Cümə axşamı günü, 22 oktyabr 2026
     

Azərbaycanı sevmək üçün akademik yox, adam olmaq lazımdır - Tural SƏFƏROV yazır

Image


Vətəninin olmağı xoşbəxtlikdir. Müstəqil dövlətinin olmağı isə sözlə ifadə olunması mümkün olmayan böyük xoşbəxtlikdir.

Azərbaycan xalqı əsrlər boyu çox bəlalar çəkib, haçalanıb, parçalanıb, ancaq müvazinətini və müqavimətini itirməyib. Xalq Ulu Tanırının ona ən böyük ərməğanı olan Vətəninin bir hissəsini qoruyub saxlaya, müstəqil dövlətini yarada bilib.

Belə bir deyim var: “Ərazi o zaman vətənə çevrilir ki, milli ruhla canlanmış olsun”. Bu millətin milli ruhu Vətən naminə həmişə canlı olub. Onu öldürməyə isə min illərdir, heç bir qüvvənin gücü çatmayıb. Fransız filosu Jan Jak Russo yazırdı ki, dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. Azərbaycan xalqının da mövcudluğu dövründə misilsiz qəhrəmanlıq nümunələri Vətən naminə edilənlərdir. Xalq qəhrəmanı Babəkin yadellilərə qarşı mübarizəsi, tarixi torpaqlarımızda ilk mərkəzləşdirilmiş dövlət yaradan Şah İsmayıl Xətainin apardığı müharibələr, döyüşlər, Xalq Cümhuriyyətinin qurucularının fədakarlıqları, müasir müstəqil dövlətimizin banisi, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri Azərbaycan üçün idi. Bu böyük şəxsiyyətlər, onların silahdaşları bütün məhrumiyyətlərə, əziyyətlərə, çətinliklərə dözdülər, yeri gəldi imtiyazlarından imtina etdilər, Vətən üçün canlarını belə əsirgəmədilər. Ona görə ki, onlar Azərbaycanı sevirdilər. Vətən sevgisi onları əl çatmaz zirvələrə ucaltdı, ölümsüzləşdirdi.

Xalqımızın varlığını qoruyub saxlaması, müstəqil dövlət qurmaq əzmi təkcə tarixi şəxsiyyətlərinin deyil, həm də hər bir övladının Vətən sevgisinin nəticəsidir. Əlbəttə ki, Vətənə məhəbbət hissinin formalaşdırılmasında, tarixi məqamlarda Vətən sevgisinin bütün çətinliklərə qalib gəlməsinin təmin edilməsində böyük şəxsiyyətlərin mühüm rolu vardır. Ancaq reallıq odur ki, bu torpaqlarda yaşayanlar Azərbaycan sevdalısı olmasaydı, nə torpağı, nə millətin varlığını qorumaq, nə də müstəqil dövlət qurmaq olardı.

Azərbaycan sevgisi bizim milli ədəbiyyatımızın, musiqimizin, müxtəlif  incəsənət növlərinin baş mövzusudur. Şair və yazıçıların yazdığı ən yaxşı şeir və nəsr nümunələri, ən gözəl musiqilərimiz, ən möhtəşəm rəsm əsərləri Azərbaycanımıza həsr olunub. Nizamidən Məmməd Araza qədər görkəmli şairlərimizin, böyük Üzeyirdən Tofiq Quliyevə, Vasif Adıgözəlova, Firəngiz Əlizadəyə, Tofiq Bakıxanova qədər bəstəkarlarımızın əsərlərindəki Azərbaycan ruhu, Bəhruz Kəngərlidən Tahir Salahova qədər  rəssamlarımızın rəsmlərindəki milli kolorit millətimizin hər bir övladının özünü vətəndən ayrı hesab etmədiyinin, Azərbaycan sevgisinin parlaq nümunələridir.

Vətən sevgisi Azərbaycan xalqına qüdrətli dövlətdə yaşamaq xoşbəxtliyi nəsib edib. Azərbaycana olan sevgimizin nəticəsidir ki, indi millətlər içində millətimizin imzası, xalqlar arasında xalqımızın öz yeri var. Azərbaycana olan sevgimizdir dövlətimizi dünyanın inkişaf etmiş, beynəlxalq miqyasda söz sahibinə çevrilən ölkə səviyyəsinə gətirib çıxaran. Ölkəmizin ən ucqarlarına çəkilən rahat yollar, qəsəbə və kəndlərdə tikilən müasir məktəblər, səhiyyə ocaqları, mədəniyyət müəssisələri də, şəhərlərimizdə və paytaxtımızda aparılan nəhəng quruculuq işləri də  Vətənə böyük məhəbbətlə görülən işlərdir.

"Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər”,- deyən Prerzident İlham Əliyevin bu fikirləri gəlişi gözəl sözlər deyil. Ölkə rəhbəri bilir ki, müstəqil dövlətçiliyimizi, millətimizin varlığını qoruyub saxlamağın yolu Vətən sevgisindən keçir. Prezident şəxsi nümunə göstərərək hər bir vətəndaşımızı Azərbaycanı sevməyə, Onu göz bəbəyimiz kimi qoruyub saxlamağa çağırır. İlham Əliyevin Vətən sevgisi Azərbaycanı bütün təhlükələrdən qoruyur, ölkəmizi sürətlə irəli aparır, milli və dövlətçilik maraqlarımızı təmin edir.

Azərbaycan bizim odumuz, ocağımız, evimizdir. O bizim hamımızın həyəcanı, harayıdır. O bizim ruhumuzda, qanımızdadır.  Qan istəsə qan, can istəsə can verəcəyimiz ilk və son mənzilimizdir.Vətən hər birimiz üçün müqəddəsdir, qibləgahdır. Azərbaycanın milli tarixi bel sütunumuz, milli dili onurğa beynimiz, milli dəyərləri, dövlətçilik ideologiyası ürəyimiz, hər qarış torpağı göz bəbəyimizdir. Bu mənada Vətəni qorumaq, Onun təəssübünü çəkmək elə özümüzü qorumaq deməkdir.

Ancaq təəssüflər olsun ki, bütün dövrlərdə olduğu kimi, bu gün də sapı özümüzdən olan baltalar millətimizin bütövlüyünə, ölkəmizə zərər verməyə çalışırlar. İstər Azərbaycanın daxilində aparılan islahatları sabotaj etməyə cəhd göstərən “5-ci kalon”nun nümayəndələrini, istərsə də müxtəlif xarici ölkələrdə yaşayan, Vətənimizə qarşı qarayaxma kampaniyası aparan “Youtube” qəhərəmanlarını anlamaq mümkün deyil. Axı onların hər birini bu Vətən qoynunda böyüdüb, boya-başa çatdırıb. Hakimiyyətə, iqtidara, liderlərə müxalif olmaq olar. Ancaq doğulduğun torpağa qarşı olmağın heç bir izahı yoxdur.

Fikrimizcə, maddi maraq müqabilində insanların təbii ehtiyaclarını ödəyən qadınlar xaricdə yaşayan “Youtube qəhrəmanları” Orduxan Teymurxandan, Məhəmməd Mirzəlidən, Tural Sadıqlıdan, Sevinc Osmanqızından və digərlərindən daha namusludur. Çünki birincilər öz bədənlərini, ikincilər isə vətənlərini satırlar.

Bizə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan üçün radikal və dağıdıcı müxalifətçilərdən – Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəylindən daha az təhlükəlidir.

Vətəni sevməyin akademik yanaşması olmur. Azərbaycanı sevmək, ona ləyaqətlə xidmət etmək üçün “akademik” olmağa da gərək yoxdur. Bunun üçün sadəcə vətənpərvər, qeyrətli və vicdanlı olmaq lazımdır. Məsələn, hansısa Qarxun kəndində yaşayan, heç adını belə yazmağı bacarmayan, ancaq ürəyi vətən eşqi ilə döyünən əlləri qabarlı bir fəhlə milli dövlətinin, xalqının maraqlarını xarici qüvvələrin maraqlarına və şəxsi ambisiyalarına qurban verən Bakıdakı akademikdən müqayisəolunmaz dərəcədə dəyərlidir.

Dövlətə, uzun illər xidmət etdiyin ideallara, qazandığın nə varsa, hamısını borclu olduğun siyasi iradəyə xəyanəti müqəddəs kitabımız “Qurani-Kərim”dən və İslam Peyğəmbərindən sitatlar gətirərək ört-basdır etmək cəhdləri əbəsdir. Xalq hər şeyi bilməsə də, insanoğlunun bütün əməlləri Allah-Taalaya agahdır.

Hədislərdə buyurulur ki, Vətənin bütövlüyünün qorunması üçün insanlar öz doğma torpaqlarını sevməli və düşmənlərlə əməkdaşlıq etməməlidirlər. Hər bir ölkənin qanunvericiliyində ən ağır cinayətlərdən hesab olunan Vətənə xəyanəti Uca Allah da pisləyir: "Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yoldan azmışdır!"

Haqq yolundan azanların bir çoxu onlarla günahsız insanın yolunu azmasına səbəb olaraq ikiqat günüha batıblar.

“Öz vətəninə mənsub olmayan bəşəriyyətə də mənsub deyil”. Bu fikir mənə məxsus deyil. Haqq yolundan azan bəzi xəyanətkarların xidmət etdiyi dövlətin görkəmli publisisti, ədəbi tənqidçisi Vissarion Qriqoryeviç Belinskinin sözləridir. Belə insanlar unutmamalıdırlar ki, tək Belinskinin vətənində deyil, dünyanın istənilən yerində bu reallıq belə qəbul olunur. Yəni öz doğma anasına övlad ola bilməyən kimsəyə övladlıq edə bilməz. Və bəşəriyyətə mənsub olmayan birdəfəlik şpris kimi istifadə olunduqdan sonra tullantı qutusuna atılacaqdır.

Çağdaş dövrümüzün filosofu Əbu Turxan yazır: “Milləti sevmək odur ki, onun hər üzvünün uğuruna öz uğurun kimi sevinəsən və günahı üçün öz günahın kimi xəcalət çəkəsən”. Dövlətimiz üçün problem yaradan, sabotajla məşğul olanların millətini sevmədiyi və onun hər bir üzvünün uğurana sevinmədiyi gün kimi aydındı. Heç şübhə yoxdur ki, Azərbaycansevər ziyalılar belə nadürüstlərin günahları üçün xəcalət çəkirlər. Axı son nəticədə onlar azərbaycanlıdır. Və onların yaramaz əməllərini bütün dünya görür.  Belə hallar əlbəttə ki, millətimizin imicinə mənfi təsir göstərir.

Bu məqalənin yazılmasına Cabir Novruzun bu yaxınlarda oxuduğum bir şeiri vəsilə oldu. Görkəmli şairin “Sevin Azərbaycanı” şeirinin sonuncu bəndi ilə də yazını bitirir və anti-Azərbaycan qüvvələrə qoşulanlara, Vətəninə dönük çıxanlara, dövlətimizin inkişafına mane olanlara, ölkəmizdə aparılan islahatları sabotaj etməyə çalışanlara bir vətəndaş kimi müraciət edirəm:

Ay bizdən ola-ola bizə yağı olanlar,
Vətənə sevgidə də az marağı olanlar;
Xalqına xidmətdə də tamah gəzən dənilər;
Özümüzdən olanlar, özümüzə qənimlər;
Sizdə qeyrətə gəlin, imana-dinə gəlin,
Vətən bağışlar sizi, vətən eşqinə gəlin,
O sizə çörək verib, nəzri-niyaz eyləyib, 
Yalnız onun sevgisi sizi xilas eyləyər.
Sevməyirsizsə barı boğazına çökməyin.
Bu ulu məhəbbətə çağırıram hər kəsi,
Divin canı şüşədə, onun bizdədir canı…
Məndən çox sevirsiniz bu torpağı bəlkə siz,
Amma təkrar deyirəm; sevin Azərbaycanı,
Sevin Azərbaycanı…

Tural Səfərov,
tədqiqatçı-jurnalist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ