Şuşanı geri almaq xülyalarına Azərbaycan Prezidentinin qürurverici cavabı...

img

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünü və məqbərəsini ziyarət edərkən bildirib ki, bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar: “Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik”.

Şuşanı bizdən geri almaq istəyənlərə Prezidentin verdiyi cavabla bağlı ekspertlər nə düşünür?

 “İlham Əliyev bu çıxışı ilə revanşist mövqedə olan ermənilərə öz qəti cavabını çatdırdı ki, xulyalarla yaşamasınlar”

Politoloq Yeganə Hacıyeva  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, noyabrın 10-da imzalanan birgə Bəyanatdan sonra Ermənistan daxilindəki bəzi qruplar həqiqətən revanşist açıqlamalar verir: “ Əslində, onlar bu mövzunu Paşinyana qarşı istifadə edir. Arqumentləri daha tutarlı olsun deyə, məcburən revanşist açıqlamalar verirlər. Yanvarın 11-də keçirilən üçtərəfli görüşdən sonra hətta radikal erməni müxalifəti də bu yöndəki açıqlamalarına korrektələr etməyə başladı. Belə fikirləri  bəsləyən əsaslar vardı. Məsələn, Fransa kimi ölkənin mövqeyi onları nəyinsə dəyişəcəyinə bir qədər həvəsləndirmişdi. Hətta gözlətiləri vardı ki, Nikol Paşinyanı tezliklə yıxa biləcəklər. Bütün bunların illüziya olduğu üzə çıxdı. Artıq onlar Azərbaycana uduzduqlarını tam qəbul edirlər. Prezident Şuşaya səfəri zamanı onlara ciddi mesajlar verdi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan öz qəti mövqeyindən bir addım da olsun geri çəkilməyəcək. İlham Əliyev bu çıxışı ilə revanşist mövqedə olan ermənilərə öz qəti cavabını çatdırdı ki, xulyalarla yaşamasınlar. Ermənistan daxilində hansı çağırışların olmasından asılı olmayaraq, biz həm də Qarabağda qalan terror töküntülərinə qəti sözümüzü dedik”.

Ekspertin sözlərinə görə, prosesi tam olaraq Azərbaycan idarə edir: “Ermənistan anlayır ki, Azərbaycanın mövqeyilə razılaşmasa onlara nicat yoxdur. Azərbaycan Prezidenti öz addımları ilə sübut edir ki, verdiyi bütün bəyanatların arxasında durur və onları həyata keçirir. Bu baxımdan da, Şuşanı ermənilərin yenidən geri ala biləcəyilə bağlı xəbər yalnız utopiya ola bilər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər