İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında xəbərlər yalan və əsassızdır. Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilir.
"Bəzi KİV-də İran İslam Respublikasının Norduz sərhəd-keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır. Bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanıb və qətiyyən doğru deyildir", - deyə məlumatda bildirilir.