çərşənbə günü, 21 oktyabr 2026
     

Azərbaycan-İran yaxınlaşması Ermənistanı isterik vəziyyətə saldı – İrəvanda “günah Sorosun cocuqlarındadır” fikri gündəmdə...

Image


Azərbaycan və İran arasında münasibətlərin tədricən yeni mərhələyə qədəm qoyması region ölkələrindən Ermənistanda ciddi narahatlığa rəvac verib. Xüsusən də İranın ölkəmizdə yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvinin gəlişi və bu fonda verilən açıqlamalar Ermənistanda ciddi təşvişlə izlənir.

Bu barədə danışmazdan öncə qeyd edək ki, İran, ümumiyyətlə, son dövrlərdə Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini gizlətmir. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif açıq şəkildə bildirir ki, Azərbaycan İran üçün vacib əhəmiyyət kəsb edir. Elə səfir Seyid Abbas Musəvi də etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən bu xüsusda maraqlı açıqlamalar verib: “İran İslam Respublikasının xarici siyasətində qonşu ölkələrlə, xüsusilə də Azərbaycan Respublikası ilə münasibətlər önəmli rola malikdir. Bizimlə qonşu olan 15 ölkə var. Bu ölkələr arasında biz Azərbaycanla xüsusi münasibətlərə malikik. Mənim missiyam bu iki dost, qardaş və müsəlman ölkə arasında münasibətləri daha da möhkəmləndirməkdir. Mən ölkələrimizin münasibətlərinin genişləndirilməsində hər hansı bir maneə görmürəm”. Səfirin, xüsusən Azərbaycanın ərazi bütövlüyü məsələsində dedikləri Ermənistanda ciddi narahatlıq yaradıb. Bu xüsusda isə İran səfiri bildirib: “Bizim qonşuluq, dostluq münasibətlərimiz xüsusi münasibətlərdir və heç bir üçüncü qüvvə bu münasibətlərə xələl gətirə bilməz. İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri məsələsində, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli və haqq mövqeyini dəstəkləyir. Biz hesab edirik ki, bu münaqişə beynəlxalq qanunlar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır”.

Bu mövqeyə münasibət bildirən Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan qeyd edir: “Əlbəttə, Sorosun “inkubatorlarında doğulanlara” “Ermənistan hakimiyyətindən” pay düşməsi halında belə də olmalı idi.  İlk dəfə İran İslam Respublikasının yeni təyin olunmuş səfiri öz etimadnaməsini təqdim edərkən Bakıda İlham Əliyevlə söhbət zamanı bildirir ki, İran Azərbaycanın işğal olunmuş ərazilərində, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini və haqqını qoruyur. Bildirir ki, bu münaqişə beynəlxalq qanunlar, ərazi bütövlüyü və Azərbaycanın suverenliyi çərçivəsində tənzimlənməlidir. Halbuki, 2018-ci ilə qədər İran heç vaxt Qarabağ məsələsində balanslaşdırılmış mövqeyini pozmamışdı. Amma indi vəziyyət dəyişib. İran, əvvəlkindən fərqli olaraq, açıq şəkildə Azərbaycana dəstək verir”. Ekspertlər isə bütün bunları təsadüf saymır. Bu gün Azərbaycan və İran müxtəlif sahələr üzrə əməldaşlıq edirlər. Eyni zamanda, bu iki dövlət BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin mövqeyini dəstəkləyir. Ermənistanın Azərbaycana qarşı törətdiyi Tovuz təxribatı ilə əlaqədar Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Ermənistanın addımlarını pisləyən qətnamələr qəbul edib. Burada da İran hər iki təşkilatın fəal üzvü kimi həmin mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərib. Digər tərəfdən İran nəzərə alır ki, Azərbaycan hər zaman İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verən, həmçinin bu istiqamətdə böyük səylər göstərən dövlətdir. Bundan əlavə, Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman əlavə səylər göstərir. Burada Bakı diqqəti ona da yönəldir ki, İslam aləminin bir parçası olan Azərbaycana qarşı Ermənistan tərəfindən yürüdülən işğalçılıq təkcə ölkəmizi deyil, ümumilikdə İslam aləmini də təhdid edir. Çünki heç kəsə sirr deyil ki, Azərbaycanın tarixi-dini abidələri Ermənistan tərəfindən dağıdılıb, dini abidələrimiz təhqir edilib. Ermənilər işğal edilmiş ərazilərimizdə məscidlərimizi dağıtmaqla kifayətlənməyib, hətta bəzi məscidlərdə heyvan da saxlayırlar. Bu isə təkcə Azərbaycana deyil, bütün müsəlman dünyasına qarşı edilən təhqir və cinayətdir.

Qeyd edilənləri İslam dövləti kimi İran da nəzərə almağa məcburdur. Digər tərəfdən, İran üzləşdiyi iqtisadi sanksiyalar və digər çətinliklər fonunda Azərbaycanla əməkdaşlığın nə qədər mühüm olduğunu aydın görür. Təkcə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin İran üçün artan əhəmiyyətini yada salmaq kifayətdir. Qeyd edək ki, “Şimal-Cənub” dəhlizinin əsas seqmentində olan dəmir yolunun tikintisi davam edir. Cənub Şərqi Asiya ölkələrindən Avropaya ixrac olunan yüklər İranın Hind Okeanı sahilindəki Çabahar limanına daxil olacaq. Buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq. Hazırda yolun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb, Rəşt-Astara (İran) hissəsində isə işlər davam edir. Azərbaycanın və İranın Astara şəhərləri arasında da dəmir yolu inşa edilib. Hazırda bu yolla İranla Rusiya arasında idxal-ixrac əməliyyatları həyata keçirilir. Rəşt-Astara dəmir yolu istismara verildikdən sonra dəhlizin dəmir yolu tam təkmilləşəcək. Hazırda İranın Şimal vilayətlərindən yüklər avtomobillərlə Astara şəhərinə gətirilərək burada vaqonlara yüklənir və Azərbaycan vasitəsilə Rusiyaya daşınır. Nəticədə İran Azərbaycanın tranzit imkanlarından istifadə etməklə böyük həcmdə vəsait əldə edir. Bu durumda Ermənistanla müqayisədə İranın ölkəmizə yaxınlaşması istiqamətində addımları da təbii sayılmalıdır.

Nahid SALAYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ