Prezident Əliyevin azad rayonlarımıza səfərlərinin iqtisadi, siyasi və strateji dəyəri...

Vüqar Bayramov: “Ali Baş Komandanın işğaldan azad olunmuş ərazilərə səfərləri həm siyasi, həm də iqtisadi əhəmiyyətə malikdir”

img

Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşa şəhərinə səfər etdi. Prezidentin işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri Ermənistanın ürəyinə sancılmış xəncərdir.

Məlumdur ki, ölkə başçısı işğaldan azad edilmiş ərazilərə səfər edir. Prezidentin azad olunmuş bölgələrə səfərinin iqtisadi, siyası və strateji əhəmiyyəti var. Prezident həmin ərazilərdə olarkən siyasi mesajlar verir. Həmçinin, işğaldan azad edilmiş ərazilərin qısa müddət ərzində necə cənnətə dönəcəyini dünyaya bəyan edir.

Səfər zamanı Prezidentin müvafiq struktur layihələri ilə bağlı verdiyi tapşırıqlar onu göstərir ki, azad olunan ərazilər tezliklə ən müasir şəhər və rayonlara çevriləcək. Ölkə başçısının işğaldan azad edilmiş rayonlara səfər etməsi bir daha bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi.

  • “Dövlətimizin gerçəkləşdirdiyi tədbirlər nəticəsində qısa zamanda Şuşaya və digər işğaldan azad olunmuş ərazilərimizə böyük qayıdışımızı həyata keçirə biləcəyik”

Millət vəkili Vüqar Bayramov bildirdi ki, 28 ildən sonra Azərbaycan tarixində xüsusi yerə sahib Şuşa öz doğmalarını qarşılayır: “Ali Baş Komandanın işğaldan azad olunmuş ərazilərə səfərləri həm siyasi, həm də iqtisadi əhəmiyyətə malikdir. Bu istiqamətlərdə atılan addımlar da Qarabağımızın dirçəlməsi istiqamətində mühüm önəm kəsb edir. İnanıram ki, dövlətimizin gerçəkləşdirdiyi tədbirlər nəticəsində qısa zamanda Şuşaya və digər işğaldan azad olunmuş ərazilərimizə böyük qayıdışımızı həyata keçirə biləcəyik. O gün uzaqda deyil!”.

Günel CƏLİLOVA

Son xəbərlər