, onun qələbələrini şərh edib.

Yəni tarixin birtərəfli yazılışı tarixən olub. Biz bunun xoşagəlməz nümunələrini xüsusilə də Çar Rusiyası və Sovet dövründə görmüşük. Həm Çar Rusiyası, həm də Sovet dönəmində Azərbaycan tarixi kütləvi şəkildə saxtalaşdırılıb. Məsələn, bizə “26 Bakı komissarı” kimi əfsanələr, miflər yaradıb yazıblar. Amma sular durulandan sonra məlum oldu ki, heç “26 Bakı komissarı” olmayıb, cəmi 12 komissar olub. Çox təəssüflər olsun ki, Sovet dövründən qalan o xoşagəlməz ənənələr müstəqillik dövründə də bəzi tarixçilər tərəfindən davam etdirildi. Yəni bəziləri Sovet dövründə saxta tarix yazıb yüksək elmi adlar almışdılar, sonradan da yazdıqları saxta tarixdən əl çəkə bilmədilər, özlərini sübut etməyə çalışdılar. Təəssüf ki, belə tarixçilərin çoxu səlahiyyətli vəzifələrdə işləyənlər olub. Yəni onlar səlahiyyət sahibi olduqları üçün onları tənqid etmək çox çətin olub. Məsələn, mən Azərbaycan tarixinin saxtalaşdırılmasını aradan qaldırmaq üçün mübarizə aparanların, saxta tarixi tənqid edərək obyektiv tarix yazanların ön sırasında birinci olaraq akademik Ziya Bünyadovun adını qeyd etmək istəyirəm. Baxmayaraq ki, Sovet İttifaqı Qəhrəmanı, akademik idi, amma həmişə ağrılı yerlərə toxunur, Azərbaycan tarixini saxtalaşdıranlara qarşı hər zaman mübarizə aparırdı. Hətta Sumqayıt hadisəsi baş verərkən, Moskvada-mərkəzdə oturan ermənilər bu hadisəni saxtalaşdırarkən ilk dəfə rus dilində “Niyə Sumqayıt?” adlı məqalə yazdı və sübut etdi ki, Sumqayıt hadisələrini törədənlər ermənilər özləri olub. Bu baxımdan, mən Prezidentin fikirlərini dəstəkləyirəm. Doğrudan da  Azərbaycan tarixinin obyektiv yazılmasına ciddi ehtiyac var. Hesab edirəm ki, savadlı, obyektiv tarixçilərin üzləşdiyi maddi problemlər var, onlar aradan qaldırılmalı, bu tarixçilərin sosial müdafiəsi gücləndirilməlidir.

Prezidenti dəstəkləyirəm, tariximiz saxtakarlıqlardan təmizlənməli, real sənədlər, faktlar əsasında yazılmalı, bütün gerçəkliklər əks olunmalıdır. Əlbəttə, bizə saxta tarix lazım deyil, bizim heç ona ehtiyacımız da yoxdur. Tarixçilərimiz tariximizi obyektiv yazmalıdırlar ki, gələcək nəsillər bizim gerçək tariximizi olduğu kimi öyrənsinlər, təbliğ etsinlər” - deyə M.Zülfüqarlı qeyd etdi.

  • Qasım Hacıyev: “...gerçəkliklərə göz yumanlar nəticə çıxarıb gerçəyi yazmalıdırlar”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, professor Qasım Hacıyevin fikrincə də Azərbaycan tarixi obyektiv yazılmalı və indiyə qədər baş verən saxtalaşdırmalardan təmizlənməlidir: “Azərbaycan xalqının ən ağır problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, buna nöqtə qoyulması göstərir ki, biz tarixdə baş verənlərə çox diqqətlə yanaşmalıyıq. Hərə yaxasını bir kənara çəkib öz bildiyi ilə məşğul olsa, biz tariximizə lazımi şəkildə yanaşa bilmərik. Görünür, buna da ehtiyac varmış ki, belə bir məqam gəlib yetişsin və dünya diplomatiyasının bilicisi, Azərbaycan xalqını və Vətənini ürəkdən sevən bir dövlət xadimi öz xalqının xilaskarı kimi özünü bütün dünyada təsdiqləsin. Cənab Prezident öz qüdrəti, diplomatik, siyasi bacarığı və Ali Baş Komandanı olduğu müzəffər ordunun gücü ilə torpaqlarımızı işğaldan azad etdi, dövlətçilik tariximizə müzəffər Ali Baş Komandan olaraq adını əbədi olaraq yazdı. Biz tarixçilər tariximizə düzgün yanaşmalı, onu obyektiv yazmalıyıq. “Palaza bürün, ellə sürün”lə iş keçmir. Mən müxtəlif dövrlərdə bir neçə akademikimizin Azərbaycan tarixinə dair yazdığı kitablara rəy yazmışam, bu rəylər qəzet və jurnallarda nəşr olunub. Mən fikirləşirəm ki, bu gün tariximizin saxtalaşdırılmasına yol vermək olmaz, təəssüf ki, buna yol verənlər var. Onsuz da Sovet dövründə tariximiz kifayət qədət saxtalaşdırılıb, qara ləkələrlə doldurulub və xalqı, gələcək nəsli aldatmaqla məşğul olunub, buna görə də indi bunlara son qoymaq lazımdır. Az miqdarda hadisələrin üstünü malalamaqla, “sığallayıb” düzəltməklə iş keçmir, tariximizə böyük diqqətlə, həm də obyektiv yanaşmaq lazımdır. Vətənimizin tarixini saxtalaşdıran yadellilərin, düşmənlərimizin və öz içimizdə olanların yazdıqlarını da saf-çürük etməliyik. Bilirsiniz, tarixi saxtalaşdıranlar bu saxtakarlığı həyata keçirirsə, ona göz yumanlar da onlara şərik olmuş olurlar. Etiraf edim ki, biz indiyə qədər başqalarının, düşmənlərimizin yazdıqlarına cavab vermişik, amma bizim özümüzlə bir sırada olan və tariximizi bilərəkdən saxtalaşdıran “alim”lərimizin yazdıqlarına çox da diqqət yetirməmişik. Nə qədər namizdəlik, doktorluq dissertasiyasına rəy vermişəmsə, heç birində saxtakarlığa yol verməmişəm, onları düzgün qiymətləndirmişəm. Mənim vicdanım rahatdır. Elə tarixi saxtakarlıqla dolu elmi işlər olub ki, onlar bizim komissiyanın müdafiə şurasından keçməyib, bizə heç müraciət etməyiblər, amma istədikləri kimi tarixi saxtalaşdırıblar, saxta tarix yazıblar, xalqın gözünə kül üfürməklə məşğul olublar. Adlarını “tarixçi” qoyan həmin şəxslər ən azı bizim müasir dövrdə şahidi olduğumuz tarixi hadisələri saxtalaşdırmaqdan çəkinməyiblər. Vaxtilə Sovet tarixçiləri cənab Prezidentin də dediyi kimi, 26-ları “qəhrəman” kimi təqdim edib, tarixi saxtalaşdırıb, Şaumyana əsərlər həsr edib, “26 Bakı komissarı”nı Azərbaycanın “xilaskarı” kimi qələmə veriblər, onlara və digər düşmənlərimizə heykəllər qoymuşuq. Amma görünür ki, artıq bunların hamısını, onlar haqqnda yazılan kitabları da, məqalələri də tarixdən süpürüb atmağın vaxtı çatıb. Eyni zamanda, bu dövrümüzdə gözümüzün qabağında baş verənlərə laqeyd yanaşmamalıyıq. Bizim tarixçilər bəzilərini öz adları ilə çağırmamaqda səhv edirlər. Açıq deyim, Prezidentimiz hər dəfə öz fikrini deyir, amma tarixçilərimiz arasında bunu cəsarətlə açıb ortaya qoyanı hələ tapmırıq. Çünki hərə bir tərəfdə öz işi ilə məşğuldur. Təbii, hamını nəzərdə tutmuram, amma belələri az deyil. Bir Tarix İnstitutunun keçmiş rəhbərliyi ancaq adını-sanını, özünün şöhrətini qaldırmaq, medallar, ordenlər, mükafatlar, fəxri adlar almaqla məşğul olubsa, hər şeyin üstündən üstüörtülü keçibsə, bunun da üstü açılacaq. Amma şahidi olduğumuz bu hadisələri gizlədiriksə, demək, biz də onunla şərik oluruq. 1990-cı ilin yanvar hadisəsi də, 1991-ci ildə ermənilərin qondarma “DQR” elan etməsi də (indi o qondarma qurum artıq yoxdur - Q.H.), Azərbaycanda buna qarşı gedən mübarizə də çox yaxşı yadımdadır. O da yaxşı yanımdadır ki,  o dövrdə ölkəmizi səriştəsiz, başıpozuq şəxslər idarə edirdi, heç bir hərbi təlim görməmiş, hərbi ilə əlaqəsi olmayan, beş-on nəfər hərbçiyə rəhbərlik etməyən bir adam Azərbaycanda müdafiə naziri idi. Belə səriştəsiz rəhbərlərlə müharibədə düşmənə qalib gəlmək olardı? Qətiyyən olmazdı. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkəmizə səriştəsiz, yarıtmaz adamlar rəhbərlik edirdi. Bu adamların səriştəsizliyini, yarıtmazlıqlarını, ölkəmizi hansı bəlalara düçar etdiyini bilən, onun şahidi olan tarixçilərimiz bu adamlar barədə hansı müsbət fikir söyləyə bilər? Yalanlarla, eyforiyalı sözlərlə baş qatmaq istəyən, “Şuşa getsə, başıma bir güllə çaxacağam” deyən bir müdafiə nazirinin cinayətkar fəaliyyətinə tarixçilər diqqətlə fikir verməli, bunu əks etdirməlidirlər. O dövrdə öz yalanları ilə camaatın başına oyun açan, pafoslu, yalan dolu çıxışlarla məşğul olan, səriştəsiz, bacarıqsız hökumətin, onun satqın, səriştəsiz, ordumuzu qalibiyyətə aparmaq üçün heç bir planı, bacarığı olmayan nazirlərinin yarıtmaz fəaliyyətinə qiymət versək, onların yarıtmazlığı indiki dövrlə müqayisə edirlərmi? AXC-Müsavat cütlüyü dönəmində tarixi, siyasi, hərbi biliyi olan peşəkar adamların kənara qoyulmasını, öz qohumlarını komandir təyin edənləri, döyüşə getməyib, qaçıb gizlənən, fərarilik edənləri bəzi tarixçilər görmürlərmi? Xatırlasınlar ki, Birinci Qarabağ müharibəsində müharibənin getdiyi dövrdə komissiya yaratdılar və o komissiyanın apardığı müşahidələri protokollaşdırdılar, amma o heç yerdə çap olunmadı. Bunları tarixçilər arxivdən çıxarıb araşdırmalı, qiymət verməlidirlər. Yaxşı yadımdadır, o komissiyanın rəhbəri ilə söhbət edəndə o, çox maraqlı bir şey dedi. Dedi ki, bəy, Azərbaycanda bütün nazirliklər müharibə ilə məşğul imiş, amma təkcə müdafiə nazirliyindən başqa. Mən məəttəl qaldım, dedim ki, bu nə demək istəyir. Yəni demək istəyirdi ki, bütün nazirliklər pul qazanmaqla məşğuldur, onlar müharibədən pul qazanırlar, qidalardan tutmuş, təchizata, silahlara qədər hər şeyə pul mənbəyi kimi baxıblar. Dövlətimizə, xalqımıza xəyanət edən, torpaqlarımızı alver predmetinə çevirən insanların çoxu həbs edildi. Onların xəyanətkar əməlləri ilə bağlı məndə kifayət qədər fakt var, amma onlar mənim sahəm olmadığı üçün yazmamışam. Amma Dağlıq Qarabağın tarixi, Qarabağ problemi, onun nəticələri haqqında çox yazmışam. Tarixçilərimiz bütün bu faktların hamısını yazmalıdır, bu reallıqlar tariximizdə əks olunmalıdır, gənclərimiz, gələcək nəsillər bilməlidir ki, torpaqlarımızın 28-30 il müddətində işğalda qalmasının baiskarı kimlər olub.  Bu adamların səriştəsiz, satqın fəaliyyəti tariximizin böyük qara ləkəsidir”.

Q.Hacıyev bildirdi ki, Ali Baş Komandanımızın rəhbərliyilə müzəffər ordumuz öz içimizdəki xəyanətkar qüvvələrin satqınlığı nəticəsində düşmən işğalına düşən torpaqlarımızı işğaldan azad edib. “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə torpaqlarımız işğaldan azad edilib. Milli satqınlarımızın düşmən əsarətinə saldığı tarixi torpaqlarımızı Ali Baş Komandan İlham Əliyev işğaldan azad edib, onun rəhbərlik etdiyi müzəffər ordu düşməni ərazilərimizdən qovub çıxarıb. Vicdanı olan tarixçi ağı ağ, qaranı qara yazmalıdır, kimin satqın, kimin xilaskar olduğunu açıq şəkildə tarix kitablarında əks etdirməlidir. İlham Əliyev tariximizə bir xilaskar kimi adını yazdı. Bunu təkcə biz demirik, bunu bütün dunya deyir. Cənab Prezidentin dedikləri tamamilə həqiqətdir, bizə saxta tarix lazım deyil. Cənab Prezidentin vurğuladığı məsələlərdən tariximizi saxtalaşdıranlar, öz çirkin əməllərini indiyə qədər davam edənlər, gerçəkliklərə göz yumanlar nəticə çıxarıb gerçəyi yazmalıdırlar. Tariximizi saxtalaşdıranlar bilməlidirlər ki, onların bu əməlləri xalqa, dövlətə, dövlətçiliyə böyük zərər vurur. Hər bir tarixçinin borcudur ki, gerçək tariximizi yazsın” - deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ