Cümə axşamı günü, 22 oktyabr 2026
     

ÜST Ermənistanı vaxtında koronavirus üçün “qırmızı zona” elan etsəydi – Ermənistan ÜST-i niyə hədəfə alıb...

Image


Bu gün dünyanın ən təhlükəli pandemiya ocaqlarından birinə çevrilən Ermənistanda koronavirusa yoluxanların sayının günü-gündən kəskin şəkildə artdığı, ölü sayının 800 nəfərə yaxın olduğu məlumdur. Gərgin daxili siyasi və iqtisadi tənəzzül yaşayan Ermənistanda hökumət aylardır koronavirusu heç cür nəzarət altına ala bilmir.

Virus həlqəsi get-gedə genişlənir və hələ də onun qarşısını almaq üçün Ermənistan hökuməti ortaya hər hansı bir mübarizə strategiyası qoya bilməyib. İşğalçı ölkə pandemiya ilə mübarizə aparmaq əvəzinə, Rusiyanın və bəzi Avropa dövlətlərinin dəstəyilə silahlanır, Azərbaycanın ərazi bütövlüyünə qarşı yeni təxribatlar hazırlayır. Ölkənin daxilində isə həm hakimiyyət çəkişməsi, həm ciddi iqtisadi və virus böhranı daha kəskin şəkil alır. Baxmayaraq ki, müxtəlif dövlətlər tərəfindən koronavirusla mübarizə aparmasına görə Ermənistana müxtəlif cür ianələr edilir, dərmanlar, testlər və sair göndərilir, amma Paşinyan hökuməti gələn ianələri də öz maraqlarına yönəldir.

Koronavirusa qarşı heç bir əməli tədbir görməyən Paşinyan hökuməti ölkəsində virusun artmasının səbəbkarı kimi özünü günahkar bilmir, əksinə, beynəlxalq təşkilatları, xüsusən də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ittiham edir.

Paşinyanı dəstəkləyən “Maarifçi Ermənistan” partiyasının deputatı pandemiya ilə mübarizə qanununun müzakirəsi zamanı ÜST-ə və onun efiopiyalı rəhbərinə ağılasığmaz ittihamlar irəli sürüb. O deyib ki, ÜST-in qərarları bizim üçün məcburi olmamalıdır, bizim öz konstitusiyamız var. Bununla da açıq şəkildə ÜST-in verdiyi qərarlara qarşı çıxdıqlarını ortaya qoyan Paşinyan tərəfdarları qeyd ediblər ki, qurumun efiopiyalı sədri öz ölkəsindəki genosid aktları üçün məsuliyyət daşıyır, öz ölkəsində adı korrupsiya əməllərində çəkilir, həmçinin də pandemiyanın ilk başlanğıcında lazımi məlumatları vaxtında təqdim etmədiyinə görə pandemiyanın bütün dünyada tüğyan etməsində məsuliyyət daşıyır.

Ermənistan ÜST-i niyə tənqid edir? ÜST-lə Ermənistan arasında nə baş verir?

Ekspertlərin qənaətinə görə, Ermənistanda Paşinyan tərəfdarlarının ÜST-i ittiham etməsinin əsas səbəblərindən biri odur ki, bu ölkədə virusun geniş xarakter almasının və qarşısıalınmaz bir şəklə düşməsinin məsuliyyətini Paşinyan hökumətinin üzərindən atmaq istəyirlər. Hazırda erməni xalqı virusla doğru-düzgün mübarizə aparmadığına, bu istiqamətdə heç bir tədbir görmədiyinə və xalqın, ölkənin taleyini Allah ümidinə buraxdığına görə Paşinyanı və onun hökumətində yer alanları ciddi tənqid etdiyini deyən ekspertlər hesab edirlər ki, paşinyançılar Paşinyanın yarıtmaz siyasətini ört-basdır etmək üçün xalqı bu cür aldatmaq istəyirlər. Ekspertlərə görə, bunun digər səbəbi isə Paşinyan hökumətinin pandemiyadan sui-istifadə edərək ÜST-dən gözlədiyi milyonlarla vəsaiti ala bilməməsidir. Ermənistan hökumətinin ÜST-dən qoparmağı xəyal etdiyi milyonlarla vəsaiti koronavirusla mübarizəyə deyil, öz məqsədlərinə yönəltmək istəyində olduğu da istisna edilmir. ÜST-in pandemiya ilə bağlı bütün dünyanı vaxtında məlumatlandırdığını deyən ekspertlər hesab edirlər ki, düşmən ölkənin bu ittihamlarının heç bir əsası yoxdur. 

Bundan başqa, ABŞ-ın da ÜST-i tənqid etdiyini xatırladan ekspertlərin fikrincə, Paşinyan hökumətinin öz tərəfdarlarının dililə ÜST-i və onun rəhbərini əsassız şəkildə tənqid etməsi də dolayısı ilə onların ABŞ-a dəstəyini göstərməyə hesablanıb.

ÜST vaxtında pandemiyanın kəskin xarakter aldığı Ermənistanı qırmızı zona elan etməli idi, lakin qurum bu ölkəyə qarşı arzuedilən addımı atmadı, bu da indi Ermənistanın ÜST-ə “müharibə elan” etməsi ilə nəticələnib. 

  • “Ermənistan növbəti dəfə, ənənəvi olaraq, dünyaya “məzlum erməni” obrazını sırımaq istəyir”

Siyasi şərhçi Azər Həsrətin fikrincə, bu, Ermənistanın ənənəvi yanaşmasıdır. Ermənistanın hər yerdən və hər kəsdən yardım, ianə diləndiyini qeyd edən A.Həsrətin sözlərinə görə, paşinyançıların da ÜST-i bu şəkildə qaralaması və onun özünü, rəhbərliyini ittiham etməsi də məhz bu amildən qaynaqlanır. “Təbii ki, bu yardımları zorla əldə etmək istəyir, buna nail olmadıqda isə “yazıq” donu geyərək yalvarmağa başlayırlar. Paşinyan tərəfdarlarının da ÜST-ə və onun rəhbərinə qarşı bu cür ittihamlar irəli sürməsi bu qurumdan gözlədikləri maliyyə yardımını ala bilməmələri ilə bağlıdır. ÜST kimə gəldi, hara gəldi, sağa-sola pul paylayan təşkilat deyil ki. Bilirsiniz ki, Azərbaycan dövləti pandemiya dövründə hər biri 5 milyon dollar olmaqla iki dəfə ÜST-ə yardım edib. Çünki Azərbaycan ümumbəşəri məsuliyyəti paylaşan, onun altına çiynini verən bir dövlətdir. Ancaq Ermənistan isə nəinki ÜST-ə yardım etmədi, hətta o qurumdan maliyyə yardımı gözlədi. Lakin gözləntiləri boşa çıxdığı üçün, ənənəvi şəkildə, ÜST-i və onun rəhbərliyini qaralamağa başlayıb. Mənə elə gəlir ki, o adam bəlkə də heç Ermənistan və ermənilər haqda bilgili deyil. Sadəcə olaraq, Ermənistan növbəti dəfə ənənəvi olaraq dünyaya “məzlum erməni” obrazını sırımaq istəyir, ona görə də ÜST-in üstünə bu cür absurd ittihamlarla getməyə cəhd göstərilir. Fikrimcə, dünya bu dəfə aldanan deyil, çünki pandemiya həqiqətən də dünyanın hər yerində böyük fəlakətlərə yol açır, o cümlədən də Ermənistanda”.

A.Həsrətin qənaətinə görə, pandemiya ilə bağlı Azərbaycandakı vəziyyətlə Ermənistandakı vəziyyəti müqayisə etsək, bizim ölkədə bu istiqamətdə vəziyyət Ermənistandan qat-qat qənaətbəxşdir. “Niyə belədir, nə üçün balaca Ermənistanda yoluxma halları bizdən qat-qat çoxdur, ölənlərin sayı iki dəfədən artıqdır” - sualının cavabını Paşinyan hökumətinin özü verməli olduğunu deyən A.Həsrətin sözlərinə görə, Ermənistan hakimiyyəti öz fəaliyyətini təhlil etməlidir ki, niyə qonşu Azərbaycanda əhalinin sayı Ermənistan əhalisinin sayından 3 dəfə artıq olduğu halda, yoluxma halları müqayisə edilməyəcək dərəcədə azdır, ölüm halları da o cümlədən. “Ermənistanda isə əhalinin sayı az olduğu, üstəlik də testlərin sayı Azərbaycandan 5 dəfə az olduğu halda, yoluxma və ölü sayı Azərbaycandan çoxdur. Bu sualın cavabı ÜST-də deyil, Ermənistan hakimiyyətindədir” - deyə A.Həsrət bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ