20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri

img

20 Yanvar şəhidləri müstəqilliyimiz yolunda öz canlarını qurban veriblər. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib.

O deyib ki, 44 günlük Vətən müharibəsi dövründə xalqımızın birliyi dəmir yumruğa çevrildi və şəhidlərimizin qisası alındı: "Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazandı. Bu qələbənin qədrini bilməliyik".

Şeyxülislam qeyd edib ki, 20 Yanvar qırğınının baiskarları, o cümlədən Mixail Qorbaçov cəzasını almalıdır:

"Mixail Qorbaçov bu yaxınlarda açıqlama verdi, ikitərəfli danışdı".

Son xəbərlər