Cümə axşamı günü, 08 oktyabr 2026
     

Şuşanın dünya şəhərləri ilə əsl qardaşlaşma prosesi indi başlana bilər - ermənilərin Şuşaya calamaq istədiyi bütün "qardaşlıqlar" tarixin zibilliyinə atıldı

Image


Şuşa işğaldan azad olunub və dövlətçilik, mədəniyyət tariximizdə önəmli rola malik olan bu şəhərimizdə tamamilə yeni həyat başlayır, tikinti, quruculuq-bərpa işlərinə start verilir.

Şuşa bu gün nəinki Azərbaycanın və Cənubi Qafqazın, eləcə də bütün İslam aləminin, bütün Türk dünyasının tarixi mədəni mərkəzlərindən biridir, tarixi şəhərimizin bu istiqamətdə beynəlxalq təbliğatı mütləqdir.

Bilirik ki, 28 illik işğal dövründə düşmən Şuşanı mənimsəmək, özününkü kimi qələmə vermək üçün çox saxtakarlığa, uydurma, süni təbliğat vasitələrinə əl atdı. Hətta Ermənistanın və artıq tarixin zibilliyinə gömülən qondarma rejimin bu təxribatçı təbliğatına bəzi Avropa dövlətləri, xüsusən də Fransa canfəşanlıqla qoşuldu, Şuşanın Fransa şəhərləri ilə süni şəkildə “qardaşlaşdırılması” prosesi həyata keçirildi. Lakin bu proses heç bir tarixi əsası olmadığı üçün, elə kağız üzərində qaldı. Bu barədə Fransa hökumətinin verdiyi qondarma qərarların əksəriyyəti isə məhkəmə yolu ilə ləğv olundu. Bundan başqa, Azərbaycan Ordusunun misilsiz şücaəti, qəhrəmanlığı nəticəsində Şuşa işğaldan azad edildi və bununla da düşmənin bütün yaratdığı qondarma məsələlər, o cümlədən də Şuşanın “erməni şəhəri” kimi təqdim edilməsi və müəyyən ölkələrin şəhərləri ilə “qardaşlaşdırılması” məsələsi tarixin zibilliyinə getdi. Çünki heç bir əsası olmayan qondarma nəsnələrin sonu zibillik, çürüntülər arasıdır.

Bu gün Qarabağ şəhərlərinin əsl qardaşlaşma prosesini başlatmaq lazımdır. Tarixi Azərbaycan şəhəri Şuşanın beynəlxalq qardaşlaşmasında, tanıdılmasında yeni mərhələ başlanmalıdır.

  • “Ermənilərin Şuşanı süni surətdə başqa ölkələrin şəhərləri ilə “qardaşlaşdırması” iflasla nəticələndi”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli baki-xeber.com-a şərhində bildirdi ki, uzun illər ermənilər Şuşanı zorla erməniləşdirmək, Ermənistana birləşdirmək, ermənizmə bağlamaq üçün bir çox təxribata, süni təbliğatlara əl atsalar da, heç nəyə nail ola, Şuşanı öz milli-tarixi kökündən qopara bilməyiblər. “İşğal dövründə Ermənistan Şuşanı azərbaycanlıqdan, türklükdən qoparmaq üçün təxribatçı siyasət apardı və onu erməniliyə bağlamağa, Ermənistana birləşdirməyə çalışsa da,  heç nə əldə edə bilmədi. Ermənilərin Şuşanı süni surətdə başqa ölkələrin şəhərləri ilə  “qardaşlaşdırması” iflasla nəticələndi, uğursuzluğa düçar oldu.

Biz həmişə Şuşanın Azərbaycan-türk şəhəri olduğunu, buranın bizim dövlətçilik, mədəniyyət tarixi ilə sıx bağlı olduğunu demişik. Bu gün Şuşa işğaldan azad olunub və onun həyatında tam yeni mərhələ başlanır. Şuşanın azadlığından sonra Şuşanın beynəlxalq qardaşlaşdırılması, onun təbliği daha da gücləndirilməlidir. Yəni bizim qarşımızda duran məsələlərdən biri də Şuşanın Azərbaycana həm tarixi, həm milli-mədəni, həm dini, həm də siyasi baxımdan yaxın, doğma olan ölkələrin şəhərləri ilə qardaşlaşdırılması prosesinin həyata keçirilməsidir. Əlbəttə, Şuşa, ilk növbədə, Türkiyənin şəhərləri ilə qardaşlaşdırılmalıdır. Biz əgər Şuşanı Türk dünyasının mədəni paytaxtı kimi düşünürüksə, o zaman Türkiyənin müvafiq şəhərləri ilə onun qardaşlaşdırılması prosesi həyata keçirilsə yaxşı olar. Eyni zamanda, hesab edirəm ki, Şuşanın Pakistanın şəhərləri - Karaçi, İslamabadla da qardaşlaşma prosesi aparıla bilər. Şuşa Ukraynanın şəhərləri ilə də qardaşlaşdırıla bilər. Ukraynada bir sıra qıpçaq türklərin yaşadığı şəhərlər var. Biz nəzərə alsaq ki, Ukraynanın bəzi şəhərlərində qıpçaq və Krım türklərinin izləri çox dərindir, hələ də yaşayırlar, bu baxımdan, qardaşlaşma prosesi aparıla bilər. Sözün açığı, bizə daha yaxın dost olan ölkələrin şəhərləri ilə Şuşa şəhəri arasında qardaşlaşmanın qurulması, yaxud qardaşlaşdırılmış şəhər obrazının yaradılması prosesini həyata keçirmək çox müsbətdir. Ümumiyyətlə, beynəlxalq təbliğatın Şuşanın tarixi Azərbaycan şəhəri, həm də bir Azərbaycan türklüyünün məkanı olması istiqamətində qurulması çox vacibdir”.

F.Ələkbərli hesab edir ki, Şuşa ilə qardaşlaşdırılmış şəhərlər sırasına Orta Asiyanın bir sıra şəhərləri də qoşulmalıdır, biz bu istiqamətdə də prosesi həyata keçirə bilərik. Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın və s. şəhərləri ilə bu prosesi tam həyata keçirməyin mümkün olduğunu deyən F.Ələkbərlinin fikrincə, bütün hallarda, seçimi ağıllı və məntiqli şəkildə aparmaq lazımdır. O qeyd etdi ki, Şuşanın yeni müstəvidə təqdim edilməsi, əslində, onun keçmişinin, tarixinin, mədəniyyətinin, hər bir məsələsinin Azərbaycanla, azərbaycançılıqla, türkçülüklə bağlı olmasını da ortaya qoymuş olacaq. Müsahibimiz bildirdi ki, Qarabağ xanlığı dövründə Xankəndi də Şuşanın bir tərkib  hissəsi idi və Qarabağ xanları Xankəndini özləri üçün bir yaylağa çevirmişdilər. Həmsöhbətimiz hesab edir ki, Xankəndinin də Azərbaycanın tərkib hissəsi, Azərbaycan şəhəri olaraq Şuşa ilə yanaşı, beynəlxalq aləmdə təbliğ edilməsi Xankəndinin Azərbaycanın bir parçası olduğunun tanınmasına təkan verəcək, yalançı erməni təbliğatının qarşısı alınacaq. F.Ələkbərlinin sözlərinə görə, Şuşa, əslində, müəyyən anlamda Xankəndi deməkdir, çünki Xankəndi xanların yaylaq yeri olub, sonra isə, məlum olduğu kimi, müxtəlif yollarla erməniləşdirmə, saxtalaşdırılma prosesi aparılıb. “Bütün hallarda, bu istiqamətdə işlərin görülməsi müsbət olardı. Şuşanın beynəlxalq müstəvidə  müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşdırılması prosesinin aparılması başlandıqdan sonra bu, Azərbaycanın dünyadakı mövqeyini və mənafeyini daha da gücləndirəcək” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ