Cümə axşamı günü, 08 oktyabr 2026
     

Erməni diasporu xaricdə parlament yaratmağı gündəmə gətirdi, bu ölkədə dövlətçiliyin taleyinin Azərbaycanın əlində olduğunu düşünənlər var...

Image


Bu gün Azərbaycan hərb müstəvisində dünyanın yenə ən güclü ölkələri sırasında yer almaqda, bu səpkidə mövqelərini daha da gücləndirməkdədir. Bu fonda qeyd edək ki, nüfuzlu “Global Firepower” təşkilatının 2021-ci il üçün dünyanın ən yaxşı orduları ilə bağlı açıqladığı reytinq cədvəli də Azərbaycan ordusunun gücünün artıq beynəlxalq miqyasda etirafının daha bir təsdiqidir. Bu il üçün açıqlanan cədvəldə 138 ölkənin ordusu arasında Azərbaycan 64-cü olub. Qonşu Gürcüstan ordusu 92-ci, Ermənistan ordusu isə 100-cü yerdədir. Beləliklə, ordumuz Ermənistan silahlı qüvvələrindən 36 pillə yüksəkdə qərarlaşıb. Belə vəziyyətdə Azərbaycanın bundan sonra da Ermənistanın Qarabağ məsələsində istənilən addımına sərt cavab verəcəyi qaçılmaz hal sayılır. Xüsusən də söhbət Ermənistandakı revanşist qüvvələrdən gedir. Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə, indi erməni ordusunu nə müxalifət, nə də hökumət dirçəltmək iqtidarındadır.  

Digər tərəfdən, Ermənistan hakimiyyətini xəyanətdə ittiham edən müxalifətin özü də cəmiyyət tərəfindən eyni ittihamla üzləşir. Məsələn, mxalifətin baş nazir postuna vahid namizədi olan Vazgen Manukyan Şirak vilayətinə və Gümrü şəhərinə səfərləri zamanı eyni ittihamlarla qarşılaşıb. Manukyanın olduğu avtomobil karvanının qarşısını kəsən etirazçılar onu Ermənistana xəyanət etməkdə, xarici qüvvələrin əlində oyuncaq olmaqda ittiham ediblər. Vazgen Manukyanın etirazçıları “səfil” və “avara” adlandırması isə Ermənistan cəmiyyətində ciddi etirazlara səbəb olub. Erməni ekspertlər insanların həm hakimiyyətə, həm də müxalifətə olan etimadını itirdiklərini bildirirlər. Onların qənaətinə görə, erməni dövlətçiliyinin taleyi indi Azərbaycanın əlindədir.

Elə ordunun yoxluğundan şikayət edən Vazgen Manukyan da eyni mövqedədir: “Müharibə zamanı hərbçilər ölkə rəhbərinin xəyanət yolu ilə getdiyini görəndə çevriliş etməli idilər”. O bildirib ki, son vaxtlarda Ermənistanda general rütbələri rüşvət predmetinə çevrilib: “Son vaxtlarda general medalları və rütbələri rüşvət kimi bir şeyə çevrilib. Ermənistan ordusunun bərpa olunmasına ən azı 2-3 il vaxt lazımdır, amma bu vaxt ərzində hərbi əməliyyatlara gedəcək axmaq tapılmayacaq. Bəzən deyirlər: əgər Nikol Paşinyan vəzifədən getsə, başqaları gəlsə, müharibə yenidən başlayacaq. Xeyr, belə ordu ilə kim müharibəyə başlayacaq?”. Vazgen Manukyan bildirib ki, Ermənistan orduya malik olmalıdır, bunsuz dövlət ola bilməz. Onun sözlərinə görə, rəsmi İrəvan son zamanlar Rusiya, Çin və İranla bağlı yanlış diplomatik siyasət yürüdüb: "Bütün bunlar ABŞ-ın xoşuna gəlmək üçün hazırlanırdı, bəs biz nəticədə nə əldə etdik? Heç nə, hər şey itirildi, yad oyunun oyuncağı olduq”. Manukyanın sözlərinə görə, Ermənistan Türkiyə ilə dostluq münasibətləri qurmalıdır. Ona görə ki, siyasi riyaziyyat bunu tələb edir. Eləcə də yaddan çıxarmaq lazım deyil ki, liderlərin son Moskva görüşündən sonra Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Buna qarşı çıxan qüvvələr isə Ermənistanı fəlakətə sürükləyir. Bu sırada erməni diasporu da yer alır.

Belə vəziyyətdə o da diqqət çəkir ki, məğlub vəziyyətdən çıxa bilməyən və çöküş sahələri gün keçdikcə artan Ermənistanda çarə ölkə xaricində axtarılır. Hətta diaspor Ermənistan xaricində parlament yaratmağı təklif edir. Bu təklifə artıq Kanadada yaşayan erməni tarixçi, yazıçı Raffi Bedrosyan çıxış edib. Onun sözlərinə görə, yeni parlamentə beş bölgədən erməni icmalarının nümayəndələri daxil olmalıdır: "Avropa, Şimali Amerika, Cənubi Amerika, Yaxın Şərq və Rusiya. Diaspor erməniləri bölgələrindəki namizədlərə səs verməlidirlər. Bundan əlavə, diaspor ermənilərindən hər ay sabit məbləğ, məsələn, gəlirlərinin faizi Ermənistan hökumətinə vergi olaraq ödənilməlidir. Diaspor parlamenti bu vəsaitlərin xərclənməsinə nəzarət etməlidir". Bedrosyan Qarabağdakı 44 günlük müharibənin nəticələrinin dünyanın hər tərəfindəki erməniləri dəhşətə gətirdiyini və şoku daha da artıran nüansın Ermənistan ordusunun "qalib gələcəyik" mesajını verməsi olduğunu qeyd edib: "Diaspor erməniləri həvəslə müharibəyə qatıldı, 1 ayda son 20 ildə toplandığından daha çox pul bağışladı. İndi müharibədə uduzduğumuz üçün diaspor erməniləri tamamilə məyusluq, inam itkisi yaşayır və Ermənistan hökumətinin həm hazırkı, həm də keçmiş liderlərini günahlandırırlar. Ancaq qəzəb dalğası səngiyir və növbəti addımlarımızı düşünməliyik".

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ