Cümə axşamı günü, 22 oktyabr 2026
     

Avropa və Mərkəzi Asiya ölkələri üzrə Azərbaycan diaspor quruculuğu problemləri - Prezidentin konkret istiqamət göstərməsindən sonra...

Image


Məlum olduğu kimi, Azərbaycanda diaspor quruculuğunun əsası Ümummilli lider Heydər Əliyev  tərəfindən qoyulub. O, 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayındakı parlaq tarixi çıxışında Azərbaycanın Şərqlə Qərb arasında dostluq körpüsü rolu oynamasını, bu geosiyasi məkanların yaxınlaşması prosesinin tərkib hissəsi olmasını xüsusi qeyd edib.

Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyev özünün fəaliyyəti sayəsində dövlətimizin daha da inkişaf etməsinə nail olur, ölkəmizin bütün sahələrdə sanballı uğurlar qazanmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizənin fəallaşmasını, həmvətənlərimizin beynəlxalq aləmdə müsbət reputasiyasının formalaşmasını təmin edir. Qloballaşma şəraitində dünyada yaranmış vəziyyət həmvətənlərimizdən ictimai şüurda Azərbaycanın güclü ölkə imicinin geniş yayılmasına kömək edən daha adekvat fəaliyyət tələb olunur. Həmvətənlərimizin yaşadıqları ölkənin ictimai-siyasi həyatında diasporun rolunun artması ilə əlaqədar problemlərin həlli üçün, soydaşlarımızın mülki hüquqlarının və onların tarixi vətəni Azərbaycanın milli mənafelərinin qorunması məqsədilə ilk növbədə ziyalıların nümayəndələrinin iştirakı ilə təşkilati-hüquqi işi gücləndirmək lazımdır. Ancaq biz təəssüflə qeyd etməliyik ki, bu sahədə ciddi problemlər nəzərə çarpır.

  • Son vaxtlar digər ölkələrə mühacirət edən radikal meylli soydaşlarımız bu prosesə  maneçilik göstərir

Bəzi ölkələrdəki diasporun ictimai fəaliyyəti zamanın tələblərinə tam cavab vermir. Soydaşlarımızın intellektual səviyyəsindən yetərincə istifadə edilmir, bəzən isə bu amil inkar edilir. Bu problemin həlli xaricdəki diaspor təşkilatlarının və dövlət siyasətinin diqqət mərkəzində olmalıdır. Bu halda Azərbaycan diasporunun inkişafı və ümdə problemlərin həlli barəsində səmərəli diskussiya aparmaq olar. Azərbaycan diasporunun inkişafına mane olan sahələrlə bağlı ötən yazılarımızda qeydlər etmişik. Bura, xüsusilə diaspor təşkilatlarının bir-biri ilə yola gedə bilməməsini, səfirliklərimizlə koordinasiyanın düzgün qurulmaması və ən əsası da, son vaxtlar digər ölkələrə mühacirət edən radikal meylli soydaşlarımızın bu prosesə göstərdiyi maneçilik aiddir. Ölkə başçısı da dəfələrlə çıxışlarında diasporumuzda olan axsaqlıqların ünvanlarını konkret göstərib, həmin problemlərin aradan necə qaldırılmasına dair yol xəritələri təqdim edib. Ölkə başçısı çıxışlarından birində Mərkəzi Asiya və Avropa ölkələrində diasporumuzun fəaliyyətinin qənaətbəxş olmadığını qeyd edib. Digər bir çıxışında isə cənab İlham Əliyev diplomatiyamızla diaspor siyasətimizin birgə koordinasiya edilməsinə böyük ehtiyacın olduğunu bildirib:

  • “Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız...”

“Mən hesab edirəm ki, bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur”.

  • “Hansısa ölkədə səfirliyin diasporla sıx əlaqəsi varsa, orada ciddi nəticələr əldə olunur”

Bizim üçün maraqlıdır, ölkə rəhbərliyinin qeyd etdiyi coğrafiyalarda diasporumuzun fəaliyyətinə mane olan hansı amillər var?

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və "Dünya azərbaycanlıları və digər türkdilli xalqların Ittifaqı" İctimai Birliyinin prezidenti Nüsrət Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, doğrudan da, deyilən ərazilərdə, hətta ondan da xaric yerlərdə diasporumuzun fəaliyyətində ciddi problemlər mövcuddur:“Bir az təvazökarlıqdan uzaq olsa da, deyəcəm. Ən güclü işləyən təşkilatlardan biri bizik, zorla fəaliyyət göstəririk. Mən uzun illərdir bizə yaradılan maneələrdən yazıram, bu barədə müsahibələr verirəm. Biz Azərbaycan mütəfəkkirlərinin əsərlərindən ibarət 114 kitabı öz şəxsi maliyyələmizlə tərcümə və nəşr etdirib, sonra pulsuz yaymışıq. Çingiz Aytmatov kimi dahi şəxsiyyəti Azərbaycana gətirmişik. Bizim ən böyük problemlərimiz səfirliklərin diasporla koordinasiyanı düzgün qura bilməməsi səbəbindən yaşanır. Görünür, həqiqi fəaliyyət göstərən diaspor təşkilatları öz şəxsi mənafeləri üçün çarpışan səfirləri qane etmir. Biz XİN sistemindəki neqativlikləri gördük. Ölkə başçısı da çıxışlarında dəfələrlə bu məsələlərə toxunub. Ümidvarıq ki, yeni nazir bu sahədə olan neqativlikləri tezliklə aradan qaldıracaq. Heç bir diplomat üçün  dövlət maraqları şəxsi maraqlardan aşağı olmamalıdır. Buna baxmayaraq, biz öz işlərimizi həvəslə davam etdiririk. Keçən il Leyla xanım Əliyeva Qırğızıstana gəlmişdi. O, “İssık-Kul” gölünə bir şeir həsr etmişdi. Qısa  müddətdə onu Azərbaycan və Qırğız dillərinə tərcümə etdirdik və həmin  şeirə mahnı da yazdırdıq. Sonra qərara gəldik ki, mahnı ilə bağlı bir festival da keçirək. Mahnını dünyanın bütün tanınmış dillərinə tərcümə etdirdik və hər dildə də ifa etdirdik.  Qırğızıstanın televiziyaları həmin tədbirləri mütəmadi şəkildə işıqlandırdı. Amma bu cür işlərin həyata keçirilməsində bizə maneçiliyi elə öz soydaşlarımız göstərirdi. Məsələn, Qazaxıstanda  bizim səfirliklə diaspor sıx əlaqədə çalışır. Çox da böyük işlər görürlər. Bu yaxınlarda Şimali Qazaxıstan vilayətindəki universitetdə tarix dərsini təhrif olunmuş şəkildə keçirdilər.  Ermənilərin vikipediyaya yerləşdirdiyi məlumatlar əsasında tələbələrə yanlış məlumat verilirdi. Bunu mən aşkar etdim. Həmin dəqiqə ölkəmizin oradakı səfirliyinə məlumat verdim. Çox operativ şəkildə həmin məsələni aydınlaşdırdılar. Elə həmin günü də problemin həlli istiqamətində fəaliyyətə keçildi. Bizim tərcümə etdirdiyimiz və elektron formada internetə yüklədiyimiz kitabların linkini göndərdik səfirliyə. Qərara alındı ki, Azərbaycan tarixi həmin kitablardan öyrənilsin. Görürsünüzmü, hansısa ölkədə səfirliyin diasporla sıx əlaqəsi varsa, orada ciddi nəticələr əldə olunur”.

  • “Təklif etdiyim mexanizm tətbiq edilsə, biz diasporumuzda olan bütün axsaqlıqları aradan qaldırarıq” 

Diaspor fəalı bildirir ki, ölkə başçısı öz çıxışlarında dəfələrlə 50 milyonluq dünya azərbaycanlılarının Prezidenti olduğunu bildirib: “Azərbaycanda cəmi 10 milyon əhali var.  Deməli, kənarda 4 dəfə çox soydaşımız var. Düşünürəm, hər bir səfirlikdə Diaspor Komitəsinin nümayəndələri olmalıdır və deyilən sahənin kurasiyası onlara tapşırılmalıdır. Hazırda bu sahənin kurasiyası XİN-ə aid olan nümayəndələrin səlahiyyətindədir. Onda biz dəqiq bilərik ki, işimizi kimlə koordinasiya edirik. İndi qalmışıq odla su arasında. Mən Diaspor Komitəsinin sədri Fuad Muradovla bu ilin əvvəlində görüşdüm. Hiss olunur ki, çox işlər görmək istəyir. Buna mane olan səbəbləri dedim. Təklif etdiyim mexanizm tətbiq edilsə, biz diasporumuzda olan bütün axsaqlıqları aradan qalıdrarıq. Belədə dövlət büdcəsinə də yük düşməyəcək. Bir dövlət qurumunun nümayəndəsini digəri əvəz edəcək. Rusiya kimi ölkədə bizim vahid bir diaspor təşkilatımız yoxdur. Orada hazırda 4 böyük təşkilat liderlik uğrunda bir-birini qırır. Deməli, Rusiyadakı diasporumuzun gücü ən azından 4 dəfə azalıb. Ermənilər isə bir Ara Abramyana tabedirlər. Diasporumuzun inkişafına mane olan cəhətlərdən biri də rəqib təşkilatlar arasındakı liderlik mübarizəsidir. Mərkəzi Asiyada mütləq mənada diasporun işini tənzimləyən koordinasiya şurasının yaradılmasına zərurət var. Səfirliklərin bu prosesə müdaxiləsinə imkan verilməməlidir. Belə olsa, işlərdə uğur əldə olunacaq. Biz öz işimizi yaxşı bilirik”.

  • “Bəzən plakatın bir ucundan tutmağa bir soydaşımızı tapmırıq...”

Avropadakı diaspor təşkilatlarının vəziyyətində narahatlığın olduğunu təsdiqləyən tanınmış diaspor xadimi, Dünya Azərbaycanlıları Konqresi İcra Aparatının sədri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, ölkə başçısının nəinki bununla bağlı iradı olub, hətta vəziyyətdən çıxış yollarını da göstərib: “Biz həmin ölkələrdə tez-tez oluruq. Vəziyyət bütün qitə boyu eyni deyil. Məsələn, Şərqi Avropada vəziyyət Qərbi Avropadan daha yaxşıdır. Qərbi Avropa ölkələrində bizim diaspor təşkilatları arasında, demək olar ki, koordinasiya yoxdur. Biz onların fəaliyyətini yalnız Novruz bayramlarında şəkərbura ilə foto çəkdirib paylaşanda görürük. Biz gedib həmin ölkələrdə tədbir keçirəndə, bəzən plakatın bir ucundan tutmağa bir soydaşımızı tapmırıq. Ən inkişaf etmiş Qərb ölkələrində təmsil olunan diaspor təşkilatlarımızın heç birinin saytının olduğuna rast gəlmədim. Söhbət xəbər saytlarından getmir. Həmin ölkələrin öz dillərində Azərbaycan mədəniyyətini, həqiqətlərini təqdim edən bir informasiya, təbliğat resursundan gedir. Maneçilik törədən başqa bir amil həmin ölkələrə son illər ərzində daha çox radikal siyasi mövqeli insanların axın etməsidir. Etiraf edim ki, onların Azərbaycanla bağlı mövqeləri ermənilərlə tam uyğun gəlir. Yəni həmin adamlar oturub orada dövlətimizlə mübarizə aparırlar. Bunu ermənilər də edirsə, deməli, işimiz daha da çətin olur. Son Tovuz hadisələrində biz bunun acı nəticələrini gördük. Səbəblərdən biri də səfirliklərimizin yarıtmaz işi olub. Biz həmin ölkələrdə keçirdiyimiz tədbirlərə nə qədər dəvət etsək də, səfirliyimizin nümayəndəsini gətirə bilmirdik. Belə diaspor fəaliyyəti, təbiidir ki, öz çatışmazlıqlarını açıq büruzə vermiş olur”.

Sadalanan bütün bu problemlərin həlli istiqamətində əməli işlər görülsə, biz istədiyimiz diaspor fəaliyyətini görə bilərik.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ