Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ermənistan işğal zonasında faşistlərin “antikitab siyasəti”ni də təkrarladı - 21 milyon dollar ziyan...

Image


Bütün dünya, bəşəriyyətin maddi-mədəni irsi üçün qanlı kabusa çevrilən erməni faşizminə qulluq edənlərin Azərbaycan mədəniyyətinə, mədəni irsinə qarşı törətdiyi soyqırım aktları ilə öz mahiyyətini növbəti dəfə ortaya qoyub. Ermənilər işğal dövründə yalnız arxeoloji, mədəniyyət və memorial abidələrimizi, dini ocaqlarımızı, məscidlərimizi, ayrı-ayrı tarixi şəxsiyyətlərimizin evlərini, muzeyləri, qalereyaları dağıtmayıb, eyni zamanda, kitabxanalarımıza divan tutublar.

Dünya mədəniyyətində, xalqların inkişafında əhəmiyyətli yeri olan kitabxanaların erməni vandalizminə məruz qalması həqiqətən də dəhşətli faktlardır.

  • Azərbaycanın kitabxana-informasiya sahəsinə erməni terroru nəticəsində 21 milyon dollar ziyan dəyib...

Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazilərimizdə erməni faşizminin qanlı izlərini, dəhşətlərini bütün dünya görür. Kitabxanalar da bir abidədir, bu abidələr də erməni vandalizmindən, faşizmindən canlarını qurtara bilməyiblər.     

Torpaqlarımız işğaldan azad edildikdən sonra müxtəlif dövlət strukturları, ekspertlər tərəfindən Ermənistanın işğalı dövründə Azərbaycana vurulan maddi ziyanın həcmi hesablanır. İlkin rəqəmlər ortaya dəhşətli faktlar qoyur. Son hesablamalara görə, Azərbaycanın kitabxana-informasiya sahəsinə erməni terroru nəticəsində 21 milyon dollar ziyan dəyib, kitabxanalar dağıdılıb, qarət olunub, sonra isə yandırılıb, məhv edilib. Budur erməni faşizminin, terrorunun siması...

  • 27 illik erməni işğalının və barbarlığının fəsadları Qarabağ və onun ətrafındakı rayonlarda mövcud olmuş kitabxanalardan da yan keçməyib

Qeyd edək ki, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində” adlı vebinar respublika elmi konfransı keçirilib. Videokonfransa MEK-lə yanaşı, AMEA Naxçıvan Bölməsindən, AMEA-nın institutlarından, həmçinin, ölkənin digər nüfuzlu ali təhsil müəssisələrindən də alimlər, doktorant və magistrantlar qatılıblar.

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev bildirib ki, erməni faşizmi Azərbaycanın maddi və mənəvi irsini məhv edib, tarixi abidələrimizi və məscidlərimizi dağıdıb. Vebinarda, eyni zamanda, qeyd edilib ki, könüllülük prinsipi əsasında AMEA Mərkəzi Elmi Kitabxanası olaraq işğaldan azad olunmuş rayon, şəhər, kənd və qəsəbələrdə MEK-in yaxından dəstəyi və könüllü qruplarının birgə təşəbbüsləri ilə kitabxana-informasiya şəbəkəsinin yaradılmasında da üzərlərinə düşən işi yerinə yetirməyə hazırdırlar.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli plenar iclasda “Ermənistanda məhv edilən və mətnləri təhrif olunan bəzi epiqrafik abidələr haqqında” məruzə ilə çıxış edib. Vurğulanıb ki, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti olan Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandal münasibət göstərilmiş, kitabələrin mətni təhrif edilib. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və Sərdar məscidi məhv edilib. Qeyd olunub ki, İrəvan yaxınlığındakı Qaraqoyunlu tayfalarından biri olan Saadlu türk tayfasının başçısı Əmir Saadın dəfn edildiyi Pir Hüseyn türbəsi “türkmən abidəsi” kimi qələmə verilib, Ermənistanın Qarakilsə rayonunun Urud kəndində islam dininə etiqadın göstəricisi olan abidələrin üzərindəki yazılara əlavə hərflər daxil edilərək tarixi kökləri itirilməyə çalışılıb. Vurğulanıb ki, abidələrin üzərində Azərbaycan dilində şeirlər, tarixi həqiqətlər ermənilərin dünyaya car çəkdiyi təhrif olunan məlumatlarının əleyhinə olduğu üçün məhv edilib.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, professor Ramilə Dadaşova isə “İşğaldan azad olunmuş ərazilərdə maddi mədəniyyət abidələri və işğalçı Ermənistan dövlətinin məsuliyyətə cəlb olunmasının hüquqi əsasları” adlı məruzəsində bildirib ki,  dağıdılmış maddi mədəniyyət nümunələri əsasında ermənilər Azərbaycan dövlətçiliyinə və xalqına qarşı  beynəlxalq cinayətlər törədiblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının qoşulduğu Haaqa Konvensiyası, protokolları və bu qəbildən olan digər konvensiyalar hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən maddi mədəniyyət nümunələrinin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Ona görə də tarixi abidələrimizin erməni vandallığına məruz qalması bu konvensiyaların prinsiplərinə tamamilə ziddir.

  • 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanan 4,6 milyon nüsxə kitab talan edilib...

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılova “Ermənistanın işğalına qədər Dağlıq Qarabağın kitabxanaları: statistika” adlı məruzəsində 27 illik erməni işğalının və barbarlığının Qarabağ və onun ətrafındakı rayonlarda mövcud olmuş kitabxanalardan da yan keçmədiyini və vandalizm faktlarını statistik rəqəmlərlə qeyd edib. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda işğala qədərki kitabxana sistemi və işğaldan sonra məhv edilmiş kitab nüsxələrinin sayı, Azərbaycanın kitabxana-informasiya sahəsinə vurulan zərər iştirakçıların diqqətinə çatdırılıb.

Ekspertlər hesab edirlər ki, Qarabağın və ətraf rayonların işğalı dövründə Azərbaycanın kitabxana- informasiya sisteminə vurduğu zərərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi, terrorçu dövlət birbaşa məsuliyyət daşıyır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycana qarşı törədilən müharibə cinayətlərinə görə onlar beynəlxalq hüquq qarşısında cavab verməlidirlər.

Ekspertlər qeyd edirlər ki, erməni faşistləri Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında və digər ərazilərimizdə kitabxanalara qarşı mədəni soyqırım törədiblər. Düşmən kitabxanalarımızı məhv etməklə bizim izlərimizi doğma torpaqlarımızdan silməyə cəhd edib. Erməmi faşistləri Füzuli rayonunun kitabxana mədəniyyətini talan edib, məhvə məruz qoyub.

Ekspertlər deyirlər ki, Ermənistan dövləti tərəfindən məhv edilən dəyərlərimiz sırasında kitabxanalarla bərabər arxivlərimiz də var, onlar da erməni terroruna məruz qalıblar.

AMEA Əlyazmalar İnstitutunun doktorantı, AMEA Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin “Biblioqrafik vəsaitlərin hazırlanması” sektorunun müdiri Təranə Rüstəmovanın sözlərinə görə, erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanan 4,6 milyon nüsxə kitab talan edilib, 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidəsi, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri işğal zonasında vandalizmə məruz qalıb. Ekspert qeyd edib ki, təqribi hesablamalara görə, Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min ABŞ dolları həcmində maddi ziyan dəyib.

  • “Yalnız faşistlər kitaba, kitabxanaya qarşı bu vandalizmi törədə bilər, necə ki, erməni faşistləri bu cinayəti törədiblər” 

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, erməni faşistlərinin Azərbaycanın kitabxana-informasiya sahəsinə vurduğu zərərlə bağlı bütün informasiyalar təkzibolunmaz faktlar kimi aidiyyəti beynəlxalq təşkilatlara təqdim edilməlidir. “Ermənistanın Azərbaycanın kitabxana-informasiya sisteminə qəsdən zərər vurduğu aydındır. Terrorçu dövlətin və onun separatçı silahlı birləşmələrinin məqsədi bizim kitabxanaları, arxivləri dağıdıb məhv etməklə, əslində, bizim öz torpaqlarımızdan izimizi silmək olub. Məsələ burasındadır ki, indiyə qədər heç bir beynəlxalq təşkilat, beynəlxalq birlik erməni terroruna qarşı hər hansı bir cavab tədbiri görməyib. Ermənilər bizim onlarla kitabxanamızı dağıdıb, kitablarımızı məhv edib, qədim əlyazmalarımızı isə talan edərək İrəvana daşıyıblar. Ermənistan Azərbaycanın kitabxana-informasiya sisteminə vurduğu zərərə, törətdiyi cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməyə borcludur. Hesab edirəm ki, bütün bu faktlar toplanmalı və aidiyyəti beynəlxalq təşkilatlara təqdim edilməlidir. Bu beynəlxalq təşkilatlar Ermənistanın beynəlxalq hüquq qarşısında cavab verməsini təmin etməlidirlər. Yalnız faşistlər kitaba, kitabxanaya qarşı bu vandalizmi törədə bilər, necə ki, erməni faşistləri bu cinayəti törədiblər. Erməni faşistləri Azərbaycanın kitabxana-informasiya sisteminə 21 milyon dollar zərər vurub və buna görə cavab verməlidirlər. Kitab mədəniyyətlərin təməlində dayanır. Düşmənin kitaba, kitabxanaya faşistcəsinə münasibət sərgiləməsi onun mahiyyətini ortaya qoyur. Bakının mərkəzində erməni kilsəsi var, həmin kilsədə də erməni dilində kitablar saxlanır. Biz onların bir kitabına belə toxunmadığımız halda, onlar Qarabağda kitabxanaları məhv ediblər. Aydın məsələdir ki, onlar indiki Ermənistanda Azərbaycan xalıqına məxsus olan kitabxanaları da tamamilə məhv ediblər. Belə bir vandal toplum bizim oradakı kitabxanalarımızı da yer üzündən silib. Bütün bunlar hamısı faşist Ermənistan dövlətinin simasıdır. Dünya bunu görməlidir” - deyə Q.Məhərrəmli vurğuladı.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ