Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı

Image


Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıblar.

Trend xəbər verir ki, bəyanatda deyilir:

- Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Azərbaycan dövlətçilyinin bərpası, milli müstəqilliyimiz uğrunda qurban getmiş, Uca Yaradanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara ehtiramımız tükənməz, əbədidir.

20 Yanvar xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzidir. 20 Yanvarda sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi. Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev bütün təqiblərə baxmayaraq doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib SSRİ rəhbərliyinin törətdiyi bu qanlı cinayətə kəskin etirazını bildirdi, onun təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirdi. Şeyxülislam Allahşükür Paşazadə keçmiş SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi ittiham dolu açıq məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi lider və dini rəhbərin qətiyyətli mövqeləri xalqı ruhlandırdı, səfərbər etdi. Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidləri müqəddəs Vətən torpağına tapşırdı. Beləliklə, qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi, milli vəhdət nümunəsi olaraq həkk olundu.

1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyümüzə təhdidlərlə üz-üzə qaldı. Azərbaycanın müdrik lideri Heydər Əliyevin SSRİ Politbürosundan məkr və hiylələrlə uzaqlaşdırılmasından sonra ölkəmizə ərazi iddialarını ortaya qoyan Ermənistan Azərbaycanda mövcud daxili çəkişmə, xaos və siyasi səriştəsizlik mühitindən yararlanaraq 20 faiz torpaqlarımızı işğal etdi. Azərbaycanın taleyi, hətta dövləti varlığı şübhə altında olduğu bir vaxtda xalqın çağırışları ilə ölkə rəhbərliyinə dəvət edilən Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Naxçıvanda qaldıran müdrik dövlət lideri öz siyasi dühası ilə Azərbaycan Respublikasının siyasi, iqtisadi qüdrətini təmin etdi, dövlətimizi beynəlxalq müstəvidə tanıtdı. Ulu Öndər müəllifi olduğu müasir Azərbaycan dövlətçiliyinin gələcək qələbələrinin memarı oldu. Onun siyasi yolunun davamçısı, millət, dövlət naminə ata vəsiyyətinə əməl edərək Azərbaycan xalqının ən ülvi arzusunu yerinə yetirdi — işğalda olan torpaqlarımızı, Qarabağı, Şuşanı azad edərək xalqımıza qaytardı.

Beynəlxalq hüququ heçə sayan, sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirən və silahlı təxribatlarından əl çəkməyən Ermənistanın 28 il davam edən işğalçılıq siyasətinə Azərbaycan xalqı 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu ədaləti bərpa edərək işğal altında olan ərazilərimizi azad etdi. Torpaqlarımızda Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalandı, Azan səsi ucaldı. Müstəqil Azərbaycan dövləti qəhrəman övladlarının qanı bahasına II Qarabağ savaşının qalibi oldu.

Bu zəfərə gedən yolun bünövrəsi, heç şübhəsiz ki, 20 Yanvarda qoyuldu. 20 Yanvar bizi müstəqilliyə, milli, dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Qarabağ uğrunda müharibənin - I Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdırlar. Şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir. Şəhidlərimizin müqəddəs ruhlarına ən böyük töhfə Qarabağ zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə xalqımız özünün bütün ülvi arzularına yetişəcək, işğaldan azad olunmuş doğma torpaqlarımız gülüstana çevriləcək, inşallah. Şükürlər olsun ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalq, dövlət naminə davamlı səyləri sayəsində ölkəmizin siyasi, iqtisadi qüdrəti daha da artır, beynəlxalq nüfuzu daha da güclənir, mədəni, dini-mənəvi dəyərləri ən yüksək səviyyədə qorunaraq inkişaf etdirilir. Bütün dünya Azərbaycan xalqının tolerantlığının, multikultural dəyərlərə ehtiramının, dövlət başçısı Zati-aliləri İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünyanın bəşəri əhəmiyyətli mədəni-mənəvi irs nümunələrinə və ölkəmizin ərazisindəki bütün dinlərə məxsus abidələrə, məscid, kilsə, sinaqoqlara diqqət və qayğısının əyani şahididir.

Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız vardır. 20 yanvarda, Vətən müharibəsində ölkədəki xristianlar, yəhudilər, digər millət və din mənsubları Azərbaycan xalqı ilə bir cərgədə, mübarizə meydanında çiyin-çiyinə olmuşlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəman Mübarizlərlə bərabər Aqarunovlar, Yakovlevlər, Polovinkolar, Senyuşkinlər kimi yəhudi, rus, ukraynalı və digər millətləri təmsil edən qəhrəman Vətən oğulları ilə fəxr edirik. Şəhidlərimiz bizim qürur mənbəyimiz, Azərbaycan torpağının əziz övladlarıdır. Uca Yaradan bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin! Vətən sağ olsun!

Azərbaycanın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi xalqımız üçün bütün taleyüklü məqamlarda ölkəmizdəki bütün dini konfessiyalarla birlikdə haqq işimizin qələbəsi üçün var qüvvəsi ilə səy göstərmişdir. Din xadimləri gecəli-gündüzlü öz mənəvi missiyalarını, vətəndaşlıq borclarını ən yüksək səviyyədə həyata keçirmiş, dini ayinlərin icrası, şəhidlərimizin dəfni ilə bağlı xalqın, şəhid ailələrinin yanında və xidmətində olmuşlar. Qafqaz Müsəlmanları İdarəsi Vətən müharibəsi günlərində dini konfessiya rəhbərləri ilə birgə dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, nüfuzlü dini mərkəzlərə müraciətlər ünvanlamış, ədalətli mübarizəmizin reallıqlarını, erməni tərəfinin törətdiyi vandal, barbar hərəkətlər barədə məlumatları yaymışdır. Məramımız Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərini işğal etmiş təcavüzkar Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini, BMT-nin 4 qətnaməsini yerinə yetirməməsini və ölkəmizin öz ərazisində, öz torpaqları uğrunda apardığı haqq mücadiləsinin ədalətli səciyyə daşıdığı barədə həqiqətləri ictimailəşdirmək olmuşdur. Təəssüflər olsun ki, bəzən problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşan dünya bilməlidir ki, XX əsrdə ən qanlı terror aktları, insanlığa qarşı ağır cinayətlər sırasında Azərbaycan xalqına qarşı kütləvi terror — Qarabağ münaqişəsi, Xocalı soyqırımı, 20 Yanvar cinayəti də vardır, XXI əsrdə özgənin torpağını işğalda saxlamağa, mədəni, dini-mənəvi dəyərlərini məhv edən, kilsələrin tarixini saxtalaşdıraraq mənimsəməyə cəhd edən, məscidləri tövləyə çevirərək həqarət edən, dinc əhalini qətlə yetirən, şəhərləri viran qoyan, ruhlar məkanına çevirən torpaqlara od vuran irqçi-faşist xislətli erməni ekstremizmi mövcuddur. Dünya öz xalqını sülhə çağırmaq əvəzinə siyasi ambisiyaların ardınca gedən, bəşəri dəyərləri, ilahi çağırışları təlqin etmək əvəzinə bir əlində xaç, bir əlində silah xalqını işğala səsləyən, özgə torpaqlarında ölümə təhrik edən erməni ruhaniliyinin hərəkətlərinə qiymət verməlidir.

Bütün səmavi dinlər insan həyatını Uca Allahın yaratdığı müqəddəs dəyər kimi qiymətləndirir, ədalətə ümidi təlqin edir. Yəhudilikdə insan həyatının xilası önəm kəsb edir ki, bu, məlum on qadağada öz əksini tapmış, qan axıdılmasına yol verməmək bütün bəşər üçün vacib sayılmışdir. Xristianlıq qaranlıq gecədən sonra işıq gələcəyinə ümidi təlqin edir. Uca Yaradan Qurani-Kərimdə buyurur: «İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar həqiqətən nicat tapmış şəxslərdir» (Ali-İmran, 104).

Şəhidlik imanın, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Biz, Qafqaz Müsəlmanları İdarəsinin sədri və ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir, qazilərə Uca Allahdan şəfa diləyirik. Bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşların, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur.

Uca Allah bütün Vətən şəhidlərinə rəhmət eləsin!

Şeyxülislam Allahşükür PAŞAZADƏ

Qafqaz Müsəlmanları İdarəsinin sədri

ALEKSANDR

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu

Melih YEVDAYEV,

Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri

Aleksandr ŞAROVSKİ

Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri

Robert MOBİLİ

Alban-udi xristian dini icmasının sədri

Bəyanat Qafqaz Müsəlmanları İdarəsində 18 yanvar 2021-ci il tarixdə keçirilmiş onlayn konfransda qəbul edilib



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ