Cümə axşamı günü, 08 oktyabr 2026
     

Vüqar Rəhimzadə: "Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq"

Image


“44 gün davam edən  İkinci Qarabağ müharibəsi işğal altında olan torpaqlarımızı sahibinə qaytardı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  Azərbaycanın hərbi-siyasi Qələbəsindən sonra işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri, bu ziyarətlər çərçivəsində keçirilən görüşlər, 30 ildən artıq sahibini gözləyən ərazilərimizdə sanki hər daşın, qayanın qayğısının çəkilməsi Vətən müharibəsinin milli qürurumuzu özümüzə qaytarmasının yaratdığı sevinc, xöşbəxtlik hissinin aydın mənzərəsini  təqdim edir.

Yanvarın 14-15-də Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Qarabağın incisi sayılan Şuşaya səfərləri təkcə 44 günlük Vətən müharibəsinin milli qürurumuzu özümüzə  qaytarmasından doğan sevinc, xoşbəxtlik hissinin növbəti təqdimatı olmadı,  həm də bu səfər  Azərbaycanın Müzəffər Ali Baş Komandanının yenilməz siyasi və hərbi iradəsini, qətiyyətini, 27 sentyabr 2020-ci ildən başlanan Zəfər yürüşünün bu gün quruculuq və abadlıq müstəvisində davam etdiyni bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirdi.  Möhtərəm Prezidentimiz Cıdır düzündə çay süfrəsinə qonaq olarkən “Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!” söyləyərək Şuşaya qayıtmağın təkrarolunmaz bir hiss və duyğu olduğunu diqqətə çatdırdı. Tarixi səfər başa çatdıqdan sonra Bakıya dönməzdən əvvəl yenidən  Cıdır düzünə- Şuşanın bu əsrarəngiz  guşəsinə qayıtmasını isə Azərbaycan xalqına bir daha söylədiyi bu reallıqla əsaslandırdı: ”Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər ulu öndər  Heydər Əliyev məktəbinin, Azərbaycan xalqının alternativsiz lideri İlham Əliyev idarəçiliyinin yetirmələridir: “Möhtərəm Prezidentimizin dönə-dönə vurğuladığı kimi, bu gün  Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Azərbaycan gəncləri torpaqlarımızı işğaldan azad etmək üçün hər zaman möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “hücum” əmrini gözləyiblər. Tarixə Zəfər Gününü yazan, ötən il sentyabrın 27-dən başlayıb noyabrın 10-da başa çatan İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi  və siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı olan üçtərəfli Bəyanatın imzalanması ilə nöqtə qoyulan qalibiyyət   yürüşümüz ölkə Prezidentinin “Artıq yetər!” söyləyib “Azərbaycan əsgəri, irəli!” əmrinə verilən dəstəyin, “dəmir yumruq” kimi birliyin göstəricisidir.  Şübhəsiz, bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhməti, payı var.  Amma  əsas yükü,  vəzifəni cənab Prezidentin də bildirdiyi kimi,  gənc nəsil yerinə yetirdi. Məhz onların vətənpərvərlik ruhunda tərbiyə edilmələri, düşmənə bəslədikləri sonsuz nifrət hissi bizi Böyük Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Bu yumruq həm güc, həm də birlikdir. Tarixi təcrübə də göstərir ki, ölüm-dirim savaşında birliyi olan ölkələr, yüksək idarəçilik qabiliyyətinə malik, dövlətinin, xalqının gələcəyini düşünən, iradəli, qətiyyətli, dövlət maraqlarını hər şeydən üstün tutan   liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü. Qalib Azərbaycanın, rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı kimi cənab İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərləri bunun bir daha təsdiqidir.”

Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Azərbaycan Ordusunun dünya hərb tarixində bir ilk olan unikal Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq: “Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi Azərbaycanın müharibə taktikasının dünyaya nümayişi oldu. Artıq  inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Dövlətimizin başçısının da vurğuladığı kimi,  şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Möhtərəm Prezidentimiz hər zaman  bəyan edirdi ki,  əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaq. Belə də oldu, 44 günlük müharibənin hər bir günü Zəfər günü kimi tarixə yazıldı. Müharibələrdə hücumlar, geriyə çəkilmələr, manevrlər olduğu halda,  Azərbaycan Ordusu Vətən müharibəsində dünyaya demək olar ki, indiyədək hərb tarixində  müşahidə edilməyən  bir mənzərəni-hər gün irəli getmək, yeni-yeni ərazilər azad etmək kimi nadir nümunəni  təqdim  etdi. Düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini, 5 şəhəri, o cümlədən Qarabağımızın ürəyi, şöhrət tacı, milli musiqimizin beşiyi olan Şuşamızı işğaldan azad etdik. Bu müharibə tariximizdə əbədi yaşayacaq. Zəfərimizi şəhidlərimizin canı, qanı bahasına, qalib hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Dövlətimizin şəhid ailələrinə, Qarabağ müharibəsi qazilərinə, ümumiyyətlə, hərbçilərimizə diqqət və qayğısı onların bu qəhrəmanlıqlarına verdiyi yüksək dəyərin, onlarla qürur duymasının, hər zaman bu kateqoriyadan olan insanların yanında olmasının təsdiqidir. Bu gün bütün dünya Qələbəmizdən danışır. Dünyanın aparıcı media orqanları bu Qələbə  haqqında yazır, reportajlar hazırlayırlar. Azərbaycan Ordusunun  dünyanın hərb tarixinə yazdığı yeni səhifə ilə bağlı kitablar yazılacaq, bu tarixi Zəfərimiz dərsliklərə salınacaq,  gələcək nəsillər torpaqlarımızın işğaldan azad edildiyi günləri böyük qürur hissi ilə qeyd edəcəklər.”

“Dövlətimizin başçısı İlham Əliyev Şuşada son dəfə 39 il bundan əvvəl olduğunu  xatırlayaraq bu dəfə Müzəffər,  qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəldiyini bildirdi” söyləyən baş redaktor ölkəmizin həyatında yeni dövrün başlandığını böyük qürur hissi ilə qeyd edib: “Şuşamız, dağıdılmış bütün  başqa şəhər və kəndlərimiz, tarixi abidələrimiz bərpa ediləcək. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı fəaliyyətə başlayıb. Həmin torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Azad edilmiş bütün şəhərlərdə işğal muzeylərinin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulub. Nəqliyyat infrastrukturunun yaradılması prosesi qarşıdakı dövrdə də diqqət mərkəzində saxlanılacaq. Bu il tikintisinə başlanılan Füzuli Beynəlxalq Hava Limanının elə bu il də istifadəyə verilməsi planlaşdırılır. Bu aeroportun bölgənin inkişafında, turizm infrastrukturunun yaradılmasında, həyata keçiriləcək tədbirlərin, o cümlədən bərpa və yenidənqurma işlərinin reallaşdırılmasında rolu böyükdür. Azad edilmiş torpaqlarda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçında inşa ediləcək. Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməlinin qoyulması, işğaldan azad edilən ərazilərdə  beynəlxalq aeroportlar da daxil olmaqla nəqliyyat-kommunikasiya infrastrukturu böyük strateji əhəmiyyətə malikdir. Möhtərəm Prezidentimiz İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən bildirmişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Bu gün xalqımız işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən milli qürur mənbəyimiz olan gözəl Şuşamızda  yeni dövrün-quruculuq və bərpa işlərinin sevincini yaşayır.” 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ