Cümə axşamı günü, 22 oktyabr 2026
     

Ermənistanda hakimiyyətlə cəmiyyət arasında koronavirus qarşıdurması başlanır...

Image


Pandemiyanın statistikasını aparan “Worldometer” saytının məlumatına görə, dünyada koronavirus   infeksiyasına yoluxanların sayı 27 milyon nəfəri ötüb. ABŞ, Braziliya, Hindistan yenə virusa tutulanların sayı baxımından ilk üçlüyə daxildir. MDB məkanında isə ən pis vəziyyət Rusiyadadır. Bu ölkədə koronavirus infeksiyasına tutulanların sayı 1 milyonu ötüb. Amma bir sıra parametrlər baxımından təkcə MDB yox, dünyada ən pis vəziyyət Ermənistana məxsusdur. Məsələn, hər 100 min nəfərə düşən koronavirus xəstələrinin sayı baxımından Ermənistan Avropa lideri adını qazanıb.

“Vahid Ermənistan” partiyasının rəhbəri Artur Qazinyan ölkənin bu acınacaqlı hala düşməsində Nikol Paşinyan iqtidarını ittiham edir:“Hörmətli cənab Paşinyan, bu il martın 18-də siz aşağıdakı fikri bildirdiniz - “Koronavirusdan sonra nə olacağını bilmirik. Qeyri-müəyyən vəziyyətdir. Lakin bu qeyri-müəyyənlik bizim üçün yeni imkanlar açacaq. İndi hər şey dağılır və biz böyük tikinti meydanına sahibik”. İndi xahiş edirəm deyin, “bizi” deyərək siz konkret olaraq kimi nəzərdə tuturdunuz? Ailənizi, siyasi komandanızı, yoxsa dövləti? Siz pandemiyanın sizin üçün yeni imkan olduğunu iddia etməyə davam edirsiniz? Əgər belədirsə, onda koronavirus pandemiyasından hansı növ imkan əldə etməyi gözləyirsiniz? Qeyd etməyi vacib hesab edirəm ki, Ermənistan və erməni xalqı işgəncələrdən, insan həyatları itirməkdən və iqtisadi çöküşdən başqa hər hansı başqa imkan əldə etməyib və yaxın gələcəkdə də gözləmir”. Ermənistanda səhiyyə təşkilatçısı, həkim Gevorq Qriqoryan isə ölkəsinin hər yüz min adama düşən koronavirus xəstələrinin sayına görə Avropada birinci yerdə olmasını rüsvayçılıq adlandırıb. O, Ermənistan hökumətinin virusa qarşı mübarizəsinin tamamilə iflasa uğradığını deyib.

Xatırladaq ki, bu günlərdə “statista.com” portalı Ermənistanın hər yüz min adama düşən koronavirus xəstələrinin sayına görə Avropada lider olduğunu açıqlayıb. Belə ki, Ermənistanda hər yüz min adama düşən xəstələrin sayı 1500-ə yaxınlaşır. Bu fonda Ermənistanda virusa yoluxanların və pandemiya qurbanlarının sayı artmaqda davam edir. Son məlumatlara əsasən, Ermənistanda virusa yoluxanların sayı 45 minə çatır. Ölkə əhalisinin sayı nəzərə alındıqda bu böyük göstərici sayılır. Elə Gevorq Qriqoryan da məsələyə bu prizmadan nəzər salır: “Koronavirusla mübarizənin tam iflasa uğradığı haqda mən hələ aprelin ortalarında, fövqəladə vəziyyət rejiminin uzadılmasına baxmayaraq yoluxanların sayının artmaqda olduğu vaxtlarda danışmışdım. Bizim hökumətin koronavirusla mübarizəsinin iflasa uğraması faktdır, müzakirə olunmur. Problem odur ki, biz səhiyyə sistemimizlə birlikdə beynəlxalq ictimaiyyət qarşısında biabır olmuşuq”. Səhiyyə eksperti əlavə edib ki, Ermənistan dörd qonşusundan ikisi ilə sərhədləri bağlı olduğu halda öz sərhədlərini koronavirusdan qoruya bilməyib, eyni zamanda virusun bu cür geniş yayılmasının qarşısını almaqda aciz qalıb. Onun sözlərinə görə, virusa qarşı mübarizə tədbirlərini hələ yanvar ayında, Ümumdünya Səhiyyə Təşkilatı virusun insandan insana ötürüldüyü barədə bəyanatından dərhal sonra görmək, sərhədləri bağlamaq, ölkəyə qayıdan turistləri karantinə yerləşdirmək lazım idi: “Ancaq bizim səhiyyə sisteminin rəhbərləri, başda nazir Arsen Torosyan, xəstəliklərə nəzarət və profilaktika üzrə Milli mərkəzin rəhbərliyi olmaqla, birbaşa efirdə bildirdilər ki, karantin effektiv deyil, sərhədləri bağlamaq düzgün deyil və sair. Onlar öz addımları ilə virusun ölkəyə keçməsi ilə mübarizəni iflasa uğratdılar. Həmin vaxt Paşinyan da virusla mübarizə tədbirləri görmək əvəzinə təbliğat kampaniyası aparırdı və koronavirusa evdə çəkilmiş araqla qalib gəlməyin mümkünlüyü haqda danışırdı. Biz koronavirusla mübarizəni kompleks şəkildə iflasa uğratdıq”. Bu arada xatırladaq ki, Ermənistanın səhiyyə naziri Arsen Torosyanın avqustun 30-dan 19 günlük məzuniyyətə getməsi də böyük narazılıqla qarşılanır. Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan koronavirus şəraitində məzuniyyətə getdiyinə görə Torosyanı tənqid edib:
“Görəsən dünyanın hansı ölkəsində səhiyyə naziri koronavirusdan yüzlərlə ölüm, başqa səbəblə, ancaq yenidən koronavirusla əlaqədar yüzlərlə ölüm qeydə alıb və bu şəraitdə məzuniyyətə gedib? Yəqin Ermənistan yenə burada nadir nümunədir və bu da hakimiyyətin xalqa münasibətidir”.

Hazırda real durum budur ki, pandemiya fonunda Ermənistanda acınacaqlı bir vəziyyət yaranıb və proses nəzarətdən çıxıb. Koronavirus pandemiyasının geniş yayıldığı dövrdə tətbiq edilən məhdudiyyətlərə görə ölkə iqtisadiyyatının iflic vəziyyətə düşməsi də narazılığı artırır. Hökumətin tətbiq etdiyi antiböhran proqramı maliyyə cəhətdən yetərli deyil və vətəndaşlar üçün ciddi nəticə vermir, onların sosial-iqtisadi problemlərini həll etmir. Bu durumda Paşinyana qarşı müxalif mövqedə olanlar narazılıqdan istifadə edib hakimiyyətə qarşı gedişlər etməyə çalışır. Hökumətin buna inzibati və güc yolu ilə cavab verməyə hazırlaşması isə Ermənistanda yeni daxili qarşıdurmaya rəvac verir.

Tahir TAĞIYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ