Cümə axşamı günü, 22 oktyabr 2026
     

Azərbaycançılıq ideyasının reallaşmasında islam həmrəyliyi - praktik və nəzəri aspektlər, Azərbaycanın dövlət siyasəti... - I yazı

Image


Azərbaycançılıq ideyası o qədər çoxşaxəli, zəngin və geniş əhatəlidir ki, bura milli-mənəvi, dini, tarixi, ictimai-siyasi və sair sahələr daxildir. Əhalisinin 95 faizə qədərini müsəlmanlar təşkil edən Azərbaycanda islam dini ilə yanaşı, digər dinlərin, konfessiyaların təmsilçilərinə də nümunəvi tolerant münasibət bəslənir.

Azərbaycan bütün dövrlərdə, xüsusən də müstəqillik əldə etdikdən sonra islami dəyərlərə sahib çıxıb və dini dəyərlərimizi azərbaycançılıq ideyasının ayrılmaz tərkib hissəsinə çevirib. Azərbaycançılıq ideyasının bölünməz parçası olan islami dəyərlər ölkəmizdə çox yüksək səviyyədə qorunur, təbliğ edilir, yaşadılır.  

“Azərbaycan islam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verir və böyük səylər göstərir. Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır”. Bu fikirlər Prezident İlham Əliyevə məxsusdur. Prezidentin bu fikirləri İslam dünyasını həmrəyliyə səsləyən, müsəlman aləmini birləşdirməyə xidmət edən bir mesajdır. Hesab edirik ki, başqa islam dövlətləri bu mesajı yüksək dəyərləndirməli və islam həmrəyliyinə töhfələr verməlidirlər. Amma təəssüf ki, Azərbaycandan fərqli olaraq, bir çox müsəlman ölkəsindən bu çağırışları duya bilmirik.  

  • “Azərbaycan türk-islam mədəniyyəti azərbaycanlıların əsrlərdən gələn milli dövlətçilik ideologiyasının...”

Azərbaycançılıq ideyasının reallaşmasında islam həmrəyliyinin nəzəri və praktik cəhətdən rolunun danılmaz olduğu məlumdur.

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov qeyd edir ki, azərbaycançılıq ideya sistemində islam dini dəyərlərinin mühüm yeri və əhəmiyyəti var. “Azərbaycançılıq və dünyəviliyi, müasirliyi, avropalaşmanı, tərəqqini, milli birlik kimi ideyaları özündə birləşdirən Azərbaycan türk-islam mədəniyyəti azərbaycanlıların əsrlərdən gələn milli dövlətçilik ideologiyasının, azərbaycançılıq ideyasının, dini-mənəvi dəyərlərin bərpasını və inkişafını tələb edir. İslam dini dəyərləri azərbaycanlıların mənəvi varlığının ayrılmaz tərkib hissəsinə çevrilib, türk-islam mədəniyyəti isə əsrlər boyu azərbaycanlıların inkişafına güclü təsir edən amil olub”

  • “Milli ideologiyada islamla bağlı məqamları qoruyub saxladı, azərbaycançılıq dövlət ideologiyası səviyyəsinə yüksəldi...”

V.Ömərovun bildirdiyinə görə, Azərbaycan xalqının mədəniyyətini, mənəviyyatını, həyat tərzini islam dini-mənəvi dəyərləri olmadan təsəvvür etmək çətindir. “Azərbaycan xalqı həm ümumi islam mədəniyyəti, həm də xüsusi, spesifik Azərbaycan mədəniyyətinin daşıyıcısıdır. İslam mədəniyyəti orbitinə daxil olan xalqların sintezi bir sıra müsəlman xalqlarını birləşdirən ümumi, vahid olan mədəniyyət yaradıb ki, bu da uzun əsrlər üçün həmin xalqların dünyagörüşünü, ənənələrini, həyat tərzini, mənəvi norma və ideallarını, psixologiyasını, ictimai təsisatlarını və davranış modellərini müəyyən edib. İslam mədəniyyəti XIX-XX əsrlərdə formalaşan milli mədəniyyətə, o cümlədən, milli ideya və milli ideologiyaya güclü təsir göstərib. Məlumdur ki, milli ideologiya yalnız millətin yaranması ilə meydana gəlməyib. Bu ideologiya Azərbaycanın tarixi inkişaf mərhələsindəki milli-mədəni dəyərlərin, o cümlədən, islam dini-mənəvi dəyərlərin təsirilə formalaşıb və onların varisi kimi təşəkkül tapıb. Azərbaycan müstəqillik qazandıqdan sonra milli ideologiya azərbaycançılıqla yanaşı, islam dini-mənəvi dəyərləri də bərpa olundu. Azərbaycan Respublikası milli ideologiyada islamla bağlı məqamları qoruyub saxladı, azərbaycançılıq dövlət ideologiyası səviyyəsinə yüksəldi. Azərbaycançılıq milli ideologiya və milli adət-ənənələrlə bağlıdır. Bu ideologiyada dini-mənəvi dəyərlər də mühüm yer tutur. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu tutan Azərbaycanda din dövlətdən ayrı olsa da, dini-mənəvi dəyərlər xalqın mənəviyyatı, dünyagörüşü, həyat tərzi və ideologiyasından ayrılmazdar. Bir sözlə, Azərbaycanda milli və dini ideya üstünlük təşkil edir” - deyə V.Ömərov qeyd edib.

Dinşünaslar bildirir ki, Azərbaycanda din dövlətdən ayrıdır. Ekspertlərə görə, çoxmillətli və çoxkonfessiyalı bir dövlət kimi Azərbaycan Respublikasında həmin ideyaların xalqın ümumi mənafeyi naminə yaxınlığı, müəyyən hüdudlar daxilində əməkdaşlığı və bir-birindən qarşılıqlı səmərəli surətdə faydalanması mümkün və labüddür. Ekspertlər hesab edirlər ki, məhz bu səbəbdən dövlət daim sübuta yetirməyə çalışır ki, onun götürdüyü dünyəvi inkişaf yönümü dinlə mənəviyyat sahəsində əməkdaşlığı istisna etmir.

  • Heydər Əliyevin islam həmrəyliyinə verdiyi töhfələr...

V.Ömərov vurğulayır ki, Azərbaycan Respublikasında milli ideologiyanın inkişafında müstəsna xidməti olan Heydər Əliyev xalqımızın milli-mənəvi və islam dini dəyərlərini Azərbaycan xalqının milli sərvəti hesab edirdi. “Ulu Öndər ənənələri, milli, mənəvi və dini dəyərləri ölməz, əbədiyaşar dəyərlər kimi qiymətləndirirdi. O, fəxrlə bəyan edirdi ki, müstəqil Azərbaycan Respublikasında dini, mənəvi və milli adət-ənənələr bərpa edilib.

Heydər Əliyev Azərbaycanda dünyəvi-demokratik cəmiyyət qurulduğunu və dini-mənəvi dəyərlərə qayıdış baş versə də, islamın hakim ideologiya olmasına yol verilmədiyini, sivil dövlət quruculuğu prosesində bütün ümumbəşəri dəyərlərdən, xalqımızın milli mentalitetinə, mənəviyyatına uyğun cəhətləri götürüb tətbiq etməyin vacibliyini göstərirdi. O, Sovet dövründə ateist tərbiyəsinin dini-mənəvi dəyərləri xalqın qəlbindən çıxara bilmədiyini qeyd edirdi. Çoxmillətli dövlət olan Azərbaycanda yaşayan vahid milli ideologiya - azərbaycançılıq ətrafında birləşmiş digər xalqlara, millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, islam dininin buyurduğu kimi qardaşlıq, dostluq əlaqələri yaradılması zərurətini diqqətə çatdıran Ulu Öndər dinlərarası münaqişələrə yol verilməməsini, onların birliyində, qarşılıqlı anlaşmasında islam dini-mənəvi dəyərlərinin dirçəldilməsinin dövlət ideologiyası və mənəvi tərbiyə sahəsində nəzərə alınmasını diqqətə çatdırırdı”.

  • “Azərbaycan dini-mənəvi dəyərlərə və milli ideologiyaya dair bu qiymətli ideyalardan bəhrələnərək...”

V.Ömərov qeyd edir ki, Heydər Əliyev dini-mənəvi dəyərlərə yüksək qiymət verərək, onun azərbaycançılıq ideologiyasına, vətənpərvərlik tərbiyəsinə güclü təsirini açıqlayırdı. Alimin vurğuladığına görə, Heydər Əliyev göstərirdi ki, islam dini həmişə insanları saflığa, ülvi mənəviyyata dəvət edib. “Qurani-Kərim insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir. Məhz bu dövrdə hər bir azərbaycanlı, hər bir müsəlman, ilk növbədə, islam dininin tövsiyələrindən istifadə edərək öz mənəviyyatını yüksəltməlidir. Mənəviyyatımız nə qədər yüksək olarsa, hər bir insanda, azərbaycanlıda, müsəlmanda vətənə, öz amallarına sədaqət, mənəvi saflıq əhval-ruhiyyəsi nə qədər güclü tərbiyə edilərsə, Azərbaycan da bütün çətinliklərdən o qədər tez və müvəffəqiyyətlə çıxar. Müasir demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quran Azərbaycan dini-mənəvi dəyərlərə və milli ideologiyaya dair bu qiymətli ideyalardan bəhrələnərək, Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə güclü inkişaf yoluna qədəm qoymuş və çətinlikləri, böhranları aradan qaldıraraq uğurla irəliləməkdədir” - deyə V.Ömərov qeyd edib.

V.Ömərovun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra milli ideologiya azərbaycançılıqla yanaşı, islam dini-mənəvi dəyərləri də bərpa olundu. Onun qeyd etdiyinə görə, Azərbaycan Respublikası milli ideologiyada islamla bağlı məqamları qoruyub saxladı, azərbaycançılıq dövlət ideologiyası səviyyəsinə yüksəldi. Azərbaycançılıq milli ideologiya və milli adət-ənənələrlə bağlıdır. Bu ideologiyada dini-mənəvi dəyərlər də mühüm yer tutur.

  • 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi...

Azərbaycan dövlətinin islam həmrəyliyinin daha yüksək səviyyədə inkişaf etməsinə böyük töhfələr verdiyi danılmazdır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi qeyd etdiklərimizin bariz nümunələrindən biridir. Sərəncamda qeyd edilirdi ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. “O, İslam dininin yayılmasında və eyni zamanda, Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan islam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanan qədim əlyazmalar bunun bariz nümunəsidir.

Dinlə bağlı sərt qadağaların mövcud olduğu Sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin islam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində islam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi - Heydər məscidi inşa edilmişdir”.

Sənəddə vurğulanırdı ki, Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESCO-nun, həmçinin, müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib: “Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin islam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır”.

Bilirik ki, 2017-ci ildə paytaxtımızda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də Azərbaycan dövlətinin  islam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

  • Azərbaycan dövlətinin islam həmrəyliyinin daha da möhkəmlənməsinə töhfələri...

Prezident İlham Əliyevin Səncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi həmin dövrdə tanınan islam təhlilçilərinin diqqətini cəlb edirdi və onlar dövlətimizin bu addımna yüksək dəyər verirdi. 

Təhlilçilər diqqətə çatdırırdılar ki, indiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib, lakin Azərbaycan dövlətinin bu təşəbbüsü tamamilə fərqlidir, buradan verilən mesajlar daha mütərəqqi və İslam dünyasının birliyinə nail olmağa hesablanan çağırışlardır. “İslam Həmrəyliyi İli” münasibətilə keçirilən tədbirlərdə Prezident İlham Əliyevin çıxışları, İslam dünyasına verdiyi mütərəqqi mesajlar Azərbaycan dövlətinin islam həmrəyliyinin daha da möhkəmlənməsinə töhfələr verdiyini aydın şəkildə təsdiqləyir. İslam təhlilçiləri haqlı olaraq qeyd edirlər ki, Azərbaycan Prezidenti tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi. Azərbaycan uzun əsrlərdir İslam sivilizasiyasının əsas mərkəzlərindən biridir və bu gün dövlətimiz islamın dəyərlərinə həssas münasibət bəsləyir, təbliğinə, təşviqinə böyük qayğı ilə yanaşır. Ekspertlər vurğulayırlar ki, Azərbaycanın qlobal əhəmiyyətli bir sıra mühüm forumların təşkilatçısı kimi çıxış etməsi də bunu təsdiqləyir. Ekspertlərin fikrincə, BMT-nin Sivilazisiyalar Alyansının VII Qlobal Forumu xüsusi qeyd edilməlidir.

Ənənəvi Bakı Beynəlxalq Humanitar Forumu və böyük uğurla keçən bir çox tədbir, Roma Papasının Azərbaycana səfəri və səfər zamanı verdiyi bəyanatların yaddaqalan tarixi məqamları əks etdirdiyini deyən ekspertlərin fikrincə, Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli” elan edilməsi də çox böyük məna kəsb edir.

Prezident İlham Əliyevin siyasi xəttinin ölkə daxilindəki bütün konfessiya və millətlərə bərabər şəkildə paylanmasının xüsusi əhəmiyyəti var.

Ekspertlər qeyd edirlər ki, bu gün İslam ölkələrində baş verən hadisələr, onların qarşısında duran çağırışlar bu ölkələrin həmrəyliyini aktual məsələyə çevirir.

Bu gün yenə də Azərbaycandan İslam dünyasına həmrəylik çağırışları edilir. Fikrimizcə, bu çağırışlar nəhayət ki, öz bəhrəsini verəcək və İslam dünyası həmrəyliyə nail olacaq.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ