çərşənbə günü, 07 oktyabr 2026
     

Müxalifət və kilsə Paşinyanı devirmək üçün birləşir – bu yaz erməni baş nazirin son baharı ola bilər...

Image


Ermənistandakı real vəziyyətin təhlili bu ölkədə siyasi müstəvidə vəziyyətin daha da gərginləşəcəyini göstərir. Belə ki, müxalifət hakimiyyəti devirməkdə, ikinci isə iqtidarda qlmaqda israrlıdır. Bu fonda artıq məlumdur ki, 17 müxalifət partiyasını birləşdirən “Vətənin xilası uğrunda hərəkat” baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fevralın 18-də bütün ölkədə etiraz aksiyasının keçiriləcəyini bəyan edib.

Məlumata görə, hərəkatın lideri Vazgen Manukyanın rəhbərliyi ilə iclas keçirilib, böhrandan çıxmaq üçün yol xəritəsi təqdim edilib, Ermənistanın bütün siyasi qüvvələrinə bu sənəd əsasında razılığa gəlmək təklif olunub. Tədbirdə ümumxalq mitinqinin keçirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə edilib. Hərəkatda hesab edirlər ki, parlamentə növbədənkənar seçkilər yalnız Paşinyanın istefasından və keçid hökumətinin formalaşdırılmasından sonra keçirilə bilər. Ermənistanın vitse-spikeri Alen Simonyan isə bunu mümkünsüz hesab edir. O bu xüsusda bildirir: “Erkən seçkilərin keçirilməsini əvvəlcədən hakimiyyət bəyan edib. Lakin müxalifət bundan imtina edir. Hakim elita seçkinin keçirilməsinə tərəfdardırsa, müxalifət isə ondan imtina edirsə, bu nonsensdir”. Bundan əlavə, erməni vitse-spiker mövcud vəziyyətdə əslində olmayan müxalifətin özünü əsas problem adlandırıb. Simonyan qeyd edib ki, istər hakimiyyətin, istərsə də müxalifətin sosial sorğularının hamısı Ermənistan əhalisinin 72%-nin hakimiyyəti dəstəklədiyini göstərir. O əlavə edib ki, hakim partiya seçkinin keçirilməsini ilk növbədə əhali üçün təklif edir ki, insanlar bundan sonra necə yaşamağa hazırlaşdıqlarını və nəyi düzgün hesab etdiklərini başa düşsünlər: "Müxalifət razı deyilsə, deməli, bu seçkidə məğlub olacağını əvvəlcədən bilir. O zaman bu seçkilərin göstərdiyim tezisə görə nə qədər lazım olacağına iqtidar partiyası qərar verəcək". Onun sözlərinə görə, hakim komandanın növbədənkənar seçkilər keçirmək istəməsi, müxalifətin isə bundan kənar olması paradoksal vəziyyət yaranıb. Simonyan müxalifəti əsas problem adlandırıb: “Çünki o, xalqı təmsil etmir, hansısa keçmiş məmurların maraqlarını təmsil edir, deməli, o yoxdur, bir neçə iri oyunçu var”. Onun sözlərinə görə, xalqın nə iqtidarda, nə də müxalifətdə elə də çox seçimi yoxdur: “Bundan əlavə, mövcud hökuməti sevməyən vətəndaşlar, hələ də "ən azı köhnələr deyil" məntiqi ilə ona üstünlük verir”. Ermənistanın “Aykakan Jamanak” qəzeti isə yazır ki, müxalifətə xalq arasında istənilən dəstək yoxdur. Bu dəstəyin qazanılmasına müxalifət xüsusi cəhd etsə də nəticə yoxdur. Bununla belə, artıq müxalif düşərgədə erkən seçkilərə meyl də artır. Bu məsələ, xüsusən “Qarabağ klanı”nın maraq dairəsindədir. Hətta o da məlum olub ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan erkən seçki keçiriləcəyi təqdirdə burada iştirak edəcək. O, “Hayeli.am”, “Politik.am” və “Yerevan.today” onlayn resurslarına verdiyi müsahibəsində seçkilərdə qalib gələcəyinə əminliyini də ifadə edib. Bildirib ki, müxalifət siyasi mübarizə yolu seçib, amma bir müddət sonra proseslər gedişatı dəyişə bilər: “Ermənistanda etiraz fəallığı bu yaz arta bilər. Hakimiyyət müxalifətin əvvəldən siyasi mübarizə metodlarını seçdiyinə sevinməlidir. Siyasi proseslərə ümid ölsə, bütün proses başqa bir kanala çevriləcək. Ermənistan cəmiyyətində 200-300 min insan kökündən silinib. İkinci inqilab ölkə üçün problemli olacaq. Ancaq hakimiyyət dəyişikliyinə gedən siyasi yol ümidi tükənsə, yazda insanlar yenidən küçələrə axışacaq və etiraz dalğası əvvəlkindən daha güclü olacaq”. Sabiq dövlət başçısının nöqteyi-nəzərindən, indiki vəziyyətdə seçkiləri təşkil etmək olduqca təhlükəlidir. Buna baxmayaraq, səlahiyyətlilər bunu anlamırsa və həyata keçirilməsində israr edirsə, müxalifət gücün yenidən diktatorluğunun qarşısını almaq üçün bunlarda iştirak etməlidir. Köçəryanın müsahibəsində səsləndiridiyi fikirlərdən belə bəlli olur ki, o, Rusiyanın dəstəyinə də ümid edir. Bu səbəbdən də Paşinyanın Qarabağ siyasətini sərt tənqid edir: “Ermənistan strateji müttəfiq olan Rusiyanın bir protektoratına çevrildi. Taleyin ironiyası budur ki, bütün bu proses respublikada bir Rusiya hərbi bazasının olmasına etiraz edən insanlar tərəfindən edildi”.

Köçəryan 44 günlük müharibədə Rusiyanın roluna da xüsusi toxunub: “Zəngəzuru itirmədiyimizə görə Rusiyaya minnətdar olmalıyıq. Lakin vəziyyət həmişə belə olmayıb. 90-cı illərdə bölgədə ən çox döyüşə hazır olan Ermənistan ordusu idi. İrəvan və Moskva bərabər müttəfiqlər sırasındaydı. İndi isə o qədər zəifik ki, hər hansı bir qonşu dövlət ölkəmizi işğal edə bilər”. Onun sözlərinə görə, Ermənistan strateji müttəfiqlikdən Rusiyanın bir protektoratına çevrildi və bunu düşünmək belə dəhşətdir. Maraqlıdır ki, artıq kilsə də siyasi proseslərdə müxalifətin yanında yer alır. Bunu bütün ermənilərin katolikosu ikinci Qareginin açıqlamaları da təsdiq edir: “Erməni dövlətçiliyini itirmək təhlükəsi həmişə var”. Qaregin deyib ki, Ermənistan heç vaxt belə ağır duruma düşməyib. Nikol Paşinyanın istefası tələbinin qüvvədə olduğunu vurğulayan katolikos bildirib: “Bizim məsələyə yanaşmamızda dəyişiklik yoxdur”. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum siyasi quruluşlardan üstün təşkilatdır: “Ümumerməni kilsəsinin baxışları siyasi qüvvələrdən birinin mövqeyi ilə üst-üstə düşürsə, bu bizim tərəflərdən birini müdafiə etməmiz demək deyil”.

Nahid SALAYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ