İlham Əliyevin Ermənistan ordusunda bir il əvvəl 10 min fərari barədə dediyini Paşinyanın partiyası indi etiraf edir…

Əli Orucov: “Ermənilər qədər qorxaq ikinci millət təsəvvür etmək çətindir”

img

Hələ ötən ilin noyabr ayında Prezident İlham Əliyev xalqa müraciətində Ermənistan ordusunda fərarilik edənlərin sayının 10 mindən çox olduğunu diqqətə çatdırmışdı.

Prezidentin fikrincə, bütün bunlar hansı tərəfin yenilməz olduğunu ortaya qoyur: “Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi”.

İlk vaxtlar erməni tərəfi bunu danmağa çalışdı ki, guya bu rəqəm doğru deyil. Guya Azərbaycan Ermənistanda fərarilərlə bağlı rəqəmləri şişirdir. Ancaq artıq hakim "Mənim addımım" fraksiyası 10 mindən çox fərarinin olduğunu rəsmən etiraf edib. Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyasının üzvü Andranik Koçaryan jurnalistlərə açıqlamasında deyib ki, ölkədə fərarilərin sayı 10 mindən çoxdur: “Bizim 10 mindən çox axtarışda olan vətəndaşımız var ki, onlar xidmətdən yayınıblar”.

Göründüyü kimi, Ermənistanda 10 mindən çox fərarinin olmasını ölkə rəsmi olaraq indi etiraf edir. Əslində isə bu problem hər zaman erməni cəmiyyətində mövcud olub. 44 günlük müharibə dövründə isə daha da kütləviləşdi.

  • “Döyüşlər zamanı Ermənistanda koronavirusa yoluxmaq adı ilə rüşvət verib arayış alanların sayı artdı”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Ermənistanda fərarilik problemi hər zaman olub: “Baxmayaraq ki, Ermənistan Birinci Qarabağ müharibəsində qalib gəlmişdi, amma erməni valideyinlər istəmirdilər övladları Qarabağda xidmət etsin. Azərbaycan gücləndikcə belə hallar artdı. Çünki erməni əsgərlər həm atəşkəs pozulan vaxt məhv edilirdi, həm də “dedovşina”ya məruz qalaraq öldürülürdü. 2016-cı ildə baş verən aprel döyüşlərindən sonra Ermənistanda fərarilik problemi daha da böyüməyə başladı. Eyni zamanda, əsgər valideyinlərinin etirazları əvvəlki illərə baxanda genişləndi. Hətta bu səbəbdən əhali ilə güc strukturları arasında qarşıdurmalar da baş verirdi. İkinci Qarabağ müharibəsi başlayandan sonra isə Ermənistanda ordudan yayınma kütləvi hal almağa başladı. Çünki döyüşlərin elə ilk günlərində işğalçı ordu ciddi itki verməyə başladı. Ermənistan rəsmiləri bununla bağlı məlumatları gizlətsələr də, erməni cəmiyyəti internet resursları üzərindən baş verənləri izləyirdi. Bu zaman anladılar ki, Qarabağa getmək onların ölümü ilə nəticələnəcək. Təsadüfi deyil ki, Ermənistanda koronavirusa yoluxmaq adı ilə rüşvət verib arayış alanların sayı həmin dövrdə artdı. Məqsəd o idi ki, Qarabağa getməkdən yayınsınlar. Başqa bir tərəfdən, mən özüm 1988-ci ilə qədər Ermənistanda yaşamışam. Onlar qədər qorxaq ikinci millət təsəvvür etmək çətindir. Birinci Qarabağ müharibəsində Ermənistanın uğur qazanmasının başlıca səbəbi Rusiya idi. Yəni bu o demək deyildi ki, ermənilər döyüşkəndirlər. Yox, onlar, əslində, it qorxağıdırlar. Sadəcə, Rusiya onlara kömək etdi. Bu dəfə isə tam fərqli situasiya yarandı və Ermənistan Azərbaycanla təkbətək döyüşdə məğlub oldu. O üzdən, 44 günlük müharibə dövründə 10 mindən çox fərarinin olması təəccüblü deyil”.

Partiya funksioneri hesab edir ki, Ermənistan ordusunda mövcud olan neqativ problemlər daim ictimailəşdirilməlidir.

Vidadi ORDAHALLI

Son xəbərlər