Bir sıra erməni rəsmilərinin bəyanatları müəyyən gərginlik yaradır - Lavrov

img

44 günlük müharibədən əvvəl bir sıra erməni rəsmi şəxsləri "yeni müharibə, yeni ərazilər" kimi emosional açıqlamalar verirdi. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, bu fikirlərdən qaçmaq lazım idi: "Bəzi erməni rəsmi şəxslərinin bəyanatları yəqin ki, müəyyən gərginlik yaradır".

Qeyd edək ki, müharibədən əvvəl Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan "yeni ərazilər üçün yeni müharibə" fikrini səsləndirmişdi.

Son xəbərlər