Almaniya Federativ Respublikasının Dortmund şəhərindən Halil Deniz Kalakli də Prezident İlham Əliyevə məktub yazıb.
“Mən Almaniyada yaşayan türk vətəndaşıyam. Azərbaycanın Ermənistanla yaşadığı problemi yaxından izləyirəm. Burada bir qərar tuta bilmirəm. Hazırda böyük narahatlıq içərisində Azərbaycan Silahlı Qüvvələrinin zəfər çalması üçün dualar edirik. Türkiyədə yaşadığım dövrdə Türk Özəl Qüvvələrində əsgərlik etmişəm. İcazənizlə Azərbaycana gəlib Sizlərlə bərabər ermənilərə qarşı vuruşmaq istəyirəm. Burada bir çox türk qardaşımız da Azərbaycana gəlib qardaşlarımıza dəstək vermək istəyir. Eyni zamanda, Türkiyədə yaşayan həmvətənlərim də eyni duyğu və düşüncə içərisindədirlər. Artıq Ermənistana sərt bir sillə vurmağın zamanı gəlib. Ermənilər türkün əsl gücünü görməlidirlər. Birlikdə onların üzərinə getməliyik.
…Cənab Prezident, əmr etdiyiniz anda yanınızda olacağımı bilməyinizi istəyirəm. Sizi və bütün azərbaycanlı qardaşlarımızı Allaha əmanət edirəm” - deyə Halil Deniz Kalakli Prezidentə məktubunda qeyd edib.
Baki-xeber.com