Cümə axşamı günü, 22 oktyabr 2026
     

Erməni təxribatı şiddətlənir, müharibədən başqa çıxış yolu qalmır... Aprel zəfəri yenidən yaşana bilər...

Image


Ermənistan və onun nəzarətində olan Dağlıq Qarabağdakı separatçı rejim təmsilçilərinin açıqlamaları regionda yeni savaşı tətikləməkdədir. Belə görünür ki, erməni tərəfi Qarabağ məsələsinin dinc müstəvidə həllindən sürətlə uzaqlaşır. Təbii ki, bu durumda Azərbaycanın ərazi bütövlüyünü güc yolu ilə bərpa etməkdən başqa çıxış yolu da qalmır.

  • İrəvanı yenə güc yolu ilə başa salmaq lazım gələcək...

Ermənistan baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl Dağlıq Qarabağa gəlişi və burada verdiyi açıqlamalar, separatçı rejimlə hərbi əməkdaşlıqdan dəm vurması növbəti dəfə erməni tərəfinin əsl simasını ortaya qoydu. Bununla İrəvan, faktiki olaraq, sülh yolundan uzaq olduğunu meydana qpydu. Eləcə də Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Qarabağdakı hərbi təlimlərə qatılması, əlində avtomatla şəkillər çəkdirməsi ucuz populizm olmaqla yanaşı, həm də sülhə vurulan daha bir zərbədir. Çünki daim sülh”çağırışı edən Ermənistanın birinci xanımının əlində avtomatla Qarabağda “jest” etməsi sülhə deyil, təcavüzkarlığa, işğalçılığa işarədir.

Bütün bunlar fonunda qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Araik Arutyunyanın danışıqların müzakirəsi əvəzinə müharibəyə hazırlaşmaq lazım olduğunu bildirməsi də təsadüfi deyil: “Gəlin, realist olaq və müharibəyə hazırlaşaq, danışıqlar mövzusunu müzakirə etməyək. Danışıqlar olmayacaq, mən bunu görmürəm”. Onun sözlərinə görə, qondarma respublika üçün Ermənistan və Azərbaycan arasında olan məlum paket və müqavilələrdən heç biri qəbuledilən deyil. Belə olan halda Bakının İrəvanla nə barədə razılığa gəlməsi tamamilə anlaşılmazdır. Bunu Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov da təsdiq edir. O bu xüsusda bildirir: “Qondarma separatçı “DQR”in “prezidenti” Araik Arutyunyan bu yaxınlarda təxribatçı bəyanatla çıxış edərək açıq şəkildə Azərbaycanla müharibəyə hazırlaşmağa çağırıb. Əziz Qarabağ erməniləri, siz azərbaycanlılarla ermənilər arasında müharibəyə hazırlaşmağa təhrik edən Arutyunyana və onun kimilərinə qulaq asmayın”. Qarabağ Erməniləri Hərəkatının rəhbəri, əksinə, Qarabağ ermənilərini sülhə hazırlaşmağa çağırır: “Razılığa gəlmək, kompromis qərar tapmaq olar və bu lazımdır. Gəlin, realist olaq və sülhə hazırlaşaq, Azərbaycanla tam şəkildə danışıqlar prosesinə başlamaq lazımdır. Nə Arutyunyan, nə onun kimiləri, nə də yaxınları döyüşəcək. Onlar ruhən, mentalitet baxımından bizə yaxın olan azərbaycanlılara qarşı vuruşmaq üçün Qarabağ ermənilərini qabağa verəcəklər. Mən Qarabağdakı qohumlarım və dostlarımla ünsiyyətdə oluram. Onlar yeni müharibə, yeni itkilər və məhrumiyyətlər istəmirlər. Onları üçüncü tərəfin maraqları naminə Azərbaycan xalqı ilə döyüşməyə məcbur edirlər. Münaqişənin bütün tərəflərinə müraciət edirəm - təxribatlara uymayın”. O, həmçinin, münaqişənin həlli üçün Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında daha sıx təmas qurulmasına çağırıb:  “Sülh istəyən bütün ermənilərdən (belələrinin sayının kifayət qədər çox olduğuna şübhə etmirəm) Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasına cəsarətlə qoşulmağı xahiş edirəm. Sülhün alternativi yoxdur!”. Bu açıqlamadan da göründüyü kimi, əslində, bir sıra ermənilər də separatçı rejimin, ona nəzarət edən İrəvanın savaş yolunda atdığı addımlardan narahatdır. Çünki belələri, Azərbaycan gücə əl atacağı təqdirdə, erməniləri hansı aqibətin gözlədiyini yaxşı bilir. 2016-cı il aprel döyüşlərindən, 2018-ci il Günnüt əməliyyatından, nəhayət, 2020-ci ildə Tovuz təxribatından sonra Ermənistana vurulan zərbələrdən onlar xəbərdardır. Azərbaycan bu zərbələri istənilən vaxt təkrar edə bilər.

  • Erməni sərsəmləmələri davam edir...

Belə görünür ki, erməni tərəfi Azərbaycandan növbəti sərt hərbi zərbəni almayana qədər sərsəmləmələrinə son qoymayacaq. Məsələ burasındadır ki, separatçı rejimdə məntiqdən uzaq müzakirələr gedir. Düşmən Goranboyu işğal etmək niyyətinə düşüb. Düzdür, “DQR”in “təhlükəsizlik şurası”nın “katibi”  Samvel Babayan Azərbaycan ərazilərinin növbəti işğal planı çərçivəsində Goranboyu ələ keçirməyin “sərfəli olmadığını” deyib: “Sabah müharibə başlasa və uğur qazansaq, biz Goranboy rayonunu işğal etməyəcəyik. Çünki nefti olmayan bir bölgədən ötrü qan tökmək mənasızdır. Mən onun yerinə Gəncəni işğal edərdim”. Digər erməni “qəhrəmanı”, erməni silahlı birləşmələrinin veteranı Kamo Arutyunyan isə Babayanla razılaşmayıb. Onun sözlərinə görə, ermənilər Goranboyu işğal etməyə borcludur: “ Xəzər dənizinə çatmaq istəyirsinizsə, Goranboy rayonu kimi bölgələrdən keçməli olduğunuzu bildirməliyəm. Sözügedən bölgənin iqtisadiyyatı barədə danışsaq, ora elə də zəngin deyil. Qızıl, mədən və neftə gəldikdə, orada dəfələrlə geoloji işlər aparılıb və məlum olub ki, rayonun yeraltı sərvəti yox dərəcəsindədir. Amma Goranboy yeganə bölgədir ki, buranı ələ keçirməklə Azərbaycanın əsas düzənlik mərkəzlərinə nəzarəti ələ ala bilərik. Bu ərazilərin sırasına Gəncə və Mingəçəvir kimi şəhərlər də daxildir”.  Bununla Ermənistan və onun rəhbərliyi beynəlxalq hüququn bütün normalarına tüpürərək, Azərbaycan ərazilərini işğal etdiyini və bu işğalı davam etdirmək niyyətini açıqcasına ortaya qoyur. Son günlər ciddi şəkildə müharibəyə hazırlaşan terrorçu Ermənistanda və separatçı rejimdə bu müzakirələr isə müharibədən başqa alternativ qoymur.

Belə vəziyyətdə o da aydındır ki, müharibəyə görə də bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək. Çünki Ermənistan rəsmilərinin populist xarici siyasəti erməni xalqını daha böyük ərazi iddialarına və qonşu ölkələrə qarşı təcavüzə təşviq edir, regiondakı bütün xalqlar üçün sülh deyil, ağır fəsadları olan hərbi əməliyyatların bərpasını vəd edir. Bunu dünya ictimaiyyəti də yaxşı görür. Təbii ki, belə vəziyyətdə Ermənistana qarşı əməli addımlar atılmasa, güc faktorundan istifadə qaçılmaz olacaq. Çünki erməni sərsəmələmələrinə başqa yolla son qoymaq mümkün olmayacaq.

  • Təhlükəni düşmən ölkədə də görürlər

Yaranmış durumda erməni mediası da etiraf edir ki, Dağlıq Qarabağ münaqişəsinin güc müstəvisində həlli ehtimalı yüksəlir. “İravnuk” qəzeti bu xüsusda yazır ki, Ermənistan və Azərbaycanın dinc yolla razılığa gəlməsinə inam hər keçən gün azalır:“Hətta payızda müharibənin yenidən alovlanacağına dair proqnoz verənlərin sayı artıb. Elə son açıqlamalar da sülhə yer qalmadığını göstərir”.

Qəzet Azərbaycanın hərbi cəhətdən xeyli güclənməsi, Türkiyənin bu ölkənin yanında yer almasının İrəvan tərəfdən mütləq nəzərə alınmasının vacibliyini də xüsusi qabardır. “168.am” nəşri də yazır ki, Qarabağdakı qurumun “rəsmiləri” bir sıra açıqlamalar verir, bu da hər bir ermənidə fikri uyğunsuzluğa səbəb olmaqla yanaşı, müharibəni yaxınlaşdırır: “Araik Arutyunyan bu mübahisəli vəziyyətə dair hər biri ayrı bir təhlil mövzusu olan bir-birindən anlaşılmaz düşüncələr dilə gətirdi. Arutyunyanın ciddi bir ifadə ilə dediyi sözlərdən aydın oldu ki, müharibəyə hazırlaşmaq lazımdır. Onda nədən Ermənistan Azərbaycanla sülh danışıqları aparır və bu hal Minsk Qrupunun fəaliyyətinin də üzərindən xətt çəkilməsi deməkdir. Arutyunyanın bu cür qarışıq fikirlər söyləyərkən həqiqətdə nə demək istədiyini söyləmək çətindir. Bütün bunlar nə deməkdir? Müxtəlif hallarda Paşinyanın dəstəyini görən bu şəxs belə açıqlamanın nə demək olduğunu başa düşürmü? O, müharibə barədə imitasiya yaratmağa, ictimaiyyətin diqqətini Ermənistandakı daxili siyasi hadisələrdən yayındırmağa çalışır. Indiki halda bu, daha çox Paşinyan üçün sərfəli durum sayılır”. Nəşr qeyd edir ki, koronavirus pandemiyası fonunda Ermənistanda iqtisadi və siyasi vəziyyətin pisləşməsi hakimiyyət orqanlarını daxili problemlərdən diqqəti yayındırmaq üçün hücum xarakterli, daha kəskin xarici siyasət aparmağa məcbur edir. Amma problem həm də ondadır ki, bu hal müharibəni qaçılmaz edir və müharibənin nəticəsinin necə olacağı məlum deyil. Məhz bu səbəbdən müharibəni başlayacaq addımlara getmək ciddi yanlışlıq hesab edilir: “Bununla belə, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi dalana dirənib, bu da müharibə ehtimalını yüksəldir”.

Məsələyə münasibət bildirən erməni politoloq Riçard Kirakosyan da bədbindir. O qeyd edib ki, Azərbaycanı bundan sonra heç bir qüvvə saxlaya bilməyəcək: “Bu gün Qarabağ münaqişəsi ətrafında diplomatiya dalana dirəndi və çox təhlükəli vəziyyət yaranıb. Bu, yaxın günlərdə yeni müharibənin başlanmasına işarədir. Güman ki, yeni müharibə apreldə başlaya bilər. Yeni müharibə olarsa, Azərbaycan daha çox ərazi əldə edəcək. Bunu Ermənistan rəhbərliyi də görməlidir. Erməni xalqı aprel döyüşlərini unutmayıb və daha istəmirlər ki, hakimiyyət öz sərvətini qorumaq üçün onları yenidən ölümə göndərsin. Digər tərəfdən xalq görür ki, Ermənistan rəhbərliyi əhalinin diqqətini daxili problemlərdən uzaqlaşdırıb, ölkə xaricinə çəkmək istəyir. Çünki illərdir orada maddi problemlər var və bu, koronavirusla daha çox üzə çıxıb. Bu baxımdan Ermənistan Qarabağda savaşı başladıb, daxildəki problemləri Azərbaycana yönəldib, ölkədəki vəziyyəti ört-basdır etməyə çalışır. Amma nəticə ermənı xalqı üçün ağır olacaq”.

Hər halda, qeyd edilənlər bir daha təsdiq edir ki, baş verənlərə görə məsuliyyət bitmənalı şəkildə erməni tərəfinin üzərinə düşəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ