Cümə axşamı günü, 22 oktyabr 2026
     

Türkiyəyə qarşı çıxan dövlətlər Cənubi Avropa Ölkələri Təşkilatının zirvə görüşündə bir araya gəlir... Azərbaycandan mühüm mesajlar...

Image


Şərqi Aralıq dənizində baş verən proseslər getdikcə daha dramatik xarakter almağa başlayır. Proseslərin inkişafı burada böyük bir hərbi qarşıdurmanın olmasını istisna etmir. Azərbaycanın birmənalı şəkildə dəstək verdiyi qardaş Türkiyə bu olayların mərkəzində yer aldığından, yaşananlar Bakını da yaxından ilgiləndirir.

İndilikdə görünən budur ki, dənizdə zəngin təbii qaz yataqlarının işlənməsi uğrunda region ölkələri arasında qarşıdurma daha da qızışır. Belə ki, iki NATO üzvü olan ölkə - Türkiyə və Yunanıstan arasında əlaqələrin kəskin pisləşməsi və hərbi ritorikanın artması region üçün olduqca təhlükəlidir. Hətta Fransa və İtaliya kimi NATO üzvü bəzi dövlətlər Yunanıstana açıq-aşkar dəstək verməklə Aralıq dənizində olası hərbi alovlanmanı stimullaşdırırlar. Onların əsas məqsədi isə Türkiyəni həmin ərazidə sıxışdıraraq, enerji axtarışından çəkindirməkdir. Bütün bu hadisələr bir daha göstərir ki, regionun zəngin enerji yataqları gələcək hərbi qarşıdurmanın əsas səbəbinə çevrilə bilər, çünki hər bir ölkə öz marağını qorumaq istəyir. Türkiyə qətiyyətlə Aralıq və Qara dənizdə hərbi gücünü daha da artırmaqla gələcək enerji axtarışlarında təhlükəsizliyini təmin etmək niyyətindədir. Bu fonda da məlum olub ki, 6 Aralıq dənizi ölkəsi Cənubi Avropa Ölkələri Təşkilatı çərçivəsində zirvə görüşünə toplaşacaq. Korsika adasında baş tutacaq görüşdə əsas gündəm maddələri Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərdə konsensusu inkişaf etdirmək və Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətləri olacaq. Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçiriləcək zirvədə İtaliya, İspaniya, Malta, Portuqaliya, Cənubi Kipr və Yunanıstanın yüksək vəzifəli şəxsləri iştirak edəcək. Bundan başqa, forum çərçivəsində Makron Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizində yaşanan gərginlik fonunda Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə xüsusi görüş keçirəcək. Görüşə qatılanların tərkibinə baxdıqda belə bəlli olur ki, burada Türkiyəyə qarşı hansısa legitim qərar qəbul olunmayacaq. Bu da Şərqi Aralıq dənizində daha gərgin vəziyyət deməkdir. Görünən həm də budur ki, Ankaraya qarşı yunan kartından daha çox istifadəyə can atılacaq. “Yeni Akit”a açıqlamasında Türkiyə Polis Akademiyasının Təhlükəsizlik Elmləri İnstitutunun müəllimi Səlim Öztürk bu xüsusda maraqlı açıqlamalar verib: “Bu gün Türkiyəni  Şərqdə Ermənistandan istifadə edərək çətin vəziyyətə salmağa çalışanlar, eyni zamanda, Yunanıstanı bir fiqur kimi irəli çıxararaq Türkiyəni Egey bölgəsində sıxışdırmaq istəyir. Onların Şərqi Aralıq dənizində Yunanıstan və Misiri ittifaqa daxil edib Türkiyənin Liviya həmləsini və enerji mənbələrinə əlçatanlığı əngəlləmək təşəbbüsləri mövcuddur. Suriya üzərindən Rusiya və Türkiyəni qarşı-qarşıya gətirərək Livan və Liviya üzərində nəzarəti ələ keçirmə siyasətini güdənlər başqa cinahlardır. Qlobal şəbəkənin qədim üzvü Fransanın Türkiyə ilə birbaşa qarşı-qarşıya gəlmək yerinə Yunanıstanı Egey və Aralıq dənizinə, ölkəsindəki diaspor vasitəsilə yaxın münasibətlər yaratdığı Ermənistanı Azərbaycan vasitəsilə meydana çıxarması Makronun Türkiyəni qayçı ağzına alma layihəsinin bir parçası kimi dəyərləndirilə bilər”. Şərqi Aralıq dənizi və Azərbaycan-Ermənistan cəbhə xəttindəki gərginliklərlə bağlı qəzetə açıqlama verən digər mütəxəssislər də Ermənistan və Yunanıstanın qlobal şəbəkənin yeni oyuncaqları olduqlarını qeyd edib.

Amma məsələ burasındadır ki, hazırda ermənı kartını Azərbaycan uğurla neytrallaşdıdır. Hər halda, bu ilin iyulunda Tovuzda ermənilərə verilən dərs də bunu təsdiqlədi. Eyni zamanda Bakı Şərqi Aralıq dənizində də Ankaranı dəstəklədiyinə dair açıq mesajlar verib. Elə bu günlərdə dövlət  başçısı İlham Əliyevin Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. Onun “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” qətiyyətli fikri bunun ən real təsdiqidir. Azərbaycanın Türkiyəni açıq şəkildə dəstəkləməsi isə bütün Avropa dövlətlərinə, həmçinin Yunanıstanın üzv olduğu bütün beynəlxalq təşkilat və qurumlara ünvanlanmış mesaldır. Bu, bütün hallarda Azərbaycan-Türkiyə qardaşlığının digər maraqlara güzəştə gedilməyəcəyi haqqında Azərbaycanın mövqeyinin qətiyyətli ifadəsidir, eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, dünya birliyinə ünvanlanmış vacib mesajdır. Bu mesaj Türkiyənin suveren hüquqlarının dünya birliyi tərəfindən müdafiə olunması zərurətini vurğulamaqla yanaşı, həm də Azərbaycanın hər zaman qardaş ölkənin milli maraqlarının keşiyində duracağını ifadə edir. Beləliklə, hər iki ölkənin milli maraqlarının həyati vacib məqamları ilə bağlı həm Türkiyə, həm də Azərbaycan tərəfindən səsləndirilmiş son bəyanatlar iki qardaş dövlət arasında hərbi dəstəyi də özündə ehtiva edən hərtərəfli qarşılıqlı iradənin real ifadəsidir.  Məhz bu səbəbdən Türkiyə rəsmiləri tərəfindən Qarabağın azad olunması ilə bağlı səsləndirilən hər bir bəyanatın Ermənistanda və onun havadarlarında narahatlıq yaratdığı da diqqətdən yayınmır. Eyni zamanda, Azərbaycanın dedikləri də Türkiyəyə qarşı çıxanlarda ciddi qıcıq yaradır.

Nahid SALAYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ