çərşənbə günü, 21 oktyabr 2026
     

Müxalifətçiliyi söyüşlə eyniləşdirən mühacir soydaşlarımızın cinayət məsuliyyətinə cəlbi - Azərbaycan diasporu içində ziyanlı prosesləri xeyli səngidəcək…

Image


Ötən yazılarımızda Azərbaycan diasporunun geniş təşəkkülü və inkişafına mane olan faktorlar barədə ətraflı bəhs etmişik. Həmin yazılarımızda diasporumuza  maneçilik törədən başlıca xəttin radikal müxalif cameənin təbliğatı olduğunu qeyd etmişik. 

Sözügedən dairələrin təsiri altında olan şəxslərin xaricə axını son illərdə sürətli hal alıb. Müxtəlif ölkələrdə məskunlaşandan sonra, həmin mühacirlərdən bəziləri təbliğat ruporu rolunda çıxış etməyə başladı. Vətəndə olanda jurnalistika ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan həmin adamlar yaranmış mühit və məsuliyyətsilik amilindən istifadə edib, bloger və yutuberlik fəliyyətinə başladılar. Həmin fəaliyyətləri izlədikdə adamı dəhşət bürüyür. Təbliğat imkanı və auditoriya əldə edən kimi o adamlar, Azərbaycan hakimiyyətindən daha çox, dövlətilə müxaliflik etdirlər. Bir çox həlledici məqamlarda isə onların fəaliyyəti ilə erməni diasporunun fəaliyyəti arasında sinxronluğu gördük. Xüsusilə də Tovuz hadisələri zamanı həmin blogerlər, birmənalı olaraq Azərbaycan ordusu və dövlətinin yanında olmadılar. Diaspor fəallarımızın üstünə ermənilərin müxtəlif ölkələrdə etdikləri basqınlar zamanı biz həmin blogerlərin günahı daha çox azərbaycanlıların üzərinə atıqlarının şahidi olduq. Uzun müddətdir Azərbaycanın rəsmi dairləri və hüquq-mühafizə orqanları diasporumuzun  və ümumilikdə  dövlətimizin maraqlarına zərbə vuran həmin adamların cəzalandırılması , qanun qarşısında cavab verməsi istiqamətində  fəaliyyət göstərir. Artıq bu istiqamətdə müəyyən nəticələr var. Gəlin, Prokurorluğun yaydığı rəsmi bəyanata diqqət edək.

  • “İtaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib”

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub və Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar 2019-cu il dekabrın 14-də Penitensiar xidmətin 1 saylı İstintaq təcridxanasına yerləşdirilib. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilib. İstintaqla müəyyən edilib ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasının vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasını tərk etdikdən sonra müvəqqəti məskunlaşdığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə “you-tube” və “facebook” sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdiyi videomüraciətlərində, yayımladığı videogörüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib. Qeyd olunanlara əsasən Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı…

Eyni zamanda, Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilib, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

Prokurorluq orqanları tərəfindən qeyd edilən şəxslərin konkret olduğu yerlər müəyyən edilməklə qanunvericiliyin və müvafiq beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya edilmələri və məhkəmə məsuliyyətinə verilmələri üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi təmin ediləcək. Hazırda həmin cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

  • “Diasporun iqtidar-müxalifət davasına çəkilməsi dünyada çox az təsadüf olunan haldır”

Göründüyü kimi, Azərbaycanın hüquq-mühafizə orqanları blogerlik adı ilə xaricdə fəaliyyət göstərən mütəşəkkil bir cinayətkar şəbəkəni ifşa ediblər. Cinayət məsuliyyətinə cəlb edilən və barələrində axtarış elan olunan şəxslərin hər biri blogerlik fəaliyyətilə məşğul olur. Təbiidir ki, onların fəaliyyəti xaricdəki diasporumuz arasında birlik yaratmaq əvəzinə, əksinə, həmin istiqmətdə  parşalanma yaratmış olur. Bir sıra “söyüş makinaları”nın cinayət məsuliyyətinə cəlb edilməsi diasporumuzun fəaliyyətinə necə təsir edəcək?

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  Azərbaycan hökumətinin diaspor siyasətinin prioritetlərindən biri də vətənimizin hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımızın vahid bir amal ətrafında birləşdirilməsidir:“Hazırda dövlət başçısı səviyyəsində diasporumuzun formalaşdırılması sahəsində nailiyyətlər yeni inkişaf mərhələsinə qaldırılaraq daim diqqət mərkəzində saxlanır. Lakin daim dövlətimizin geriləməsinə çalışan radikal müxalifət bu istiqamətdə əngəllər yaratmağa çalışır. Hər yerdən əlləri üzülən radikallar indi də diasporumuzu öz çirkablarına bulamağa çalışırlar. Belə ki, onlara “işləyən” xaricdəki bir qrup azərbaycanlı dövlətə qarşı bir təşkilat yaradıblar. Yəni bununla müxalifət diasporumuzu ölkənin daxili siyasətində iştiraka cəlb etməyə çalışır. Diasporun iqtidar-müxalifət davasına çəkilməsi dünyada çox az təsadüf olunan haldır. Azərbaycan diasporu 50-60 milyonluq azərbaycanlının güzgüsüdür. Diaspor işi ilə məşğul olan bu insanlar bir növ Azərbaycan fədailəridir. Onlar şəxsi vəsaitləri, bəzi hallarda isə dövlətin onlara ayırdığı qrantlar hesabına Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar. Ümumiyyətlə, diaspor Azərbaycan həqiqətlərini, ərazi bütövlüyünü, xalqımızın mənafeyini müdafiə edən bir qüvvədir. Bu nöqteyi-nəzərdən diasporu heç bir halda siyasətə qoşmaq olmaz və diaspor ümumiyyətlə siyasətə qoşulmur”.

  • “Belə yaramaz fəaliyyətlə məşğul olan elementlərin təmizlənməsi diasporumuzun fəaliyyətinə, inkişafına müsbət təsir edəcək”

İ.Ağayev hesab edir ki, müxalifətin diasporla bağlı bu addımı cəfəngiyatdan başqa bir şey deyil: “Ona görə ki, artıq Azərbaycan diasporu formalaşmağa başlayıb. Diasporu bu məsələyə qatmaq olmaz. Azərbaycan dövləti kifayət qədər diasporumuza diqqət ayırır və diasporun arxasında durur. Ermənilər azərbaycanlı və türkləri ayırmır və ölkəmizdən kənarda heç bir iqtidar-müxalifət anlayışı olmadan bir türk olaraq üstümüzə gəlirlər. Diaspor arasında nifaq salmağa ehtiyac yoxdur. Biz Azərbaycan iqtidarı və ya müxalifəti deyil, bütöv Azərbaycan anlayışı qoyuruq. Hesab edirəm ki, özlərini radikal hesab etmiş insanların Azərbaycandan kənarda heç bir dayağı və qüvvəsi ola bilməz, o cümlədən Azərbaycan diasporu içərisində. Bu səbəbdən də, belə yaramaz fəaliyyətlə məşğul olan elementlərin təmizlənməsi diasporumuzun fəaliyyətinə, inkişafına müsbət təsir edəcək”.

Azərbaycanda siyasi həyat son dövrlər mühüm yeniliklərlə əlamətdardır. Bunlardan biri iqtidar-müxalifət dialoqunun yeni müstəviyə keçməsidir. Müxalifət və iqtidaryönlü cərəyanların təmsilçiləri bu amili ölkəmizdə yeni siyasi münasibətlərin formalaşması baxımından mühüm hadisə kimi dəyərləndirir. Yeniləşən siyasi sistemdə müxalifətin iştirakı, rolu, funksiyası, fəaliyyəti də fəal olmalıdır. Müxalifət, xüsusən də radikal müxalifət Azərbaycanın ilk müstəqillik qazandığı illərdəki siyasi psixoloji təfəkkürdə qalıb. Heç bir inkişaf və təkmilləşmə üçün iş görülmür.  Onlar anlamalıdırlar ki, Dağlıq Qarabağ  və diasporun inkişafı kimi  məsələlər  sadəcə iqtidarın problemi deyil. Azərbaycan həqiqətlərini dünya iştimaiyyətinə çatdırmaq, lobbiçilik, beynəlxalq mətbuatda işğalçı ermənilərə qarşı cəbhə qurmaq sadəcə iqtidarın işi deyil. Bu gün dünyadakı mövcud siyasi mexanizmlər müxalifətdən də bunları tələb edir.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ