Cümə axşamı günü, 22 oktyabr 2026
     

İrəvanın cəbhə təxribatlarının real səbəbləri açılır...

Image


İşğalçı Ermənistan daxilində son durum bu ölkənin sosial-iqtisadi fəlakət astanasında olduğunu göstərir. Bu da, təbii olaraq, Nikol Paşinyan iqtidarından daha ciddi narazılıq yaradır. Ermənistanın mövcud xilas yolu yalnız Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Bunun üçün də, təbii ki, adıçəkilən ölkə Azərbaycan ərazilərinin işğalına son qoymalıdır.

Əslində, Bakı və Ankara da işğala son qoyulması halında Ermənistanın regional əməkdaşlıqdan faydalana biləcəyini bəyan edib. Elə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin nüfuzlu “Haber Global” telekanalında çıxışı zamanı da yenidən bu məqama toxunub. O bildirib ki, Azərbaycan və Türkiyə regionda çox gözəl inkişaf modeli yaradıblar ki, bundan başqa dövlətlər də faydalana bilər: “Regionda sülhün bərqərar olması isə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmasından asılıdır”. Amma görünən budur ki, Ermənistanda hələ də bu reallığı dərk edə bilmirlər. Əksinə, Paşinyan iqtidarı ölkə daxilində yaranan ağır vəziyyətdən diqqəti yayındırmaq üçün cəbhə təxribatlarına daha çox üstünlük verir. Bu xüsusda Rusiyanın “lenta.ru” portalı yazır ki, hərb müstəvisində Azərbaycandan zəif olan Ermənistanın belə addımlar atması təbii olaraq anlaşılmazdır: “Bu gün erməni hərbi qulluqçularının hazırlıq keyfiyyəti xeyli sual ortaya çıxarır. Ən azından, götürək elə sonuncu hadisəni – kəşfiyyat-təxribat qrupu komandirinin əsir götürülməsini. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, avqustun 23-də Ermənistan silahlı qüvvələrinin təxribat-kəşfiyyat qrupu Goranboy rayonu istiqamətində təxribata cəhd göstərib. Azərbaycan ordusu ilə döyüş qarşıdurması nəticəsində erməni hərbçiləri geri çəkilməyə məcbur olub, qrupun komandiri, baş leytenant Qurgen Alaverdyan isə əsir götürülüb. Hətta Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da erməni kəşfiyyatının zəif olmasını etiraf edir. Belə ki, müharibənin başlanmasına həsr edilmiş mətbuat konfransında o bəyan etmişdi ki, İrəvan Azərbaycan silahlı qüvvələrinin 2016-cı ilin aprelində hücuma hazırlaşması barədə bilmirdi. Öz növbəsində, ekspertlər Ermənistan rəhbərliyinin aqressiv davranışını ölkənin daxili problemləri ilə əlaqələndirir. Xüsusilə də bunu koronavirus pandemiyasının fəsadları və baş nazirin reytinqinin aşağı düşməsi ilə bağlayırlar. Döyüşkən ritorikanın əsas məqsədini isə respublika sakinlərini daxili siyasi və iqtisadi vəziyyətdən yayındırmaq niyyəti adlandırırlar.

Vəziyyət isə çox acınacaqlıdır. Məsələn, bugünlərdə Ermənistanın ikinci prezidenti Robert Köçəryan Ermənistanın hakimiyyət orqanlarını koronavirusun fəsadlarının aradan qaldırılması üzrə planın olmamasında günahlandırıb. Burada qeyd etmək lazımdır ki, 2020-ci il martın 16-da koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Ermənistanda fövqəladə vəziyyət rejimi elan edilib. Müddəti beş dəfə uzadılan rejim hələ də qüvvədədir və sentyabrın 11-də başa çatmalıdır. Sözsüz ki, bu, ölkə iqtisadiyyatına öz təsirini göstərməyə bilməz. Məsələn, Ermənistanın 2020-ci il üçün büdcəsi iqtisadiyyatın illik 5,3 faiz artımını nəzərdə tutur. Mart ayında birinci rüb üçün hesabatda Mərkəzi Bank bu göstəriciyə yenidən baxaraq onu 0,7 faiz aşağı salıb. İkinci rübün yekunlarına görə Mərkəzi Bank ehtimal edilən iqtisadi artım əvəzinə ÜDM-in 4 faiz azalmasını proqnozlaşdırıb.

Bununla yanaşı, respublikanın özündə heç də hamı, o cümlədən parlamentarilər rəsmi məlumatlara inanmır, onları saxtalaşdırılmış hesab edirlər. “Ermənistan Statistika Komitəsinin dərc etdiyi 2020-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi vəziyyəti barədə ümumi məlumata əsasən, iqtisadi azalma 4,7 faiz təşkil edib, sənaye istehsalının həcmi 1,5 faiz artıb, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 1,7 faiz artıb, tikinti sahəsində azalma 23,4 faiz təşkil edib, əmtəə dövriyyəsi 11,1 faiz azalıb, xidmət həcmi (ticarət istisna olmaqla) 6,4 faiz aşağı düşüb, ixracat 6,5 faiz azalıb, idxal isə 12,9 faiz aşağı düşüb. Bu, dərc edilmiş rəsmi göstəricilərdir. Qısa izah etsək, mən bu rəqəmlərə inanmıram. Çünki ölkə dərin iqtisadi böhran vəziyyətindədir və biz görürük ki, böhranın fəsadları bu rəqəmlərdə öz əksini tapmayıb”, - deyə parlamentin “Maarifləndirilən Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan özünün “Facebook” səhifəsində yazıb. Münaqişəyə şərait yaradan ikinci səbəb Nikol Paşinyanın siyasi problemləridir. Məsələn, onun ölkənin Milli Təhlükəsizlik Xidmətinin sabiq başçısı Artur Vanetsyan kimi güclü siyasi rəqibləri əmələ gəlməyə başlayıb. “Vətən” partiyasının rəhbəri hələ bu ilin yanvarında öz sıralarından yeni baş nazirin seçilməsi təklifi ilə çıxış edib. Sentyabrda isə bəyan edib ki, Ermənistanı “siyasi mənada qızmar payız gözləyir” və “Nikol Paşinyanın hakimiyyətdə olduğu və hökumətə rəhbərlik etdiyi hər yeni gün Ermənistan Respublikası üçün öldürücüdür”.

Paşinyan Rusiyanın da dəstəyinə ümid edə bilməz. Bu ifadəni təsdiqləmək üçün kiçik bir illüstrasiya kifayətdir. Rusiya prezidenti Vladimir Putin telefonla Paşinyanın avqustun 31-də 66 yaşı tamam olan qatı siyasi rəqibi, keçmiş Ermənistan prezidenti Robert Köçəryanı ad günü münasibətilə təbrik edib. Kremlin saytında Putinin Köçəryanı müasir Ermənistanın inkişafı üçün çox işlər görmüş görkəmli dövlət xadimi adlandırdığı təbrik teleqramı dərc edilib. Rusiya lideri tərəfindən heç vaxt Paşinyan haqqında bu qədər xoş sözlər səsləndirilməyib və Putinin Paşinyana təbrik teleqramı ümumiyyətlə Kremlin saytında dərc olunmayıb. Təəccüblü deyil ki, indiki erməni administrasiyasına Rusiyanın münasibətini Azərbaycanda da görürlər. Paşinyan özü də bunu dolayı yolla BBC-nin “HARDtalk” verilişində ritorikası ilə təsdiqləyir. Jurnalist Stiven Sakurun Ermənistanın Qərblə, yoxsa Rusiya ilə bir olması barədə sualını cavablandıran Ermənistanın baş naziri dərhal İrəvanın Qərbə sadiqliyini nümayiş etdirərək, Rusiyanın Ermənistan üçün “təhlükəsizlik sahəsində strateji tərəfdaş olduğunu” qeyd edib. Erməni siyasəti indiki kimi davam edərsə, iki ölkə arasındakı məsafə yalnız genişlənəcək, bu isə o deməkdir ki, Ermənistan xarici problemlərini təkbaşına həll etməli olacaq”.

Bütün bunlar bir daha ağır durumda olan Paşinyanın artan narazılığı cəbhə təxribatları ilə dayandırmaq niyyətinin səbəblərini açıq nümayiş etdirir.

Samirə SƏFƏROVA

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ