Cümə axşamı günü, 08 oktyabr 2026
     

ABŞ-ın Çin uyğurlarını genosid qurbanları kimi tanıması böyük beynəlxalq hadisədir

Image


Dünya uyğurların haqq səsini eşitməyə başlayıb. Belə ki, ABŞ Dövlət Departamenti Çinin Uyğur müsəlmanlarına qarşı yeritdiyi siyasəti "soyqırım" və "insanlığa qarşı törədilmiş cinayət" elan edib. ABŞ rəsmiləri Çinin Sintszyan-Uyğur muxtar rayonunda uyğurlara qarşı siyasətini “soyqırım” və “insanlığa qarşı cinayət” sayırlar.

Bu açıqlama ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo çıxış edib. “Mövcud faktları diqqətlə araşdırandan sonra belə qənaətə gəldim ki, azı 2017-ci ilin martından Çin (ÇXR) Sintszyanda insanlıq əleyhinə cinayətlər törədib. Bundan başqa, ÇXR-in orada soyqırımı həyata keçirdiyi nəticəsinə gəldim”, - deyə M.Pompeo bildirib. Amerikanın dövlət katibi növbəti dəfə Çinin uyğurlara qarşı siyasətini "insanlığa qarşı cinayət" və "soyqırım" adlandırıb.

ABŞ-ın Çinin uyğur türklərinə, eləcə də qazax, qırğız və digər müsəlman azlıqlara qarşı siyasətini insanlığa qarşı cinayət və soyqırım kimi tanımasının əhəmiyyətini mətbuata şərh edən politoloqlar qeyd edirlər ki, bu, Donald Tramp administrasiyasının yol üstündə olduğu bir zamanda verdiyi çox önəmli qərar kimi qiymətləndirilməlidir. Bu baxımdan, Trampın son qərarının nələrə səbəb olacağı nüfuzlu araşdırma mərkəzlərinin müzakirə mövzusuna çevrilib.

Politoloqlar hesab edirlər ki, bu qərar uyğurlara qarşı Çin tərəfindən törədilən soyqırımın beynəlxalq aləmdə tanıdılması və qəbul edilməsi deməkdir. Bunu mühüm hadisə sayan ekspertlərin fikrincə, bu, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və insanlıq əleyhinə cinayətlərin də beynəlxalq aləmdə tanınmasına perspektivlər açır.

Ekspertlər vurğulayırlar ki, Çinin müsəlman uyğurlara qarşı diskriminasiya siyasətinin ABŞ tərəfindən tanınmasından sonra dünyada rəsmi Pekinə qarşı münasibət dəyişəcək və ona sanksiyalar tətbiq olunacaq.

Tarixçilər qeyd edirlər ki, çinlilərlə müsəlman uyğurlar arasında münaqişənin min ildən artıq tarixi var. Onlar hesab edirlər ki, müsəlman uyğurlar Uyğurstan və ya Şərqi Türküstan adlanan bu ərazilərdə dəfələrlə dövlət qurublar və indi də öz dövlətlərini yaratmaq uğrunda mübarizə aparırlar.

  • Elxan Şahinoğlu: “Tramp administrasiyası hakimiyyətdən getsə də, son günündə Çinə qarşı sanksiyanı sərtləşdirdi”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, rəhbərlik etdiyi qurum son 5-6 ayda xeyli sayda material yayımlayıb. E.Şahinoğlunun qeyd etdiyinə görə,  artıq Böyük Britaniya da Çin rəsmilərinə qarşı sanksiya tətbiq etmək barədə qərar verib və o şirkətlər sanksiyalar altında olacaq ki, onlar uyğurların toplaşdığı əmək düşərgələrinin zəhmətindən “bəhrələnirlər”. “Eynilə də ABŞ son aylar Çinə qarşı sanksiyaları sərtləşdirir. Tramp administrasiyası hakimiyyətdən getsə də, son günündə Çinə qarşı sanksiyanı sərtləşdirdi. Həqiqətən də Çində uyğurlarla bağlı problem həll olunmur, onlar əmək düşərgələrində zorla saxlanılır, “tərbiyələndirilir” və onlara hərəkət məhdudiyyəti qoyulur. Bu da Qərb ölkələrində böyük narahatlıq və narazılıq yaradır. Çinə Qərbdəki insan haqları təşkilatları təzyiq edirlər. Baxmayaraq ki, Çin böyük dövlətdir, iqtisadi imkanları genişdir və Qərb ölkələri Çinlə iqtisadi əməkdaşlıqda maraqlıdırlar, amma insan haqlarının pozulmasına göz yummaq olmaz. Ona görə də Amerika buna göz yummayıb və sanksiyaları sərtləşdirir. Avropa İttifaqı bir az məsələyə ehtiyatlı yanaşır. Çünki Çin əsas iqtisadi tərəfdaşlarındandır. Amma onlar da uyğur məsələsində qəti mövqe ortaya qoyurlar ki, Çində uyğurlar incidilməməli, əmək düşərgələri olmamalı və onların haqları tanınmalıdır. Böyük Britaniya da artıq Avropa İttifaqının üzvü deyil, ona görə də Çinə qarşı sərbəst sanksiya tətbiq edə bilər. Böyük Britaniya Avropa İttifaqının tərkib hissəsi olsaydı, Çinlə bağlı Brüsselin siyasətinə tabe olmaq məcburiyyətində qalardı. Amma artıq Böyük Britaniya Avropa İttifaqının üzvü deyil, Çinlə bağlı istənilən siyasəti yürüdə bilər. Böyük Britaniya bununla göstərir ki, Çinlə iqtisadi əməkdaşlıqda maraqlı olsa da, insan haqlarının pozulmasına göz yuma bilməz. Çin arxayın idi ki, bir çox dövlət iqtisadi əməkdaşlıq məsələsində ondan asılıdır, ona görə də uyğurların başına nə oyun gətirsə, bu dövlətlər ona göz yumacaqlar, ancaq o dövlətlər göz yummadılar”.

E.Şahinoğlunun fikrincə, maraqlıdır ki, Çin bu sanksiyalardan, münasibətlərdən nəticə çıxarıb siyasətini dəyişmir, əmək düşərgələrinin fəaliyyətinə son qoymur: “Əksinə, bu əmək düşərgələrinin fəaliyyətini davam etdirir, uyğurları zorla orada saxlayırlar, müxtəlif ölkələrdə yaşayan uyğurlar da buna etirazlarını bildirirlər. Çində təkcə uyğurlar deyil, digər milli azlıqlar, qazaxlar, qırğızlar da təzyiqlərlə üzləşirlər. Artıq bu məsələlər Qazaxıstanda narazılıq doğurur, Çinin Qazaxıstandakı səfirliyinin qarşında qazaxların, qırğızların və uyğurların sıxışdırılması əleyhinə ara-sıra etiraz nümayişləri baş verir” - deyə politoloq vurğuladı.

  • Azər Həsrət: “Əslinə qalanda ABŞ-ın bu addımı uyğurları müdafiə etmək istəyindən deyil, Çinə əlavə basqı əldə etmək məqsədindən irəli gəlir”

İllərdir bu prosesi yaxından izləyən siyasi şərhçi Azər Həsrət də baki-xeber.com-a şərhində qeyd etdi ki, Çində uyğurlara qarşı yürüdülən dövlət siyasəti həqiqətən də çox dəhşətli, acınacaqlı, insanlığa zidd bir siyasətdir: “Əslinə qalanda söhbət müsəlmanlardan getmir. Çinin islamla, müsəlmanlarla heç bir davası yoxdur. Sadəcə olaraq, islam Çin üçün bir bəhanədir. Əslində, Çinin davası türklərlədir. Tarixdən bilindiyi kimi, uyğurlar qədim türk xalqıdır, türklüyün beşiyi məhz doğu Türküstanda, Çinin Sintszyan əyalətindədir. Ora insanlığın, bəşəriyyətin tarixinin çox qədim dövrlərinə işıq tuta biləcək bir məkandır. Hətta dünya alimləri araşdırıblar və məlum olub ki, Misir piramidalarından öncə məhz doğu Türküstanda piramidalar tikilib. Təbii ki, o torpaqlar tarixin ilk dönəmlərindən türk torpaqları olduqlarına görə piramidaları da türklərin tikdiyinə inanmalıyıq. Çin dövləti həmin piramidaların üstlərini qumla basdıraraq onları dünyaya göstərməkdən çəkinir. Hətta Doğu Türküstana səfər edən xaricilərə konkret istiqamətlərdə məkanlara səfər etmək yasaqdır. Doğu Türküstanda elə kəndlər, elə yaşayış məntəqələri var ki, ora xarici ölkələrdən kiminsə ayaq basmasına icazə verilmir, həm də piramidaları kiminsə görməsinə imkan yaradılmır. Bütün bunlar onunla bağlıdır. Çin dövləti türk millətinə qarşı, sadəcə olaraq, insanlığa zidd bir siyasət yürüdür. Yəni qədim çinlilər bir zamanlar türklərin qorxusundan 7 min kilometr uzunluğunda bir divar hörməyə məcbur qalmışlar. Həmin divarı hörməklərinə səbəb də türklərlə bacara bilməmələri idi. Məhz bunun  açısını çıxarmaq üçün uzun illərdir Doğu Türküstandakı soydaşlarımıza qarşı soyqırım siyasəti yürüdülür. Bunu islam ilə bağlayıb, dünyanın, xüsusilə də xristian Qərbin diqqətini yayındırmağa çalışırlar. Amma, qeyd etdiyim kimi, bunun islamla heç bir əlaqəsi yoxdur. Çinin yürütdüyü siyasət türk millətinə qarşı siyasətdir və bu siyasətin altında günü bu gün 20 milyondan çox uyğur soydaşımız inləməkdədir. Onların ailələrini pərən-pərən salırlar, uyğur ailələrindəki oğlan və qızları götürərək Çinin başqa şəhərlərinə işləmək adı ilə aparır, sonra da ailələri ilə əlaqələrini kəsirlər. İnsanlığa yaraşmayan tərzdə çinliləri gətirib uyğur ailələrinin içində məcburi yaşadırlar. Özü də qadınlardan ibarət uyğur ailələrinin içərisinə gətirib çinli bir kişini salırlar ki, millətlər, ailələr bir-birinə “inteqrasiya” olunsun. Təbii ki, bunun da çox acınacaqlı nəticələri var. Düşünürəm ki, Türk dünyası, türk dövlətlərini birləşdirən Türk Şurası bu məsələyə biganə qalmamalıdır. Biz mümkün olan bütün platformalarda səsimizi qaldırmalıyıq.

ABŞ Dövlət Departamentinin qərarına gəlincə, əlbəttə, Amerika dünyada insan haqlarının qorunması ilə məşğul olan bir dövlətdir. Amma təəssüflər olsun ki, bu davranışlar daha çox ABŞ-ın öz maraqlarına söykənir. Əslinə qalanda ABŞ-ın bu addımı uyğurları müdafiə etmək istəyindən deyil, Çinə əlavə basqı əldə etmək məqsədindən irəli gəlir. Biz əmin olsaydıq ki, ABŞ doğrudan da uyğurları, türkləri düşünür, o zaman onun səmimiyyətinə inanardıq. Adicə bir misal. Azərbaycanın illərdir erməni hərbi təcavüzündən çəkdiyi zülmə ABŞ tamam fərqli yanaşırdı. Elə olsaydı və ABŞ həqiqətən də ədalət tərəfdarı olsaydı, zamanında Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb edərdi. Amma biz bunu heç vaxt eşitmədik” - deyə A.Həsrət vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ