Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Xoşagəlməz faktların çoxu nəzarətsizlikdən baş verir - Prezident məmur-cəmiyyət münasibətlərinə yenidən qayıtdı...

Image

“Əfsuslar olsun ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən, su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin...”

Bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma və “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Bildiyimiz kimi, bəzi səlahiyyətli məmurlar öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmir, fəaliyyətlərində ədalətsizliyə yol verirlər. Əlbəttə, bunun da başlıca səbəblərindən biri nəzarətin, daha dəqiq desək, ictimai nəzarətin ya olmaması, ya da zəif təşkil edilməsidir.

  • “Yerli və mərkəzi icra hakimiyyətlərində qeyri-hökumət təşkilatlarının,vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunmalıdırlar

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısının yenidən məmur-cəmiyyət münasibətləri məsələsini vurğulaması, baş verən bu neqativ halların nəzarətsizlik ucbatından olduğunu deməsi ictimai nəzarətin gücləndirilməli olduğunu bir daha gündəmə gətirir. Müsahibimiz qeyd etdi ki, çox zaman dövlət qurumlarında yaradılan ictimai şuralar öz nəzarətetmə funksiyasını normal şəkildə yerinə yetirə bilmir, bu üzdən də sözgedən sahələrə bəzi məmurların ədalətsiz yanaşması müşahidə edilir. R.Zeyni hesab edir ki, ictimai şuraların fəaliyyəti gücləndirilməlidir, əgər ictimai nəzarət formallıqdan əməli işə keçsə, bu problemlər aradan qalxa bilər: “Cənab Prezidentin vurğuladığı məsələ onu deməyə əsas verir ki, ölkəmizdə məmurların fəaliyyətinə ictimai nəzarət zəifdir və bu iş gücləndirilməlidir. Bilirsiniz ki, cənab Prezident hər zaman vətəndaş cəmiyyətinin fəaliyyətinin genişləndirilməsi, şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar cəmiyyətə çağırışlar edib, mesajlar verib. Bu çağırışlar tam məntiqidir. Çünki biz nə qədər inkişaf etsək də, məmur nə qədər ədalətli olsa da, yenə də ictimai nəzarətə böyük ehtiyac var. Bu, dəfələrlə ölkə başçısının cəmiyyətə çağırışlarında vurğulanıb. Birmənalı şəkildə vətəndaş cəmiyyətinin ictimai nəzarəti bütün sahələrdə təmin etməsi çox vacibdir. Biz də ölkə başçısının çağırışlarına uyğun olaraq, bütün məqamlarda məhz şəffaflığın artırılması, açıq hökumətin təşviqi, rəqəmsal hökumətin yaranması, rəqəmsal idarəetmənin tətbiq edilməsi və eyni zamanda, sosial ictimai nəzarətin gücləndirilməsi ilə bağlı məsələni həmişə gündəmdə saxlamışıq, qanunun tələblərinin yerinə yetirilməsini tələb etmişik”.

R.Zeyni bildirdi ki, “İctimai iştirakçılıq haqqında” Qanun 2014-cü il iyunun 1-dən qüvvəyə minib və bununla əlaqədar olaraq bütün yerli və mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarət mexanizmi qanunun tələblərinə uyğun olaraq yerinə yetirilməlidir: “Yerli və mərkəzi icra hakimiyyətlərində qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunmalıdırlar, onların fəaliyyəti real şəkildə təmin edilməlidir ki, məmur özbaşnalığına son qoyulsun. Məmur özbaşnalığına son qoyulmalıdır ki, hər hansı bir idarə və müəssisədə ədalətsizlik baş verməsin, kim necə istəyirsə, o cür hərəkət etməsin, qanunun tələblərinə, həmin idarələrin konsepsiyasına, dövlətimizin inkişafına uyğun hərəkət etsin. Bu çox vacibdir. Ona görə də biz də cənab Prezidentin çağırışlarını bir daha dəstəklədiyimizi bildiririk. Bilirsiniz ki, Prezidentin köməkçisi Hikmət Hacıyev bu yaxınlarda bilavasitə yerli və mərkəzi icra hakimiyyətində ictimai şuralara birbaşa məsuliyyət daşıyan şəxslərlə toplantı keçirdi, bir daha bu məsələnin aktual və vacib olduğunu gündəmə gətirdi. 11 dövlət qurumunda ictimai şura olsa da, qalanlarında yoxdur. Məndə olan məlumata görə, ictimai şura olmayan qurumlar da qanunun tələblərinə uyğun olaraq ictimai şuraların yaradılmasına başlayıblar. Amma bir məsələni qeyd etmək istəyirəm, ictimai şuraları görüntü naminə yaratmaq lazım deyil, bu şuranı faktiki yaratmaq lazımdır və fəaliyyət göstərən, cəmiyyətə xeyir verə bilən şura yaratmaq gərəkdir. Yox ki, yaratdılar və yaratdıqlarına dair məruzə etdilər. İş bununla bitmir. İctimai şuralar var, onlar fəaliyyət göstərirlər, lakin biz onların fəaliyyətindən razı deyilik. Çünki fəaliyyət göstərməklə görüntü yaratmaq fərqli məsələlərdir”.

İradə SARIYEVA    



VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910