çərşənbə günü, 07 oktyabr 2026
     

1. Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Image


Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra Azərbaycan Ermənistanla kommunikasiyaların açılmasında maraqlı olduğunu ən yüksək səviyyədə bəyan edib. Ermənistanda müəyyən qüvvələr bunun əleyhinə çıxsalar da, artıq reallıq onların da Azərbaycanın təklifləri ilə razılaşmaqdan başqa yolunun qalmadığını göstərir. Elə Ermənistan daxilində baş verənlərin təhlili də qeyd edilənlərin real təsdiqi qismində çıxış edir.

Bakının şərtləri tam reallığı əks etdirir

Azərbaycan Ermənistanla Rusiyanın vasitəçiliyi ilə əldə edilən sülh razılaşmasının bütün bəndlər üzrə icrasının vacib əhəmiyyət kəsb etdiyini daim diqqət mərkəzinə gətirir. Bakı bu istiqamətdə praktik addımların da mümkün qədər tez atılmasını vacib hesab edir. Ermənistanın üzləşdiyi mövcud reallıq da İrəvanın müvafiq razılıqlara əməl etməkdən başqa çıxış yolunun olmadığını təsdiq edir. Bunu rus ekspert Andrey Petrov da xüsusi olaraq vurğulayır: “Ermənistanda Nikol Paşinyan hər şeydən əvvəl hakimiyyətdə qalmaq məqsədini güdür. Əgər əvvəllər Azərbaycanla qarşıdurmaya təhrik etmək və müharibə yaratmaq onun üçün faydalı görünürdüsə, bu gün Ermənistanı hərbi yoldan dinc bir yola köçürmək proqramını öz mövqeyini qorumağın ən yaxşı yolu hesab edir. Erməni cəmiyyətindəki qəzəb mərhələsi sona çatdı. Artıq erməni ekstremizminin tərəfdarlarının insanları Robert Köçəryan və Serj Sarkisyan tərəfindən irəli sürülən mənasız millətçi və münaqişə fikirlərindən imtinaya dəvət etməyin vaxtı gəldi. Paşinyan Ermənistan vətəndaşları arasında baş verən bütün pis şeylərin sələfləri tərəfindən bomba kimi ortaya atıldığını dərk edir, başa düşür”. Ekspert onu da qeyd edir ki, Paşinyan indi vətəndaşlara müxalif siyasətçilərin hər kəsi aldatdıqlarını göstərir: “Bunun üçün  o, millətçi təbliğata faktlarla qarşı çıxmağa başlayıb. Cəmiyyətin bir hissəsi, əlbəttə ki, məlum həqiqətləri dilə gətirdiyi üçün ona inanmağa davam edəcək”.

Burada xatırlatmaq yerinə düşərdi ki, Ermənistan müxalifəti məlum 10 noyabr üçtərəfli razılaşmasından sonra Nikol Paşinyana satqın damğası vurub onu hakimiyyətdən uzaqlaşdırmaq üçün birləşsə də, hələ ki, heç bir nəticəyə nail ola bilməyib. Paşinyan hakimiyyətini qoruyub saxlamaqda davam edir və politoloqların fikrincə, hələ Ermənistanda onu istefaya məcbur edə biləcək qüvvə mövcud deyil. Bu səbəbdəndir ki, Paşinyan 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsini müxalifətə təklif edib. Lakin müxalifət seçkilərin ancaq Paşinyanın istefasından sonra mümkün ola biləcəyini deyir. Bunu da Paşinyan qəbul etmir. İrəvandakı Qafqaz İnstitutunun rəhbəri, politoloq Aleksandr İsgəndəryan “Kavkazskiy uzel” portalına açıqlamasında qeyd edir ki, hipotetik növbədənkənar seçkilər məsələsində müxalifət daxilində kəskin fikir ayrılıqları mövcuddur və bu da təəcüblü deyil. Çünki ölkədə dərin siyasi böhran hökm sürür. Onun fikrincə, hakim “Mənim addımım” blokundan başqa digər siyasi qüvvələr ancaq neqativ məqamlar ətrafında birləşib: “Onlar vahid proqram ətrafında yox, Paşinyana qarşı birləşiblər. Ona görə də müxalifət koalisiyasının daxilində Ermənistan üçün tipik olan rəqabət meydana çıxır. Serj Sarkisyan Nikol Paşinyana indiki baş nazirə sərf edən konstitusiya və “Seçkilər haqqında qanun” qoyub gedib. Bu konstitusiya və qanun hakim qüvvənin maraqlarına xidmət edir. Əgər hansısa qüvvə hansısa formada hakimiyyətə gəlsə və parlamentdə çoxluğa malikdirsə, o zaman hüquqi yollarla bu hökuməti kənarlaşdırmaq praktiki olaraq mümkün deyil”. Politoloqun fikrincə, müxalifət başa düşür ki, əgər sabah növbədənkənar seçkilər olsa, onu udacaqları sual altındadır. İsgəndəryan qeyd edir ki, güclü küçə etirazlarını təşkil edə bilməyən zəif müxalifət hakim qüvvəyə seçkiləri keçirməməyin mümkünlüyü haqda mesaj verir. Ona görə də Paşinyan ya seçkiləri keçirmək istəmir, ya da elə indi keçirmək istəyir ki, orada haradasa 40 faiz səs yığsın və bundan sonra hakimiyyətdə qalan üç ilini də legitimləşdirsin. Ekspert qeyd edir ki, müxalifət 10 noyabr razılaşmasından dərhal sonra küçə etirazlarına başlamaqla mürəkkəb vəziyyətə düşdü, çünki bu etirazlar gözlənildiyi kimi izdihamlı alınmadı: “Mən bunu görmürəm ki, Paşinyan istefaya getməyə hazırlaşır. Və mən bunun üçün səbəb də görmürəm. İstefaya getmirlər, istefaya məcbur olurlar. Onu istefaya getməyə məcbur edəcək heç bir qüvvə mövcud deyil, hazırda mən bunu görmürəm. Paşinyanı dəstəkləyənlər əhalinin siyasi çaxnaşmalardan yorulmuş hissəsidir. Ermənistan sakinləri ikinci inqilab istəmirlər, birinci inqilabın nəticələri göz önündədir. Paşinyanın qatı əleyhdarları isə sadəcə olaraq onu devirmək üçün yetərsizdir”. Məhz bu durumda hesab edilir ki, Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsi artıq məcburidir və nəzərə alınmalıdır ki, bu şərtlər reallığı əks etdirir.

Azərbaycanın təklifləri bütün regionun xeyrinədir

Baş verənlərlə bağlı Rusiyanın “Lenta.ru” portalı da yazır ki, əslində, Azərbaycanla əməkdaşlıq Ermənistanın xilası deməkdir: “Azərbaycan hakimiyyəti son Qarabağ müharibəsinin nəticələrini qələbə kimi qiymətləndirir və bu səbəbdən nəqliyyat əlaqələrinin açılmasını hər şəkildə alqışlayır. Bakı bunun bölgənin beş dövlətinə - Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və İrana birdəfəlik fayda verəcəyini vurğulayır, çünki onların dəmir yollarını birləşdirəcək. Ermənistan hələlik bu təkliflərə daha ehtiyatlı reaksiya göstərir. Bununla belə, Paşinyan nəqliyyat əlaqələrinin bərpasının Ermənistanın blokadadan çıxarılmasına xidmət etdiyini də başa düşür. O,  əldə olunan razılaşmaların həqiqətən bölgəyə fayda gətirəcəyini və regionun iqtisadi mənzərəsini dəyişdirə biləcəyini etiraf edir. Ekspert Aleksandr Krılov da bizimlə söhbətində nəqliyyat marşrutlarının Ermənistanın blokadadan çıxarılmasının mühüm yolu olduğunu, bunun ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün əsas ola biləcəyini qeyd edir. Xəritəyə də diqqətlə baxsanız, yeni magistral yolların Ermənistan üçün daha vacib olduğunu görə bilərsiniz.

Azərbaycan bu gün Ermənistandan başqa digər bütün qonşuları, yəni  Rusiya, İran, Gürcüstan və Türkiyə ilə dəmir yolu əlaqəsinə malikdir. İndi Ermənistan da Azərbaycan vasitəsilə belə əlaqələrə malik ola bilər. Bu səbəbdən Emənistan üçün kommunikasiyaların bərpası mühümdür”. Portal yazır ki, regional inkişaf və təhlükəsizlik üçün nəqliyyat və kommunikasiya infrastrukturunun qurulması vacibdir. Çünki bundan sonra region dövlətlərinin hər biri nəqliyyat dəhlizlərinin və arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaq. Eləcə də 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvanla əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Həmçinin, Azərbaycan ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək. Portal qeyd edir ki, Azərbaycan Rusiya, Türkiyə, İran və Ermənistanın Naxçıvan dəhlizindən istifadəsində heç bir problem görmür. Deməli, bütün bu təkliflər həm də bütün region üçün vacibdir.

Revanş çağırışları Ermənistana baha başa gələcək

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Ermənistanın da daxil olduğu regional əməkdaşlığın qurulmasında maraqlıdır. Amma Ermənistan cəmiyyətində belə dəstək ala bilməyən bəzi qüvvələr buna qarşıdır. Belələri Azərbaycana qarşı reallıqdan uzaq fikir səsləndirir, bunun üçün daha güclü olmaq, ultramodern silahlar əldə etmək, mütəşəkkil bir ordu qurmaqdan dəm vururlar. Lakin Rusiya Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin bunu mümkünsüz sayır. O, Ermənistanda revanşist hisslərin mövcudluğunun təbii olduğunu bildirib: “Bakı qanuni olaraq Azərbaycana məxsus olan Qarabağın qaytarılması üçün 26 il gözləyib. Ermənistanda isə bu əraziləri özlərinki hesab edirlər. Deməli, siyasi baxımdan İrəvanda bəzilərinin verdiyi açıqlamalar bəlkə də təəccüb doğurmamalıdır”. Amma onun sözlərinə görə, hərbi komponentə gəlincə, Ermənistan hədəflərinə çatmaq üçün Azərbaycandan güclü olmalıdır: “Ancaq buna necə nail olmaq olar, bilmirəm. Fikrimcə, bu, Azərbaycanın Ermənistandan daha çox resursa sahib olmasına, həmçinin iqtisadi vəziyyətinin daha güclü olmasına görə real deyil. Bakı hərbi baxımdan da İrəvandan əhəmiyyətli dərəcədə üstündür. Ən əsası isə, müharibənin nəticələrinə görə Azərbaycan əvvəlkindən də güclü oldu. Bu səbəbdən Ermənistanın Azərbaycanı necə ötüb keçə biləcəyini heç anlamıram. Bunu Ermənistanda da bilmirlər. Bu səbəbdən yaxşı olar ki, Azərbaycanla razılaşsınlar”.

Qeyd edilən mövqe erməni ekspert Qrant Xaçatryan tərəfindən də bölüşülür.
Xaçatryan qeyd edib ki, baş verənlərə tamamilə fərqli bir səviyyədən baxmaq və müvafiq addımlar atmaq lazımdır: “Başqalarından nə istədiyimizi özümüz bilmədiyimiz təqdirdə Qarabağ məsələsində hər hansı ölkə bizə tərəfdaş olmağa borclu deyil. Bu səbəbdən Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətimiz artır”. Bütün bunlar Qarabağ məsələsində Azərbaycanın qalıcı qələbə qazandığını bir daha təsdiq edir. Ermənistanın Azərbaycanın dedikləri ilə razılaşmaqdan başqa yolu yoxdur və əks mövqedən çıxış edənləri, o cümlədən də revanşistləri daha sərt zərbələr gözləyir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ